/ / Sahibə Qafarova: Üçtərəfli əməkdaşlıq formatı qlobal miqyasda gedən geosiyasi proseslər kontekstində mühüm əhəmiyyət daşıyır
Sahibə Qafarova: Üçtərəfli əməkdaşlıq formatı qlobal miqyasda gedən geosiyasi proseslər kontekstində mühüm əhəmiyyət daşıyır
17.08.2016 [16:20]
“Regionda yeni əməkdaşlıq formatının yaranmasında Prezident İlham Əliyevin liderlik keyfiyyətləri xüsusi rol oynayır”. Bu fikri Milli Məclisin deputatı, AŞ PA-nın komitə sədri Sahibə Qafarova deyib.
S.Qafarova bildirib ki, Azərbaycan bölgənin aparıcı aktorlarından biri kimi regional əməkdaşlığın dərinləşməsinə, ölkələr və xalqlar arasında etimad mühitinin möhkəmlənməsinə davamlı səylər göstərir. Onun sözlərinə görə, respublikamız o mövqedən çıxış edir ki, region dövlətlərinin gələcək inkişafı, iqtisadi cəhətdən çiçəklənməsi bölgədə sabitliyin, təhlükəsizlik mühitinin təmin olunması faktorundan asılıdır.
“Azərbaycanın regionda qarşılıqlı əməkdaşlığın möhkəmlənməsinə çalışması çox haqlı olaraq ölkəmizin qlobal təhlükəsizliyə töhfə vermək əzmi kimi dəyərləndirilir. Azərbaycan artıq bir neçə üçtərəfli formatın təşəbbüskarı və fəal iştirakçısıdır. Zamanında ölkəmizin fəal səyləri sayəsində yaradılan və hazırda uğurla fəaliyyət göstərən Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə formatları regionda təhlükəsizliyin təmin edilməsi və əməkdaşlığın dərinləşməsi üçün çox vacib birliklərdir. Ümumiyyətlə götürdükdə, respublikamız, təcavüzkar Ermənistan istisna olmaqla, bütün qonşularla dostluq münasibətlərinə malikdir. Azərbaycanın dövlət başçısı İlham Əliyev region dövlətləri və tərəfdaşlarla əlaqələrin daha yüksək səviyyəyə qaldırılmasına güclü siyasi iradə nümayiş etdirir. Prezident İlham Əliyevin qonşu ölkələrin dövlət başçıları və digər yüksək səviyyəli rəsmiləri ilə keçirdiyi çoxsaylı görüşlərdə ikitərəfli və çoxtərəfli münasibətlərə dair məsələlərin geniş spektri müzakirəyə çıxarılıb, səmərəli danışıqlar aparılıb. Azərbaycanın dövlət başçısının irəli sürdüyü fəal təşəbbüslər bir qayda olaraq qonşu ölkələrin müvafiq dairələrində də yüksək qiymətləndirilir və dövlətlərarası münasibətlərin qurulmasında mütləq nəzərə alınır. Prezident İlham Əliyevin fəal təşəbbüsü ilə yaradılan Azərbaycan-İran-Rusiya üçtərəfli əməkdaşlıq formatı da qlobal miqyasda gedən geosiyasi proseslər kontekstində mühüm əhəmiyyət daşıyır”, - deyə S.Qafarova qeyd edib.
Xəbər lenti
Hamısına baxSiyasət
28 May 22:08
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27

