Müsavat Partiyası ilə AXCP arasındakı savaş yenidən qızışır
21.09.2016 [10:05]
Bir-birlərini xəyanətdə günahlandıran partiya üzvləri sosial şəbəkələrdə qarşılıqlı təhqirlər yağdırmaqdadırlar
Hər zaman xarici anti-azərbaycançı mərkəzlərin sifarişlərini yerinə yetirən radikal müxalifət düşərgəsində yenidən ara qarışıb. Belə ki, xarici anti-azərbaycançı mərkəzlərin puluna sahib çıxmaq üçün çarpışan AXCP ilə Müsavat Partiyası arasında sükut pozulub. Xarici təzyiq qruplarının “dəyənəyi” statusunda çıxış etmək üçün fürsət axtaran bu partiyalar üçün siyasi mübarizə isə təhqir və küçə jarqonuna müraciət deməkdir. Bu baxımdan da, düşərgə təmsilçiləri qarşılıqlı ittihamlarla çıxış etdikləri zaman hətta siyasi mədəniyyət və adi etik qaydaları belə gözləmirlər. Əslində, bu, onların mahiyyətindən irəli gəlir. İki radikal partiyanın üzvlərinin arasındakı söz duelinin yenidən alovlanmasının əsas səbəbi isə qondarma “Milli şura”nın və Müsavat Partiyasının ard-arda keçirdikləri uğursuz “mitinq” olub. Qeyd edək ki, sonuncu parçalanmalardan sonra dərnək statusu almış AXCP ilə Müsavat Partiyası özlərini təsdiqləmək, ermənipərəst dairələrin puluna sahib çıxmaq üçün qərəzli xarici dairələrdən aldıqları sifarişə uyğun olaraq sentyabrın 11-də, 17-də və 18-də “mitinq” keçirib. Bu “mitinq”lərə 500-800 arası insanın qatılması isə radikal düşərgə partiyalarının oxunu daşa vurub. Hələ bir müddət öncə keçirəcəkləri mitinqlərə minlərlə, hətta on minlərlə insanın qatılacağından dəm vuran, bununla bağlı sosial şəbəkələrdə proqnozlar verən radikal düşərgə təmsilçiləri qüssəyə qərq olublar. Xarici ermənipərəst dairələrin pulu ilə ortaya atılmış “yuyulmamış çömçələr”in məqsədlərinin yalnızca ara qarışdırmaq olması isə hər kəsə məlumdur.
AXCP ilə “Müsavat” arasındakı polemikalara gəldikdə isə burada bir sıra məqamlar mövcuddur. Belə ki, sentyabrın 11-də qondarma “şura”nın mitinqinə azsaylı “nümayəndə heyəti” ilə qatılan “Müsavat” funksionerləri aksiyanın sonunda maraqlı sürprizlə üz-üzə qalıblar. Hələ bir müddət öncədən sentyabrın 18-də mitinq keçirəcəyini bəyan edən “Müsavat” sentyabrın 11-də həmin mitinqə qatılmaqla AXCP-nin də onlara dəstək verəcəyinə ümidlənmişdi. Amma Əli Kərimli birdən-birə sentyabrın 17-nə mitinq təyin etdi. Nəticədə, bu partiyaların üzvləri yenidən bir-birlərini xəyanətdə günahlandırmağa başladılar. “Müsavat” tərəfdarları sosial şəbəkələrdə hətta onların sentyabrın 17-dəki mitinqə qatılmalarının qarşılığında sentyabrın 18-də AXCP-nin bir üzvünün belə “Məhsul” stadionuna gəlməməsini xəyanət kimi dəyərləndiriblər. Qarşılıqlı təhqirlər yağdıran radikal partiya üzvləri öz polemikalarında ən ağır ifadələr işlətməkdən belə çəkinmirlər. Belə ki, AXCP üzvləri “Müsavat” funksionerləri Gülağa Aslanlını və Elman Fəttahı ağır şəkildə təhqir ediblər. Müsavat Partiyasının tək bir şəxsə xidmət göstərdiyini bildirən AXCP-çilər bu partiyanı “İsavat” kimi ifadə ediblər.
“Müsavat” üzvləri isə Əli Kərimlinin hər zaman xəyanət yolu tutduğunu, hətta radikal düşərgəyə belə xainlik etdiyini xatırladıblar. Onlar Ə.Kərimlinin 17 sentyabrda mitinq keçirmək qərarının məhz “Müsavat”a qarşı yönəldiyini, bununla da özünü və təmsil etdiyi partiyanı önə çıxarmaq üçün çalışdığını bildiriblər.
Yeri gəlmişkən, “Müsavat” ilə AXCP arasındakı təhqir dolu polemikaya yeni çalar da əlavə olunub. Bilindiyi kimi, sentyabrın 18-də Müsavat Partiyasının sədri Arif Hacılı öz partiyasının üzvlərini sentyabrın 24-də qondarma “Milli şura”nın mitinqində iştirak etməyə çağırıb. Xatırladaq ki, bir gün öncədən, yəni sentyabrın 17-də Əli Kərimli sentyabrın 24-də mitinq keçirəcəklərini bəyan etmişdi. Arif Hacılının bu çağırışının ardından isə AXCP və qondarma “şura”nın üzvləri sentyabrın 24-də mitinq keçirməyəcəklərini bildirərək “Müsavat” sədrini pərt ediblər. AXCP funksioneri Gözəl Bayramlı və qondarma “şura”nın üzvü Eldəniz Quliyev mitinqlə bağlı hər hansı bir müraciətin edilmədiyini bildirsə də, “Müsavat” sədrinin müavini Elman Fəttah onların sentyabrın 24-də “Məhsul” stadionunda mitinq keçirməklə bağlı Bakı şəhər İcra Hakimiyyətinə rəsmi müraciət məktubunun sosial şəbəkələrdə yayıldığını deyib. E.Fəttah Ə.Kərimlinin yandaşlarının məhz “Müsavat”a görə yalan danışdıqlarını, sözlərini dandıqlarını dilə gətirib.
Beləliklə, bu partiyaların maraqlı xarici qüvvələr tərəfindən idarə olunması heç kimə sirr deyil. Belə ki, istər AXCP sədri Əli Kərimlinin, istərsə də “Müsavat” köhnəli-yenili sədrlərinin antidövlət, antixalq siyasəti yürütməyə çalışmaları, hər bir addımlarında ölkənin imicinə zərbə endirmək üçün hazır dayandıqları və bir sıra maraqlı xarici qüvvələrin əmrləri əsasında hərəkət etmələri dəfələrlə öz təsdiqini tapıb. Bunu elə düşərgə təmsilçiləri öz əməlləri ilə də sübut edirlər.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

