Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Mübariz Qurbanlı: Xaricdə qanunsuz silahlı birləşmələrə qoşulanlar Azərbaycana təhlükə yarada bilməzlər

Mübariz Qurbanlı: Xaricdə qanunsuz silahlı birləşmələrə qoşulanlar Azərbaycana təhlükə yarada bilməzlər

06.12.2016 [09:54]

Xarici ölkələrdə qeyri-qanuni silahlı birləşmələrə qoşulmuş Azərbaycan vətəndaşları sonradan ölkəyə qayıdıb heç bir təhlükə yarada bilməzlər. Bunu Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
M.Qurbanlı bildirib ki, ümumiyyətlə Azərbaycandan xarici ölkələrdə qeyri-qanuni silahlı birləşmələrə qoşulanların sayı kifayət qədər azdır: “Qeyri-qanuni silahlı birləşmələrə qoşulub və peşman olub qayıdanlar olacaqsa, onların əməlləri hüquq-mühafizə orqanları tərəfindən araşdırılacaq və müfaviq qaydada tədbirlər görüləcək. Azərbaycanda hüquq-mühafizə sistemi təkmil səviyyədədir və cinayətkarlığın, qeyri-qanuni hərəkətlərin qarşısını almağa qadirdir”.
M.Qurbanlı əlavə edib ki, qanunsuz silahlı birləşmələrə qoşulanlar ölkəyə qayıdıb peşmanlıqlarını ifadə etsinlər, ədalət məhkəməsi onların peşmançılığını nəzərə alar.

Paylaş:
Baxılıb: 484 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Analitik

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30