/ / Milli Məclisin deputatı: Qonşu ölkələrdə müharibədən əziyyət çəkən insanlar Türkiyəyə ümid qapısı kimi baxırlar
Milli Məclisin deputatı: Qonşu ölkələrdə müharibədən əziyyət çəkən insanlar Türkiyəyə ümid qapısı kimi baxırlar
14.10.2016 [10:17]
Avropa Şurası Parlament Assambleyasının payız sessiyasının plenar iclasında “Türkiyədə vəziyyət dövlət çevrilişinə cəhd kontekstində” mövzusunda debatlarda Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Vüsal Hüseynov da çıxış edib.
Deputat Türkiyə ilə bağlı əsassız iradların təəssüf doğurduğunu bildirərək qeyd edib ki, belə yanaşmalar Türkiyə reallığı barədə məhdud məlumatların olmasından və xalqın hisslərinin nəzərə alınmamasından yaranır. O, Türkiyədə baş vermiş dəhşətli hadisələr zamanı tankların dinc insanların üzərinə getdiyini, demokratik institutların təmsil olunduğu inzibati binaların bombardman edildiyini, bu hadisələrə müqavimət göstərən mülki şəxslərin qətlə yetirildiyini xatırladıb.
V.Hüseynov xalqın əzmi nəticəsində həmin gecə dövlət çevrilişinə cəhdin uğursuzluğa düçar olduğunu diqqətə çatdırıb. Bildirib ki, milyonlarla insanın öz həyatını təhlükəyə ataraq küçələrə axışması onların öz dövlətlərinə olan inamını əks etdirir. Hadisələrdən dərhal sonra milyonlarla insanın küçələrə çıxması türk xalqının demokratik yolla seçilmiş Prezidentini dəstəklədiyini və hökumətə inandığını sübut etdi.
Milli Məclisin deputatı bildirib ki, AŞPA-da aparılan müzakirələr, eləcə də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun qurumdakı çıxışı bu ölkənin demokratiya və insan hüquqları kimi dəyərlərlə bağlı öhdəliklərinə sadiq qaldığını göstərir.
Nümayəndə heyətinin üzvü qeyd edib ki, Türkiyə hadisələrini qiymətləndirərkən ölkənin hansı proseslərlə əhatə olunması və onun makro mühiti də nəzərə alınmalıdır. O, Türkiyənin çoxsaylı terror aktları ilə üzləşdiyini, orada bir yox, bir neçə terror təşkilatının fəaliyyətindən söhbət getdiyini diqqətə çatdırıb. Qonşu ölkələrdə müharibədən əziyyət çəkən insanların Türkiyəyə ümid qapısı kimi baxdıqlarının təkzibedilməz reallıq olduğunu xatırladıb. Türkiyənin milyonlarla qaçqının yerləşdirilməsində mühüm rolunu vurğulayıb.
“Ümid edirəm ki, bu plenar iclasda aparılan debatlar həmkarlarımızın Türkiyə ilə bağlı məlumatlarının artmasına əhəmiyyətli töhfə verəcək. Türkiyəyə dəstəyimizi verməyə səsləyən həmkarlarıma qoşulur və hər birinizi bu prosesin fəal iştirakçısı olmağa çağırıram”, - deyə V.Hüseynov avropalı parlamentarilərə müraciət edib.
Xəbər lenti
Hamısına baxDünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28

