/ / Getulio Vargas Fondunun professoru, siyasi təhlilçi Monik Soçaşevski Braziliya Deputatlar Palatasının sədri Rodriqo Mayanın Azərbaycana səfəri haqqında fikirlərini bölüşüb
Getulio Vargas Fondunun professoru, siyasi təhlilçi Monik Soçaşevski Braziliya Deputatlar Palatasının sədri Rodriqo Mayanın Azərbaycana səfəri haqqında fikirlərini bölüşüb
08.11.2016 [09:56]
Braziliyada nüfuzlu ali təhsil ocağı və tədqiqat mərkəzi olan Getulio Vargas Fondunun professoru, siyasi təhlilçi Monik Soçaşevski “Huffpost Brazil” internet portalında Braziliya Deputatlar Palatasının sədri Rodriqo Mayanın Azərbaycana səfəri haqqında fikirlərini bölüşüb (bax: Monique Sochaczewski. Rodrigo Maia e a ignorancia sobre o Azerbaijao / ‘’Brasilpost.com.br’’, 31 oktyabr 2016).
M.Soçaşevski Braziliya Deputatlar Palatasının sədri Rodriqo Mayanın rəhbərlik etdiyi nümayəndə heyətinin ilk xarici rəsmi səfərini Azərbaycana etməsinin ölkə seçimi nöqteyi-nəzərindən yerli kütləvi informasiya vasitələrində maraq doğurduğunu qeyd edib. O, bəzi Braziliya KİV-lərinin Azərbaycanı “ekzotik Asiya ölkəsi” kimi təsvir etdiyini, bəzilərinin isə Mərkəzi Asiyada yerləşdiyini bildirdiyini vurğulayıb.
Müəllifin sözlərinə görə, əslində, Azərbaycan haqqında ilk gözəçarpan məqam ölkənin multikultural xarakteridir. O, Azərbaycanın müxtəlif millətlərin və dinlərin kəsişməsində yerləşən əsrarəngiz ölkə olduğunu qeyd edib. Sonra Azərbaycandakı yəhudi icması haqqında məlumat verən M.Soçaşevski müsəlman ölkəsində yəhudi icmasının əsrlər boyu sülh və əmin-amanlıqda yaşadığını vurğulayıb və Azərbaycanın bu sahədə təcrübəsinin təqdirəlayiq olduğunu bildirib.
M.Soçaşevskinin fikirlərinə əsasən, R.Mayanın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri zamanı diqqət mərkəzində olacaq ikinci məsələ Dağlıq Qarabağ münaqişəsinin yaratdığı ağır nəticələr olacaqdır. O, Sovet İttifaqının dağılmasından sonra, 1992-94-cü illərdə Azərbaycan və qonşusu Ermənistan arasında baş vermiş müharibə nəticəsində 20 mindən artıq insanın həyatını itirdiyi, 1 milyon insanın qaçqın düşdüyü və Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ilə yanaşı 7 ətraf rayonunun Ermənistan tərəfindən zəbt edildiyini və beləliklə, Azərbaycanın 20% ərazisinin işğal olunduğunu vurğulayıb.
Müəllif hər bir azərbaycanlının muğam, mətbəx, xalça kimi mövzularda söhbətləri Ermənistan tərəfindən işğal edilmiş Qarabağ ilə əlaqələndirdiyini qeyd edib. O, Dağlıq Qarabağ münaqişəsinin təkcə Azərbaycan diplomatiyasının əsas vəzifəsi olmadığını, eyni zamanda, bütövlükdə Azərbaycan xalqının ən vacib məsələsi olduğunu vurğulayıb.
M.Soçaşevski “Azərbaycanın Braziliyada gündəmə gətirilməsinə” görə Rodriqo Mayaya təşəkkürünü bildirib. Müəllif Azərbaycanın Braziliyadakı səfirliyinin 2012-ci ildən aktiv şəkildə fəaliyyət göstərdiyini qeyd edib. O, Azərbaycanın vacib ölkə olduğunu, güclü neft sənayesinə malik olduğunu və Avrasiyada mühüm rol oynadığını vurğulayıb. M.Soçaşevski Azərbaycanın böyük Avropanın tərkib hissəsi olduğunu, həmçinin ölkənin “Avroviziya” mahnı müsabiqəsi və ilk Avropa Olimpiya Oyunlarına ev sahibliyi etdiyini diqqətə çatdırıb.
Müəllif 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlində Nobel və Rotşild kimi ailələrin Azərbaycana gəldiyini misal gətirərək Azərbaycanın tarixən beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olduğunu, neft-qaz sahəsində aparıcı ölkə olduğunu bildirib və hazırda Azərbaycanın Cənubi Qafqazda çox vacib rol oynadığını qeyd edib.
Newtimes.az
Xəbər lenti
Hamısına baxDünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29

