/ / Mixael Link: Azərbaycanda müxtəlif dinlər arasındakı münasibətlər digər ölkələr üçün nümunə ola bilər
Mixael Link: Azərbaycanda müxtəlif dinlər arasındakı münasibətlər digər ölkələr üçün nümunə ola bilər
13.10.2016 [10:08]
Oktyabrın 12-də Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova ölkəmizdə səfərdə olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktoru Mixael Link ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Bahar Muradova Azərbaycanın bir neçə gündən sonra dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünü qeyd edəcəyini bildirib. Vurğulayıb ki, belə bir ərəfədə dost dövlətlərdən, eləcə də beynəlxalq təşkilatlardan nümayəndələrin Azərbaycana səfəri olduqca əhəmiyyətlidir.
Görüşdə ötən ay ölkəmizdə keçirilən referendum barədə də söhbət açılıb. Bildirilib ki, referendum zamanı Azərbaycan xalqı Konstitusiyaya təklif olunan mühüm dəyişikliklərə “hə” dedi. Bununla da Azərbaycan müstəqil ölkə kimi yeni bir mərhələyə qədəm qoydu. Konstitusiya islahatları sahəsində atılan bu mühüm addım xalqla ölkə rəhbərliyinin birliyini aydın göstərdi. Referendumda müşahidəçi kimi iştirak edən beynəlxalq təşkilatlar da səsvermənin demokratik, şəffaf şəkildə keçirildiyini təsdiq etdilər.
Bahar Muradova diqqətə çatdırıb ki, Azərbaycan ATƏT-in bütün qurumları ilə qarşılıqlı hörmət və etimada əsaslanan bərabərhüquqlu əməkdaşlığı genişləndirmək niyyətindədir.
Milli Məclis sədrinin müavini dünyada baş verən kataklizmlərin aradan qaldırılması üçün ölkələrin maksimum səy göstərməsinin önəmini qeyd edib. Bildirib ki, bu sahədə Azərbaycanın təcrübəsi, min illərə söykənən birgəyaşayış, dinlərin, mədəniyyətlərin, etnik qrupların sülh və qardaşlıq şəraitində yaşaması çox gözəl örnəkdir. Azərbaycanda multikulturalizm insanların həyat tərzidir.
Azərbaycanın mühüm beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrildiyini bildirən Mixael Link V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etdiyini söyləyib və bu tədbirin əhəmiyyətini qeyd edib. O, ölkəmizə səfəri çərçivəsində “Qeyri-ayrı-seçkilik və tolerantlığın təşviqinə dair dinlərarası dialoq” mövzusunda keçirilən ikigünlük seminarda da iştirak etdiyini bildirib, bu tədbirin məlumat və təcrübə mübadiləsi baxımından əhəmiyyətli olduğunu deyib.
Mixael Link dinlərarası dialoq sahəsində Azərbaycanın qədim tarixinin olduğunu, burada müxtəlif dinlər arasındakı münasibətlərin digər ölkələr üçün nümunə ola biləcəyini vurğulayıb.
Söhbət zamanı Bahar Muradova Milli Məclisin ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, deputat Tahir Mirkişilinin hazırladığı “Multikulturalizm - demokratik dəyər kimi” mövzusunda layihədən söz açıb və Mixael Linki qurumdakı təqdimat zamanı həmin sənədi dəstəkləməyə çağırıb.
Xəbər lenti
Hamısına baxDünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28

