Azərbaycan ilə Koreya elektron xidmət sahəsində daha sıx əməkdaşlıq edəcəklər
20.08.2016 [11:38]
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Koreyanın Daxili İşlər Nazirliyi arasında E-hökumət və dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
Avqustun 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN xidmət) tərəfindən Dövlət İdarəçiliyi üzrə Azərbaycan-Koreya Əməkdaşlıq Forumu keçirilib. Tədbir çərçivəsində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Koreyanın Daxili İşlər Nazirliyi arasında E-hökumət və dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, forumu giriş sözü ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov açıb. O, bildirib ki, bu forum son nailiyyətləri paylaşmaq və yeni əməkdaşlıq sahələrini müəyyənləşdirmək üçün önəmli körpü rolunu oynayacaq. Azərbaycan ilə Koreya arasında diplomatik münasibətlərin tarixindən danışan İ.Kərimov qeyd edib ki, iki ölkə arasında dövlət başçıları səviyyəsində bir sıra səfərlər həyata keçirilib. Koreya daxili işlər nazirinin bu səfəri də dostluq əlaqələrinin inkişafına öz töhfəsini verəcək, əməkdaşlıq daha da intensivləşəcək. Bu gün imzalanan anlaşma memorandumu qarşılıqlı faydalı əməkdaşlıq üçün lazımi hüquqi çərçivəni təmin edəcək.
Rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə danışan İnam Kərimov məlumat verib ki, “ASAN xidmət”ə indiyədək 11 milyon nəfər müraciət edib. Dörd il əvvəl fəaliyyətə başlayan “ASAN xidmət”dən məmnunluq indeksi 98 faizdir. Azərbaycanda elektronlaşdırmanın dövlət siyasətinin prioritetlərindən birini təşkil edir. Elektron hökumət, ASAN ödəniş sistemi, dövlət xidmətlərinin reyestri, əcnəbilər üçün ASAN viza sistemi elektron hökumət sahəsində icra olunan tədbirlərdir. “ASAN xidmət” elektron xidmətin təşkili ilə yanaşı, onun qiymətləndirməsini də həyata keçirir.
Koreyanın daxili işlər naziri Honq Yun-Sık bildirib ki, Koreya və Azərbaycan dinamik inkişaf baxımından bir-birini çox yaxındır. Bugünkü əməkdaşlıq forumu iki ölkə arasında əlaqələrin genişlənməsi və qazanılmış təcrübəni bölüşmək məqsədi daşıyır. Ölkələrimiz coğrafi baxımdan uzaq olsa da, ümumi cəhətləri çoxdur. Hər iki xalqın dili Altay dil qrupuna aiddir və eyni qrammatik quruluşa malikdir. Uzun illər qonşu dövlətlərin hücumuna məruz qalan xalqlarımız öz müstəqil dövlətlərini qurublar. “Diplomatik münasibətlərimizin 25 ili tamam olur. Ötən müddət ərzində müxtəlif sahələrdə yüksək səviyyədə əməkdaşlıq qura bilmişik. Bu tendensiya gələcəkdə də davam etdiriləcək. Bugünkü forum əməkdaşlığımızın daha da dərinləşməsinə təkan verəcək”, - deyə koreyalı nazir vurğulayıb.
Forumda çıxış edən Koreyanın Azərbaycandakı səfiri Kim Çanq-qyu ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdırıb. Səfir qeyd edib ki, Koreya dünyada ən böyük elektron hökumət yaradaraq yüksək keyfiyyətli idarəçilik xidməti həyata keçirir. Azərbaycan da keçmiş Sovet İttifaqı ölkələri arasında ən inkişaf etmiş elektron hökumət yaradıb və bu istiqamətdə səylərini davam etdirməkdədir.
Anlaşma Memorandumu imzalandıqdan sonra mətbuat konfransı keçirilib. Sənədin əhəmiyyəti ilə bağlı sualı cavablandıran İ.Kərimov bildirib ki, məqsəd elektron xidmət sahəsində daha səmərəli əməkdaşlıq yaratmaqdır. Bu hər iki dövlətdə vətəndaşlara göstərilən xidmətin daha da təkmilləşdirilməsi üçün yeni imkanlar yaradacaq.
Koreyalı nazir qeyd edib ki, ölkələrimizin elektron hökumət sahəsində təcrübələrini paylaşması elektron xidmətin səviyyəsinin daha da yüksəldilməsinə xidmət edir. Anlaşma Memorandumunun imzalanması ilə elektron hökumət və dövlət idarəçiliyi sahəsində sıx əməkdaşlığın təməli qoyulub.
Forum işini panel iclaslarda davam etdirib.
Xəbər lenti
Hamısına baxDünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29

