Moskvada MDB-nin 25 illik yubileyinə həsr olunmuş beynəlxalq forum keçirilir
11.11.2016 [10:14]
Azərbaycanda rus dilinin tədrisi və təbliği istiqamətində çox böyük işlər görülür. Bakı Slavyan Universiteti bu baxımdan nümunə ola bilər. Rusiya ilə Azərbaycan arasında informasiya siyasəti sahəsində qarşılıqlı fəaliyyət də yüksək səviyyədə qurulub.
Bu sözləri Rusiya Federasiyasının MDB işləri üzrə, xaricdə yaşayan həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyinin (“Rossotrudniçestvo”) rəhbəri Lyubov Qlebova noyabrın 9-da Moskvada işə başlayan “MDB-nin 25 illiyi: qarşılıqlı anlaşma, əməkdaşlıq, inkişaf” mövzusunda Açıq Beynəlxalq Forumda jurnalistlərə müsahibəsində deyib.
Media tərəfdaşlarından biri Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) olan bu forumda birgə humanitar layihələrin səmərəsinin artırılması, elmi, təhsil və biznes dairələrinin rolunun gücləndirilməsi, habelə MDB üzvü olan dövlətlərin çoxtərəfli humanitar əməkdaşlığı ilə bağlı qarşıda duran digər məsələlər panel diskussiyaları, tematik konfranslar, “dəyirmi masa”lar və seminarlar çərçivəsində müzakirə olunur.
Lyubov Qlebova qeyd edib ki, Federal Agentlik Rusiyada qeyd olunan Ailə, Sevgi və Sədaqət Günü münasibətilə uzun illər birlikdə yaşayan ər-arvadlara mükafatlar təqdim edir. “Azərbaycanda belə ailələrin sayı çoxdur. Bu il isə tərkibində həm rus, həm də azərbaycanlı olan beynəlmiləl ailələrə də mükafatlar təqdim edilib”, - deyə o vurğulayıb.
“Rossotrudniçestvo”nun rəhbəri MDB ölkələri arasında təhsil sahəsində əlaqələrin genişlənməsindən söhbət açaraq bildirib ki, hər il Rusiyada 15 min əcnəbi tələbə bu dövlətin büdcəsi hesabına təhsil alır. Pullu əsaslarla, habelə işəgötürənlərin göndərişləri ilə ali məktəblərdə oxuyanları da nəzərə alsaq, bu rəqəm 260 mini keçir.
Forumun açılışında çıxış edən Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy bildirib ki, MDB ölkələrinin hər biri müstəqil daxili və xarici siyasət yürüdür. Buna baxmayaraq, bizim ümumi keçmişimiz və gələcəyimiz var. Gənclərimiz yaxşı başa düşürlər ki, milli məkanda fəaliyyət göstərmək yaxşıdır, lakin əməkdaşlıq əlaqələri dünya səviyyəsinə çıxmağa imkan verir.
Dövlət Dumasının MDB, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə İş Komitəsinin sədri Leonid Kalaşnikov Dövlət Dumasının MDB Parlamentlərarası Assambleyasının Sankt-Peterburqda keçiriləcək iclasında yaxından iştirak edəcəyini, habelə dekabr ayında Dumada MDB-nin 25 illik yubileyi ilə əlaqədar “dəyirmi masa” keçiriləcəyini bildirib.
MDB ölkələrinin ümumi iqtisadi və humanitar məkana malik olduğunu qeyd edən Rusiya Federasiya Şurasının üzvü Sergey Kalaşnikov deyib: “Başlıcası isə insan faktorudur. Ölkələrimizin xalqları arasında illərlə sınaqdan çıxmış əlaqələr mövcuddur. Bu isə MDB-nin uğurunun başlıca rəhnidir”.
Forumda MDB-nin 25 illik yubileyi münasibətilə mükafatlar təqdim olunub. Azərbaycan ilə Rusiya arasında əlaqələrin inkişafına töhfəsinə görə “Novosti-Azərbaycan” agentliyinin baş redaktoru Gülnarə Məmmədzadə “Rossotrudniçestvo”nun fəxri nişanı ilə təltif edilib. Bakı Slavyan Universitetinin kollektivi rus dilinin təbliğində xidmətlərinə görə diplomla mükafatlandırılıb. “Report” agentliyinin əməkdaşı Şamil Əlibəyova Rusiya mədəniyyətinə, tarixinə, rəmzlərinə və ənənələrinə həsr olunmuş “Rusiyaya rəğbətimin beş səbəbi” adlı foto müsabiqəsinin diplomu təqdim olunub. Müsabiqənin diplomantları arasında Türkiyənin Bilkənd Universitetinin tələbəsi Burak Doğan da var.
Forum öz işini panellər, diskussiyalar və “dəyirmi masa”larda davam etdirir.
Xəbər lenti
Hamısına baxDünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59

