Rauf Əliyev: Bu qələbə Azərbaycan idmanının sürətli inkişafının məntiqi nəticəsidir
23.08.2016 [09:31]
“Braziliyanın Rio-De-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunları başa çatdı. Azərbaycan Olimpiya komandası bu oyunlarda tarixi qələbəyə imza atdı. Yarışlarda 56 idmançı ilə iştirak edən komandamız 1 qızıl, 7 gümüş, 10 bürünc, ümumilikdə 18 medal qazanaraq tarixi qələbəyə imza atdı”. Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib.
R.Əliyev bildirib ki, komandamız oyunlarda iştirak edən 206 dövlət arasında medalların sayına görə 15 lider dövlət arasına çıxmışdır. Onun sözlərinə görə, Azərbaycan komandası yarışlarda 56 idmançı ilə çıxış etmişdir ki, bunlardan da 18-i medal qazanmışdır.
“Bütün bu göstəricilər Azərbaycan idmançılarının tarixi qələbə əldə etdiyini göstərir. Bu qələbələrin əldə olunmasında əsas amil Azərbaycan Milli Olimpiya Komitəsinə cənab İlham Əliyevin rəhbərlik etməsidir. Tarixi qələbə son illər Azərbaycan idmanının yüksələn xətlə sürətli inkişafının məntiqi nəticəsidir. İdmançılarımız bu yarışlarda daha geniş idman növləri üzrə nailiyyətlər əldə etmişdir. Boks yarışlarında Azərbaycan idmançısı ilk dəfə olaraq finala çıxmış və gümüş medal qazanmışdır. Ən yaxşı nəticəni taekvandoçularımız göstərmişlər. Yarışda 4 idmançı ilə çıxış edən millimiz 3 medal əldə etmişdir. Komandanın lideri Radik İsayev qızıl medal qazanmışdır. Azərbaycan idmançıları Olimpiada tarixində ilk dəfə avarçəkmə idman növündə medallar qazanmışlar. Bu tarixi qələbə münasibətilə medal qazanmış bütün idmançıları, Olimpiya komandasını, idman ictimaiyyətini, bütünlükdə Azərbaycan xalqını ürəkdən təbrik edirəm və idmançılarımıza gələcək yarışlarda uğurlar diləyirəm. İnanıram ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin idman sahəsinə göstərdiyi diqqət və qayğı nəticəsində idmançılarımız növbəti Yay Olimpiya Oyunlarında daha yüksək nəticələr əldə edəcəklər”, - deyə R.Əliyev vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59

