/ / Sevinc Fətəliyeva: Yeni əməkdaşlıq formatı iqtisadi, siyasi münasibətlərin daha yüksək səviyyəyə qalxması üçün geniş perspektivlər açır
Sevinc Fətəliyeva: Yeni əməkdaşlıq formatı iqtisadi, siyasi münasibətlərin daha yüksək səviyyəyə qalxması üçün geniş perspektivlər açır
17.08.2016 [16:13]
“Azərbaycanın, İranın və Rusiyanın iştirakı ilə yaranan yeni əməkdaşlıq formatı qonşu və tərəfdaş ölkələr arasında iqtisadi, siyasi münasibətlərin daha yüksək səviyyəyə qalxması üçün geniş perspektivlər açır”. Bu fikirləri YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
S.Fətəliyeva bildirib ki, qarşılıqlı əlaqələri inkişaf etdirməklə qonşu coğrafiyalarda gedən mənfi proseslərin təsirini önləmək, bölgədə dayanıqlı sabitliyi təmin etmək mümkündür. Onun sözlərinə görə, lakin Ermənistanın təcavüzkarlıq siyasətini davam etdirməsi regionda təhlükəsizliyə, sabitliyə ciddi təhdiddir.
“Regiondakı həll olunmamış münaqişələrin regional əməkdaşlığa əsas maneə olduğu Azərbaycan Respublikası, İran İslam Respublikası və Rusiya Federasiyası prezidentlərinin Bəyannaməsində də xüsusi vurğulanıb. Sənəddə həll olunmamış münaqişələrin tezliklə beynəlxalq hüququn prinsip və normaları və bu çərçivələrdə qəbul edilmiş qərar və sənədlər əsasında danışıqlar vasitəsilə sülh yolu ilə həll olunmasının vacibliyi nəzərə çatdırılıb. Münaqişənin həlli ilə bağlı Azərbaycanın prinsipial mövqedən çıxış etməsi bir sıra obyektiv amillərlə şərtlənir. Təbii ki, burada Azərbaycanın güclü dövlətə çevrilməsi amili mühüm rol oynayır. Eyni zamanda, qonşu dövlətlər də Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə hörmətlə yanaşır. Bakıda keçirilən görüşlərdə də həm İran İslam Respublikasının, həm də Rusiya Federasiyasının prezidentləri Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləyən fikirlər ifadə ediblər. Elə bəhs olunan birgə Bəyannamədə vurğulanan “Həll olunmamış münaqişələr regional əməkdaşlığa əsas maneədir” fikri də qonşu dövlətlərin işğalçı Ermənistana ciddi mesajıdır. Bundan başqa, bəhs olunan Bəyannamədə tərəflərin terrorçuluğu bütün forma və təzahürlərində qəti şəkildə pislədikləri də ifadə olunub”, - deyə S.Fətəliyeva vurğulayıb.
Xəbər lenti
Hamısına baxSosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56
YAP xəbərləri
26 May 13:55
Xəbər lenti
26 May 13:54
Sosial
26 May 13:53
Sosial
26 May 13:53
Sosial
26 May 13:52
İdman
26 May 13:09
Sosial
26 May 12:55
YAP xəbərləri
26 May 12:53
Diaspor
26 May 12:30
YAP xəbərləri
26 May 12:27
Siyasət
26 May 12:27
Siyasət
26 May 12:26
Siyasət
26 May 12:01
YAP xəbərləri
26 May 11:52
Gündəm
26 May 11:51
Gündəm
26 May 11:26
Siyasət
26 May 11:12
Sosial
26 May 11:03
Sosial
26 May 11:02
Siyasət
26 May 10:42
Sosial
26 May 10:41
YAP xəbərləri
26 May 10:32
Gündəm
26 May 10:17
İqtisadiyyat
26 May 09:51
Analitik
26 May 09:35
Analitik
26 May 09:12
İqtisadiyyat
26 May 08:50
Sosial
26 May 08:36
Dünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Siyasət
25 May 22:31
Siyasət
25 May 22:31
Siyasət
25 May 22:30
Siyasət
25 May 22:29
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Siyasət
25 May 21:28
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Siyasət
25 May 20:36
Müsahibə
25 May 20:31
Siyasət
25 May 20:27
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Siyasət
25 May 19:56
Siyasət
25 May 19:45
Siyasət
25 May 19:35

