Qondarma “Milli şura”nın mitinqi növbəti dəfə iflasa uğradı
15.09.2016 [10:18]
Yaxud radikalların budəfəki “fəallığı”na da səbəb xarici anti-azərbaycançı dairələrdən verilən sifarişlərdir
Qondarma “Milli şura”nın bir müddətdir hazırlaşdığı və “təmtəraq”la təbliğ etdiyi növbəti mitinqi də fiaskoya uğradı. Bu mitinqin nəticələri müxalifətin radikal qanadının cəmiyyətdə heç bir dəstəyinin olmadığını bir daha sübut etdi. Faktlar da bunu göstərir. Belə ki, “Milli şura” təmsilçiləri böyük iddialarla çıxış edib mitinqdə minlərlə insanın iştirak edəcəyindən dəm vururdular. Amma bu mitinq də bir daha sübut etdi ki, qondarma qurumda təmsil olunan radikal müxalifətin heç bir sosial bazası, elektoratı yoxdur və onlar yalnız xarici havadarlarının sifarişlərini yerinə yetirirlər.
Öz növbəsində məsələyə münasibət bildirən Milli Məclisin deputatı Elman Məmmədov deyib ki, “Milli şura” deyilən qurumda bir qrup dəstə birləşib. Onun sözlərinə görə, Ə.Kərimli başda olmaqla bu radikallar heç zaman dövlətin və xalqın maraqlarını düşünmürlər: “Məhz bunun göstəricisidir ki, bu kimi dağıdıcı qurumlar Azərbaycanı istəməyən xarici qüvvələr tərəfindən maliyyələşdirilir, ölkəmizdə ictimai-siyasi sabitliyi pozmağa çalışırlar. Bu müxalifət üçün xalq, dövlət sevgisi anlayışı yoxdur, hakimiyyətə gəlmək üçün düşmənlərimizlə də əməkdaşlıqdan çəkinmirlər. Təsadüfi deyil ki, son mitinqdə də terrorçuluq ittihamı ilə həbs olunan şəxslərə dəstək nümayiş etdirilib. Bütün bunlar radikalların xislətini göstərir. Amma xalqımız bu ünsürləri yaxşı tanıyır və həmişə olduğu kimi bu dəfə də onlara dəstək vermədi”.
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatının (AGAT) sədri Nərgiz Xələf də qəzetimizə açıqlamasında, “Milli şura”nın xarici havadarlarının sifarişi ilə keçirdiyi növbəti mitinqin fiaskoya uğradığını deyib. Onun sözlərinə görə, radikallar bu aksiyada on minlərlə insanın iştirak edəcəyini iddia etsələr də, bu baş tutmadı: “Aksiya iştirakçılarının az olmasını radikallar gülünc arqumentlərlə əsaslandırmağa çalışırlar. Halbuki Azərbaycan hakimiyyəti sərbəst toplaşma azadlığı üçün bütün imkanları yaradıb və mitinqin keçirildiyi məkan mərkəzi yerdədir, ictimai nəqliyyat intensiv fəaliyyət göstərir. Əslində, reallıq ortadadı. Yəni, heç kəs “Milli şura”nın mitinqlərinə ciddi yanaşmır. Bu qondarma qurumun təmsilçiləri düşünməlidir ki, insanlar onların Azərbaycan xalqına qarşı etibarsız olduğunu, xarici qüvvələrin alətinə çevrildiklərini yaxşı bilir. Xalqın gözü tərəzidir. Yəni, insanların mitinqdə iştirak etməməsi birbaşa radikallara olan münasibətin ifadəsidir. Doğrudur, bu tipli məsələlərdə radikallar xarici qüvvələrin maliyyə dəstəyindən istifadə edir. Amma görünən odur ki, radikal müxalifətə xaricdən verilən dəstək də kömək etmədi”.
Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov da bildirib ki, taleyüklü məsələlər ərəfəsində həmişə xaricdən dəstəklənən radikal müxalifət “fəallaşmağa” başlayır. Bu da hər kəsə bəllidir ki, onlar bu təlimatları anti-azərbaycançı dairələrdən alırlar: “Milli şura”nın son mitinqinə gəlincə, bilirik ki, müəyyən xarici qüvvələr radikal müxalifətdən ölkəmizdə yeniliyə, inkişafa doğru addımların qarşısını almaq üçün istifadə edirlər. Təbii ki, burada radikalların xaricdən maliyyələşdirilməsi də vacib məqamdır. O mənada ki, bu maliyyə ölkəmizə qarşı istifadə olunur. Biz heç vaxt görmədik ki, “Milli şura” təmsilçiləri Qarabağ problemi, qaçqın-köçkünlərin hüquqları ilə bağlı səfirliklər, beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırsınlar. Bu reallığı bütün xalqımız görür. Radikallar aldıqları maliyyəni silmək üçün belə mitinqlər keçirirlər ki, bu da xalq və dövlətin maraqlarına xidmət etmir”.
Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının (ADTGT) sədri Asif Əsgərov isə bildirib ki, hər zaman xarici anti-azərbaycançı dairələrin tapşırıqlarını icra edən radikal müxalifət təmsilçiləri ölkəmizdə mövcud olan sabitliyi pozmaq üçün təxribatçı əməllərə yol verirlər. Onun fikrincə, hakimiyyət hərisliyi bu cür insanları hətta dövlətçiliyə qarşı təxribatlar yaratmağa belə sövq edir ki, zaman-zaman cəmiyyətimiz bunun şahidinə çevrilir: “Radikal düşərgə təmsilçilərinin xarici anti-azərbaycançı dairələrin, eləcə də terrorçu şəbəkənin işbirlikçisi qismində çıxış etmələri, ölkədə qarşıdurma, xaos yaratmaq arzusunda olmaları onların əsl simasını növbəti dəfə cəmiyyətə göstərməkdədir. “Milli şura”nın son mitinqi bu reallığı bir daha təsdiqləyir. Belə ki, Əli Kərimlinin rəhbərlik etdiyi radikal müxalifət təmsilçiləri artıq xarici anti-azərbaycançı dairələrlə işbirliyi ilə kifayətlənmir, radikal terror qrupları ilə də müttəfiqliyə can atırlar, onların əli ilə ölkədə qarşıdurmalar yaratmağa cəhdlər göstərirlər. Mitinq zamanı həbsdə olan terrorçulara dəstək bunu təsdiqləyir. Yəni, Əli Kərimli və onun yaxın ətrafı terrorçuları da dəstəkləməkdən çəkinmir”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09

