Ümumdünya Yəhudi Konqresinin nümayəndə heyəti Qubada olub
15.09.2016 [10:24]
Ümumdünya Yəhudi Konqresinin (ÜYK) prezidenti Ronald Lauderin başçılıq etdiyi nümayəndə heyəti Quba rayonundakı Qırmızı Qəsəbədə olub. Nümayəndə heyətinə ÜYK baş icraçı direktoru Robert Zinger, Konqresin vitse-prezidenti Qod Nisanov, Avrasiya Yəhudi Konqresinin prezidenti Yulius Maynl, Rusiya Yəhudi Konqresinin prezidenti Yuri Kanner, Rusiya Yəhudi Konqresinin vitse-prezidenti German Zaxaryayev və Ümumdünya Yəhudi Konqresinin baş icraçı direktorunun diplomatiya üzrə müavini Maram Stern daxil idi.
AZƏRTAC xəbər verir ki, Qırmızı Qəsəbəyə səfər zamanı nümayəndə heyətini Milli Məclisin deputatı Yevda Abramov, Quba rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Məhsəti Əliyeva, Azərbaycan Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev və digər rəsmi şəxslər müşayiət ediblər.
Səfərin əvvəlində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsi önünə əklil qoyulub.
Əslən Qırmızı Qəsəbədən olan Qod Nisanov və German Zaxaryayev Ümumdünya Yəhudi Konqresinin nümayəndə heyətinə Qırmızı Qəsəbənin tarixi, Azərbaycan və yəhudi xalqları arasında dostluq və qardaşlığa əsaslanan qarşılıqlı münasibətlər, respublika rəhbərliyinin və Azərbaycan xalqının yəhudi icmasına hörmətli və səmimi münasibəti barədə məlumat veriblər.
Rusiya Yəhudi Konqresinin vitse-prezidenti German Zaxaryayev deyib: “Qırmızı Qəsəbə bütün dünyada dağ yəhudilərinin yığcam şəkildə yaşadığı yeganə xüsusi məkan, sözün həqiqi mənasında Azərbaycanın fəxridir. Burada yəhudilər və azərbaycanlılar əsrlər boyu doğma qardaşlar kimi yaşayır, onları ortaq tale və ortaq tarix bağlayır. Danılmaz tarixi faktdır ki, Azərbaycanda heç vaxt antisemitizm olmayıb və biz, əslən Azərbaycandan olanlar, bu fakta görə fəxr edirik. Azərbaycan sivilizasiyalararası və dinlərarası dialoqun nümunəsidir”.
Sonra Ümumdünya Yəhudi Konqresinin nümayəndə heyəti Qırmızı Qəsəbədəki sinaqoqa gedib, orada qəsəbə ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
ÜYK prezidenti Ronald Lauder Azərbaycan və yəhudi xalqları arasında tarixi əlaqələrə və Azərbaycanda yəhudilər üçün yaradılmış şəraitə görə minnətdarlığını və bundan ruh yüksəkliyi duyduğunu bildirib. Lauder deyib: “Azərbaycanda yaşayan yəhudi icmasına səmimi münasibəti çox yüksək qiymətləndirirəm. Azərbaycan həqiqətən bütün dünya birliyi üçün tolerantlıq nümunəsidir”.
Sonra Ümumdünya Yəhudi Konqresinin nümayəndə heyəti 1918-ci ildə Azərbaycan torpağında erməni silahlı dəstələri tərəfindən törədilmiş soyqırımının qurbanları olmuş on minlərlə azərbaycanlının, üç min yəhudinin, min ləzginin və digər xalqların nümayəndələrinin xatirəsinə ucaldılmış Quba Soyqırımı Memorial Kompleksində olub. Burada nümayəndə heyətinə ətraflı məlumat verilib ki, bu qırğın Azərbaycan tarixinə XX əsrin ən faciəli soyqırımlarından biri kimi daxil olub.
Ümumdünya Yəhudi Konqresi nümayəndə heyətinin üzvləri Quba Soyqırımı Memorial Kompleksində eşitdiklərindən və gördüklərindən sarsıldıqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28

