Ölkə hüdudlarından kənarda referendumun təşkili ilə əlaqədar 38 seçki məntəqəsi yaradılıb
03.09.2016 [09:01]
Ölkə hüdudlarından kənarda ümumxalq səsverməsinin təşkili ilə əlaqədar sentyabrın 2-də Xarici İşlər Nazirliyi (XİN) və Mərkəzi Seçki Komissiyası (MSK) birgə seminar keçirib.
AZƏRTAC xəbər verir ki, seminarda çıxış edən XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Fəxrəddin Qurbanov xatırladıb ki, Azərbaycan Prezidenti 2016-cı il iyulun 26-da “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında” Sərəncam imzalayıb. Ölkəmizin hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli ezamiyyətdə olan vətəndaşların ümumxalq səsverməsində (referendum) iştirakının və səsvermə hüququnun təmin olunması üçün müvafiq diplomatik nümayəndəliklərdə seçki məntəqələri təşkil ediləcək.
F.Qurbanov vurğulayıb ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq ölkəmizin 38 diplomatik nümayəndəliyində və konsulluğunda ümumxalq səsverməsinin keçirilməsi nəzərdə tutulub. Hazırda müvafiq seçici siyahıları ilə bağlı məlumatlar diplomatik nümayəndəliklər və konsulluqlardan əldə olunaraq MSK-ya təqdim edilib. Eyni zamanda, referendumun yüksək səviyyədə təşkil olunması və prosesin lazımi qaydada əlaqələndirilməsi üçün XİN-də işçi qrup yaradılıb.
MSK Katibliyinin rəhbəri Rövzət Qasımov istənilən seçicinin səsvermədə iştirak etməsi və özünün aktiv seçki hüququnu reallaşdırması üçün bütün lazımi addımların atıldığını söyləyib. Bildirib ki, bununla bağlı ən mühüm məsələlərdən biri də Azərbaycan Respublikasının ölkə hüdudlarından kənarda səs verəcək vətəndaşlardır. Belə ki, səsvermə hüququna malik Azərbaycan vətəndaşı əgər Azərbaycan Respublikasının hüdudlarından kənarda ölkəmizin diplomatik nümayəndəliklərində və ya konsul idarələrində qeydiyyata alınaraq müvəqqəti seçici siyahılarına daxil edilibsə, həmin seçicilər öz hüquqlarından istifadə edə bilərlər. Məhz bunu nəzərə alaraq referenduma start verildikdən sonra Mərkəzi Seçki Komissiyası Xarici İşlər Nazirliyi ilə birgə bir sıra tədbirlər həyata keçirib. Bunun əsas məqsədi isə ölkə hüdudlarından kənarda seciçilərin səsvermə hüquqlarından istifadə etmələrinə şərait yaradılmasıdır. Seçki Məcəlləsinə əsasən səsvermə günü xarici ölkələrdə olan vətəndaşlarımızın səs verməsi və səslərinin hesablanması üçün seçki məntəqələri müvafiq ərazilərdə konsul qeydiyyatına durmuş seçicilərin sayı 50-dən çox olduqda Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və ya konsulluqlarının rəhbərləri tərəfindən səsvermə gününə azı 30 gün qalmış yaradılmalıdır. Səsverməyə 25 gün qalmışadək isə seçici siyahıları tərtib olunaraq MSK-ya təqdim edilməlidir. MSK isə öz növbəsində həmin siyahıları təsdiq etməli və müvafiq seçki dairələri ayırmalıdır. Bunu nəzərə alaraq MSK referenduma 25 gün qalmış - avqustun 31-də qərar verərək ölkə hüdudlarından kənarda səsvermə təşkil edildiyi hallarda səsvermə hüququna malik şəxsləri seçici siyahılarına daxil etməli olan üç seçki dairəsi müəyyən edib. Bunlar isə 15 saylı Yasamal birinci, 16 saylı Yasamal ikinci və 17 saylı Yasamal üçüncü seçki dairələridir.
Seminar mövzu ətrafında müzakirələrlə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28

