/ / İƏT-in baş katibi: Azərbaycan multikultural ənənələrin və dini dəyərlərin yüksək səviyyədə qorunduğu ölkədir
İƏT-in baş katibi: Azərbaycan multikultural ənənələrin və dini dəyərlərin yüksək səviyyədə qorunduğu ölkədir
15.09.2016 [10:31]
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə işgüzar səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad bin Amin Mədəni ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı Azərbaycanla İƏT arasında əməkdaşlığın səviyyəsi, gələcək prioritet istiqamətləri, üzv dövlətlərlə ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Baş katib İyad bin Amin Mədəni müqəddəs Qurban bayramı münasibətilə Azərbaycan dövləti və xalqını təbrik edib. O, Azərbaycanın İƏT-in üzvü kimi fəal rolunu və təşkilatın işinə verdiyi töhfələri yüksək qiymətləndirdiyini bildirib. Baş katib Azərbaycanı multikultural ənənələr və dini dəyərlərin yüksək səviyyədə qorunduğu ölkə kimi xarakterizə edərək, ölkəmizlə əməkdaşlığın bundan sonra da yüksək səviyyədə davam edəcəyinə əminliyini ifadə edib.
Azərbaycanın İƏT ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini vurğulayan nazir Elmar Məmmədyarov İƏT-in üzv dövlətlərlə ikitərəfli və çoxtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlverişli platforma olduğunu nəzərə çatdırıb.
Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqların son vəziyyəti barədə ətraflı məlumat verən Elmar Məmmədyarov münaqişə ilə bağlı ölkəmizin haqlı və ədalətli mövqeyinin birmənalı şəkildə dəstəklənməsinə görə İƏT-in baş katibinə və üzv dövlətlərə təşəkkürünü bildirib. O, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Kontakt Qrupunun yaradılmasının təqdirəlayiq olduğunu qeyd edərək, qrupun fəaliyyətinin münaqişənin həllinə töhfəsini verəcəyinə əminliyini ifadə edib.
Görüşdə, həmçinin tərəflər BMT Baş Assambleyasının qarşıdan gələn növbəti sessiyasında Kontakt Qrupunun ilk iclasının keçiriləcəyindən məmnunluqlarını ifadə ediblər.
Baş katib 2017-ci ildə İslam Həmrəylik Oyunlarının Azərbaycanda keçirilməsi təşəbbüsünə görə ölkəmizə təşəkkürünü bildirib.
Elmar Məmmədyarov ölkəmizin ev sahibliyi etdiyi birinci Avropa Oyunları, “Formula-1” Avropa Qran-Prisi və digər mötəbər tədbirlər kimi İslam Həmrəylik Oyunlarının da yüksək səviyyədə təşkil olunacağını diqqətə çatdırıb.
Nazir Azərbaycanın bundan sonra da İƏT-ə fəal üzv kimi təşkilatın gündəliyində duran məsələlərin həyata keçirilməsinə öz töhfəsini verməkdə davam edəcəyini vurğulayıb.
Görüşdə, həmçinin təşkilat çərçivəsində İslam həmrəyliyinin gücləndirilməsinin vacibliyi qeyd olunub.
Xəbər lenti
Hamısına baxSiyasət
28 May 22:08
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27

