Antimilli ünsürlərin növbəti iflası: 17 sentyabr “mitinq”i də fiasko ilə nəticələndi
20.09.2016 [10:13]
“Milli şura” tərəfindən sentyabrın 17-də keçirilən “mitinq”in aşkar etdiyi reallıqlar həmin qondarma qurumun, o cümlədən radikal müxalifətin hansı məqsədlər və prinsiplər əsasında çıxış etdiyini bir daha ortaya qoydu. “Mitinq”də səsləndirilən şüarlar, əvvəla, növbəti dəfə onu aşkar etdi ki, xalqın mənafeyinə zidd mövqedə duran bu dağıdıcı ünsürlər anti-Azərbaycan dairələrin siyasi aləti qismində çıxış edirlər və bu mitinq şousu məhz müəyyən qərəzli dairələrdən alınan direktivlər əsasında təşkil edilib.
Digər tərəfdən, bəhs olunan “mitinq” zamanı səsləndirilən fikirlər həm də ona dəlalət edir ki, radikal ünsürlər istənilən hadisədən, mövzudan istifadə edərək Azərbaycanı hədəfə götürür, hakimiyyətə və ölkədə həyata keçirilən tədbirlərə qarşı “qara piar” kampaniyası aparır. Onlar Azərbaycanın nüfuzunu zədələmək üçün xarici anti-Azərbaycan qüvvələrin pozucu fəaliyyətinə, radikal-ekstremist ünsürlərin dağıdıcı çağırışlarına bəraət qazandırmağa çalışırlar.
Azərbaycan ictimaiyyəti radikal müxalifəti ciddi siyasi qüvvə hesab etmir: “mitinq” meydanı növbəti dəfə boş qaldı
“Milli şura”nın 17 sentyabr “mitinq”inin aşkar etdiyi reallıqlardan biri də radikal ünsürlərin heç bir ictimai dəstəyə malik olmamasıdır. Bakı şəhər Baş Polis İdarəsinin məlumatına görə, aksiyada “Milli şura”nın 800-dək üzvü və təəssübkeşi iştirak edib. Mitinq zamanı ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb. Lakin tədbirdən sonra bəzi iştirakçılar asayişi pozmağa cəhd edib, xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq hüquqazidd hərəkətlərə yol veriblər. Görülmüş tədbirlərlə qanunsuz əməllərin qarşısı alınıb və bu zaman bir neçə nəfər saxlanılıb.
Beləliklə, çoxsaylı tərəfdarlarının olduğunu iddia edən bu qondarma qurum təmsilçilərinin söylədiklərinin əksinə olaraq bu “mitinq”də də azsaylı radikal düşərgə nümayəndəsi, həmçinin azsaylı radikal-ekstremistlər iştirak etdi. Başqa sözlə, qondarma qurum tərəfindən iddia edilən olmadı və “Milli şura” “mitinq” meydanına tərəfdar toplaya bilmədi. Bu, bütövlükdə, qondarma qurumun və radikal düşərgənin ictimai dəstəkdən məhrum olan siyasi autsayderdən başqa bir şey olmadığına dəlalət etdi.
Ümumiyyətlə, Azərbaycan cəmiyyətinin nümayəndələrinin radikal müxalifətə etimad göstərməməsinin səbəbi bəllidir: anti-Azərbaycan dairələrlə sinxron fəaliyyət göstərən, ölkənin milli mənafeyini özlərinin və xidmət etdikləri qüvvələrin korporativ maraqlarına qurban verməyə hazır olan, ictimaiyyəti manipulyasiyaya məruz qoyan, cəmiyyət üzvlərini itaətsizliyə çağıran, radikal-ekstremist qüvvələri dəstəkləyən, həmçinin bu kimi bir çox antimilli hərəkətləri fəaliyyətlərində əsas istiqamət kimi götürən dağıdıcı qüvvələrə Azərbaycan xalqı etimad etmir.
“Milli şura” radikal-ekstremist qruplarla həmrəydir: radikal dindarlar itaətsizlik çağırışları səsləndirdilər
Bunlarla yanaşı, “Milli şura” adlı qondarma qurumda toplanan dağıdıcılar “mitinq” zamanı radikal-ekstremist qruplaşmaları dəstəkləməklə öz siyasi simalarını aşkar şəkildə ortaya qoydular.
Təsadüfi deyil ki, radikal düşərgədə yer alan antimilli ünsürlər, onların nəzarətində olan media vasitələri “Müsəlman Birliyi Hərəkatı” adlanan ekstremist təşkilatı müdafiə edib, hətta bu təşkilatın üzvləri tərəfindən yol verilən cinayət tərkibli əməllərə bəraət qazandırmağa çalışıblar. Bununla da onlar Azərbaycan dövlətinin maraqlarına düşmən münasibətini büruzə verib və ekstremistlərlə həmrəy olduqlarını açıq göstəriblər. “Mitinq” zamanı radikal islamçıların ideoloqlarından biri, İslam partiyasının funksioneri Rövşən Əhmədov hazırda Nardaran hadisələrinə görə həbs olunmuş Taleh Bağırzadənin müraciətini oxuyub. T.Bağırzadə faktiki olaraq əhalini müqavimətə, itaətsizliyə, qarşıdurmaya çağırıb.
Əlbəttə, “Milli şura”nın “mitinq”ində terrorda günahlandırılan, 7 nəfərin ölümünə səbəb olan şəxsin çıxışı və radikal çağırışlarının səsləndirilməsi təəccüblü və təsadüfi deyil. Bundan öncə dəfələrlə məlum olub ki, dağıdıcı düşərgə, xüsusilə də qondarma “Milli şura” təmsilçiləri radikal-ekstremist qüvvələri başlıca tərəfdaş kimi qəbul edib və onların vasitəsilə vətəndaşları dövlətə qarşı itaətsizliyə çağırıblar.
Beləliklə, autsayderlər-radikallar toplusu olan qondarma “Milli şura”nın 17 sentyabr “mitinq” şousu da iflasa məhkum oldu. Fakt odur ki, radikalların, autsayderlərin antimilli “şura”sı icazəli mitinqdə belə, mövcud olduğunu iddia etdiyi tərəfdarlarını bir araya toplaya bilmədi. Sosial şəbəkələrdə “Milli şura” bayrağı altında dövlətimizə, xalqımıza qarşı “qara piar” kampaniyası aparanlar meydanda görünmədilər. Dolayısıyla, siyasi palitranın çoxdan yararsızlıq statusu almış autsayderləri özləri üçün mitinq etdilər, fiaskoya düçar oldular. Eyni zamanda, “mitinq” çərçivəsində səsləndirilən fikirlər, dövlətə itaətsizlik çağırışları qondarma “Milli şura”nın ekstremistlərlə həmrəy olduğunu ortaya qoydu.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48

