/ / “İƏT-ə üzv ölkələrin Jurnalistlər Assosiasiyasının yaradılması İslam həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayacaq”
“İƏT-ə üzv ölkələrin Jurnalistlər Assosiasiyasının yaradılması İslam həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayacaq”
05.10.2016 [10:35]
Hikmət Babaoğlu: Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun belə bir təşəbbüslə çıxış etməsi, eyni zamanda, Azərbaycan mediasından gələn təşəbbüsləri dəstəkləməsi olduqca əhəmiyyətli və miqyasına görə böyük bir hadisədir
“İƏT-ə üzv ölkələrin Jurnalistlər Assosiasiyasının yaradılması İslam həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayacaq”. Bu sözləri SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib. Onun sözlərinə görə, Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun belə bir təşəbbüslə çıxış etməsi, eyni zamanda, Azərbaycan mediasından gələn təşəbbüsləri dəstəkləməsi olduqca əhəmiyyətli və miqyasına görə böyük bir hadisədir: “Bu, Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən dialoq, əməkdaşlıq siyasətinin davamı kimi qiymətləndirilməlidir. Hazırda olduqca mürəkkəb tarixi bir mərhələdə yaşayırıq. Bu mərhələnin mürəkkəbliyi müxtəlif sivilizasiyalar arasında dialoq qıtlığı və yaxud müxtəlif islamofob siyasi mərkəzlər tərəfindən qərəzli şəkildə dialoq qıtlığının yaradılması ilə müşahidə olunur. Sivilizasiyaların qarşıdurması tendensiyası daha da qabardılaraq iki cəbhə yaradılmasına cəhd edilir.
Düşünürəm ki, bu ziddiyyətli qütbləri birləşdirən və onlar arasında dialoqu mümkün edən yeganə vasitə mediadır. Transmilli media mərkəzləri tərəfindən İslam dəyərlərinə qarşı təşkil edilən hücumların qarşısına sipər çəkə biləcək intellektual güc yenə də mediadır. Ona görə də Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun belə bir təşəbbüslə çıxış etməsi, eyni zamanda, Azərbaycan mediasından gələn təşəbbüsləri dəstəkləməsi olduqca əhəmiyyətli və miqyasına görə böyük bir hadisədir”.
H.Babaoğlu əlavə edib ki, bu, Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən dialoq, əməkdaşlıq siyasətinin davamı kimi qiymətləndirilməlidir: “Belə bir informasiya koalisiyasının yaradılması, əslində, uzun müddətdir Qərb media institutlarının təşkilatlanmasına qarşı İslam dünyasının adekvat təşkilatlanması kimi də qəbul edilə bilər. Çünki İslam sivilizasiyasının mənafelərinin qorunması, İslam haqqında həqiqətlərin dünyaya çatdırılması, dinimizi təhrif edən, onu terrorçu din kimi təqdim edən Qərb mediasına qarşı məzmunlu və effektiv cavab verilməsi yalnız kollektiv assosiasiya şəklində mümkündür ki, Azərbaycan da bunu etməyə çalışır. Proses davam edərsə, İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələr ona lazımi dəstəyi verərsə, heç şübhəsiz ki, İslam Əməkdaşlığı Təşkilatına üzv olan ölkələrin Jurnalistlər Assosiasiyası ciddi bir quruma çevrilə bilər və qlobal informasiya ekspansiyasına qarşı effektiv intellektual mübarizə vasitəsi ola bilər”.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

