“Sərhədsiz Reportyorlar” təşkilatının “hesabat”ı qeyri-obyektiv və qərəzlidir
05.11.2016 [09:13]
Media təmsilçiləri bu təşkilatın ermənipərəst dairələrin Azərbaycana qarşı apardıqları kampaniyalarda iştirak etdiyini bildirirlər
Azərbaycana qarşı hər zaman qərəzi ilə seçilən, erməni lobbisinin maraqlarına xidmət göstərən və “beşinci kolon”un havadarlarından sayılan “Sərhədsiz Reportyorlar” adlı təşkilat ölkəmizlə bağlı növbəti dəfə şər-böhtan dolu “hesabat” açıqlayıb. Bu dəfə də subyektivliyi, qərəzi ilə seçilən “hesabat”da faktlar təhrif olunub, ölkəmizlə bağlı yalan, böhtan xarakterli fikirlərə yer verilib. Azərbaycanda mətbuatın azadlığının “məhdudlaşdırılması” kimi gülünc iddia ilə çıxış edən bu qərəzli təşkilat növbəti dəfə öz simasını ortaya qoyub və ermənipərəst mövqe tutduğunu açıq şəkildə büruzə verib. Yalanları sərhəd tanımayan bu təşkilatın sərsəm hesabatında Ermənistanda insan haqlarının pozulması faktlarının əks olunmaması, mətbuata qarşı nümayiş olunan aqressiv münasibətin gizlədilməsi onların əsl simasını üzə çıxarır.
Məsələ ilə bağlı fikirlərini bölüşən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə “Sərhədsiz Reportyorlar”ın budəfəki hesabatının da qərəzli olduğunu dilə gətirib. V.Rəhimzadə bildirib ki, ölkəmizdə mətbuata dövlət tərəfindən göstərilən diqqət və qayğı ortadadır. İstər çap mediasının inkişafı ilə bağlı qəbul edilən, istərsə də internet medianın inkişafını dəstəkləyən qərarlar, o cümlədən jurnalistlərin sosial problemlərinin həlli ilə bağlı atılan addımlar “Sərhədsiz Reportyorlar”ın yalanlarını ifşa edən mühüm faktlardır: “Bu təşkilatın Azərbaycandakı reallığı bəd gözlə, qara eynəklə görməsi artıq adət halını alıb. Onlar bilirlər ki, Azərbaycanda söz, media azadlığı ilə bağlı uğurlu işlər həyata keçirilir. Hesab edirəm ki, Azərbaycan dövləti bu sahədə dünyaya nümunə ola biləcək addımları ilə seçilib. Bu gün Azərbaycanda müstəqil medianın inkişafına göstərilən dövlət dəstəyi mətbuatın iqtisadi imkanlarının yüksəlməsinə, peşəkarlığın artırılmasına zəmin yaradıb. Azərbaycanda söz azadlığının təmini istər ölkə Konstitusiyasında, istərsə də KİV haqqında qanunda təsbit edilib. Mətbuat Şurasının təsis olunması, mətbuatın üzərindən senzuranın birmənalı şəkildə götürülməsi azad sözə verilən dəyərin göstəricisidir. 2009-cu ildən yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu həm çap mediasının, həm də internet mediasının inkişafı istiqamətində mühüm tədbirlər, layihələr həyata keçirir. Bu gün ölkəmizdə jurnalistlərin sosial müdafiəsinin təşkili işi olduqca yüksək səmərə verir. Birmənalı şəkildə qeyd edilməlidir ki, Azərbaycan dövlətinin medianın fəaliyyətinin azad, peşəkar inkişafına istiqamətlənən addımlarının dünyada analoqu yoxdur. Sadəcə olaraq, anti-azərbaycançı qüvvələrin əlində alətə çevrilən “Sərhədsiz Reportyorlar” adlı bu kimi təşkilatlar bilərəkdən görülən işlərə kölgə salmağa cəhd edir. Onlar anti-Azərbaycan, ermənipərəst dairələrin sifarişləri əsasında reallıqdan uzaq, həqiqətdən kənar hesabatlar yayırlar. Sifarişlə, diktə ilə çalışan bu kimi təşkilatlar yalanları ilə heç nəyə nail ola bilməyəcəklər. Çünki onların özlərinin mahiyyəti şübhə doğurur”.
“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev də “Sərhədsiz Reportyorlar” adlı təşkilatın hər zaman Azərbaycanın əleyhinə sifarişlər yerinə yetirdiyini, anti-azərbaycançı mərkəzlərin diktəsi əsasında qeyri-real, qərəzli hesabatlar yaydığını önə çəkib. B.Quliyev bildirib ki, addımbaşı Azərbaycanı hədəfə alan bu təşkilatın fəaliyyətinin birmənalı şəkildə ksenofobiyaya, islamofobiyaya və erməni lobbisinin sifarişlərinə söykəndiyi ortadadır: “Bu kimi təşkilatlar mütəmadi olaraq Azərbaycanın əleyhinə kampaniya aparırlar. Onlar daim Azərbaycanı “söz və mətbuat azadlığının olmadığı”, “jurnalistlərə basqıların olduğu ölkə” və “azadlığın boğulduğu məkan” kimi qələmə verməyə çalışırlar. Bu baxımdan, “azad sözə basqı” adlı yalanı ölkəmizə şamil etməyə çalışan “Sərhədsiz Reportyorlar”ın missiyası bu gün də davam edir. Bu cür şər-böhtan, təzyiq aləti şəklində istifadə olunan qurumların hansı qüvvələr tərəfindən maliyyələşdirildiyi hər kəsə bəllidir. Onlar bilərəkdən ölkəmizlə bağlı reallıqları, faktları gizlətməyə çalışır, öz arzularını “hesabat” adı altında tirajlayırlar”.
B.Quliyev hüquqi, demokratik, dünyəvi, modern dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin, söz azadlığının qorunması, medianın inkişafını təmin edəcək normativ hüquqi bazanın da yaradıldığını deyib. Onun sözlərinə görə, Azərbaycanda mətbuat tam azad və müstəqildir: “Azərbaycanda mətbuatın inkişafı və jurnalistin fəaliyyəti hüquqi normalarla tənzimlənir. Eyni zamanda, mətbuatın inkişafı istiqamətində dövlət kifayət qədər səmərəli addımlar atır. 2008-ci ildə mətbuatın inkişafı ilə bağlı konsepsiya qəbul olunub. Bundan sonra 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Jurnalistlərin sosial problemləri dövlətin diqqəti sayəsində öz həllini tapır. Azərbaycan mətbuatı qısa zaman ərzində böyük yol qət edib. Bu, onu göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyev söz və mətbuat azadlığına böyük önəm verir. Dünyanın heç bir yerində dövlət jurnalistləri təmənnasız mənzillə təmin etmir. Azərbaycanda belə bir təcrübə var. Bütün bunlar dövlətin, Prezidentin mətbuata qayğısından irəli gəlir”.
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı da “Sərhədsiz Reportyorlar” təşkilatının məqsədinin bəlli olduğunu bildirib. Onun sözlərinə görə, bir müddət öncə bu qurumun Türkiyənin və Azərbaycanın əleyhinə keçirdiyi aksiyalar onların əsl kimliyini sübut etmişdi. Bu, həmin aksiyalar idi ki, Avropanın bir sıra şəhərlərində Azərbaycanın və Türkiyənin bayrağına qarşı təhqiramiz hərəkətlərə yol vermişdilər: “Media siyasəti ilə məşğul olan insanlar bilirlər ki, bu “hesabat” da “Sərhədsiz Reportyorlar”ın Azərbaycana qarşı qərəzli münasibətidir. Bu, ölkələrə və xalqlara Qərb dairələrinin münasibətindən irəli gələn bir məsələdir. Yəni burada hər hansı bir araşdırmadan və ya faktoloji hesabatdan söhbət belə gedə bilməz. Bu məsələnin mətbuat azadlığına heç bir aidiyyəti yoxdur. Biz Gürcüstanda da oluruq, Rusiyadan da xəbərimiz var, eləcə də başqa Avropa ölkələrində medianın vəziyyəti ilə bağlı bilgilərə sahibik. Düşünürəm ki, Azərbaycan üçün çox ədalətsiz bir yanaşmadır. Bu gün ölkəmizdə özünüifadə azadlığı tam təmin olunub. Bu gün Azərbaycanda çap mətbuatı fəaliyyət göstərir, mediada rəngarənglik mövcuddur. Həmçinin internet media olduqca sürətlə inkişaf edir, yaranan saytların sayı artıq 400-ü keçib. Sosial şəbəkələrə heç bir məhdudiyyət yoxdur, Azərbaycan əhalisinin mütləq əksəriyyəti internet istifadəçisidir və öz fikirlərini internet üzərindən yaymaq imkanına malikdir. Belə olan halda “Sərhədsiz Reportyorlar” adlı təşkilatın hesabatı heç bir həqiqəti əks etdirmir və qərəzlidir”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29

