Ümumxalq səsverməsi demokratik, şəffaf və seçicilərin yüksək fəallığı şəraitində baş tutub
27.09.2016 [10:11]
Müşahidə missiyaları və xarici KİV referendumun beynəlxalq standartlara uyğun keçirildiyini təsdiq ediblər
Azərbaycan demokratik inkişaf yolunda əmin addımlarla irəliləməkdədir. Həyata keçirilən ardıcıl tədbirlərin qanunauyğun nəticəsi kimi, Azərbaycanda təkmil siyasi sistem bərqərar olunub və hüquqi dövlət quruculuğu istiqamətində əhəmiyyətli nailiyyətlər əldə edilib. Eyni zamanda, ölkəmizdə hüquqi dövlətin təməllərinin möhkəmləndirilməsi istiqamətində islahatlar davamlı xarakter daşıyır. Məhz sentyabrın 26-da keçirilən ümumxalq səsverməsi - referenduma çıxarılan məsələlər də islahatlar kursunun tərkib hissəsini təşkil edir.
Konstitusiya islahatları demokratik inkişaf prosesinə əhəmiyyətli töhfədir
Təsadüfi deyil ki, ekspertlər ümumxalq səsverməsinin inkişafın ortaya çıxardığı reallıqlardan və zərurətdən qaynaqlandığını diqqətə çatdırıblar. Yəni Azərbaycan inkişaf etdikcə yeni reallıqlar və tələblər ortaya çıxıb, bu zamana qədər həyata keçirilən islahatların müasir çağırışlara uyğun olaraq davam etdirilməsi zərurətə çevrilib. Bu baxımdan əminliklə ifadə edilməkdədir ki, Konstitusiya islahatları Azərbaycanın inkişafının davamlı xarakter daşımasına, dövlət müstəqilliyinin möhkəmlənməsinə xidmət etməklə yanaşı, idarəetmənin təkmilləşdirilməsi və demokratik inkişaf prosesinə əhəmiyyətli töhfədir. Təsadüfi deyil ki, dünya ictimaiyyəti də Konstitusiya islahatlarının aparılmasını demokratik inkişaf baxımından təqdirəlayiq hal kimi xarakterizə etmişdi. Bütövlükdə, beynəlxalq ictimaiyyət ölkəmizdə demokratiya və onun başlıca atributları olan vətəndaş cəmiyyəti və hüquqi dövlətin mütləq komponentlərinin təşəkkül tapması və inkişafını, həmçinin demokratik inkişafa xidmət edən davamlı islahatları yüksək qiymətləndirib, Azərbaycanın demokratiya yoluna sadiq olduğunu əminliklə bəyan ediblər. Ümumi qənaət bu olub ki, reallaşdırılan kompleks islahatlar Azərbaycanın dinamik inkişafının, əsaslı ictimai-siyasi sabitliyin davamlı olacağına əminlik yaradır.
Beynəlxalq və yerli müşahidəçilər ciddi qanun pozuntusuna rast gəlinmədiyini qeyd ediblər
Yeri gəlmişkən, sentyabrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçirilən referendum demokratik, şəffaf və seçicilərin yüksək fəallığı şəraitində baş tutub. Beynəlxalq və yerli müşahidəçilər seçicilərin yüksək fəallığı, referendumun qanunauyğun və yüksək səviyyədə təşkili, Mərkəzi Seçki Komissiyasının, Seçki İnformasiya Mərkəzinin, dairə və məntəqə komissiyalarının fəaliyyəti barədə müsbət fikirlər bildirib, prosesin beynəlxalq standartlara uyğun təşkil olunduğunu, səsvermənin nəticələrinə təsir edə biləcək ciddi qanun pozuntusuna rast gəlinmədiyini xüsusi qeyd ediblər.
Xüsusilə beynəlxalq müşahidəçilər mətbuata açıqlamalarında referendumun demokratik və beynəlxalq standartlara uyğun keçirildiyini təsdiq ediblər. Xarici mətbuat isə Azərbaycanda keçirilən ümumxalq səsverməsinə böyük diqqət göstərib, televiziya kanalları, mətbuatda, internetdə verilən materiallarda referendum yüksək qiymətləndirilib.
“Beşinci kolon”un iddiaları ifşa olunub
Xaricdən idarə olunan “beşinci kolon” faktları təhrif etməklə referendumun guya saxtalaşdırıldığı barədə ictimai rəy formalaşdırmağa cəhd göstərib, heç bir əsası olmayan qərəzli xəbərlər, dezinformasiya yayıb, amma onların iddiaları bütünlüklə ifşa olunub. Əlbəttə, müəyyən qərəzli dairələrin siyasi aləti qismində çıxış edən “beşinci kolon” nümayəndələrinin anti-dövlət və anti-xalq mövqeyində durması təsadüfi deyil, çünki onlar ölkəmizin davamlı islahatlar vasitəsilə öz qüdrəti və nüfuzunu artırmasından narahatlıq keçirərək “qara piar” kampaniyası aparırlar. Buna baxmayaraq, ölkəmiz öz müstəqil inkişaf yolunda əmin addımlarla irəliləyir, eləcə də Azərbaycanda Konstitusiya islahatları xalqın iradəsi əsasında həyata keçirilir, bu islahatların reallaşdırılması yerli hüquqa - milli qanunvericilik sisteminə və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq konvensiyalara uyğundur.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
28 May 22:08
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27

