“Strateji yol xəritəsində iqtisadiyyatımızın reallıqları nəzərə alınıb”
08.12.2016 [10:10]
Prezident İlham Əliyev “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərman imzalayıb. Eyni zamanda, Prezidentin 2016-cı il 16 mart tarixli 1897 nömrəli Sərəncamı ilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” təsdiq edilmişdi. Həmin istiqamətlərə müvafiq olaraq inkişaf planlarının işlənilməsini təmin etmək üçün İşçi qrupu yaradılmışdı. Sərəncama əsasən, İşçi qrupu yerli və xarici ekspertlərin, təcrübəli mütəxəssislərin, məsləhətçi şirkətlərin və elmi təşkilatların iştirakı ilə, ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq şəraitində milli iqtisadiyyat və iqtisadiyyatın on bir əsas sektoru üzrə strateji yol xəritələrinin layihələrini hazırlamışdı. Strateji yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edir. Layihələr açıq müzakirəyə verilib və yekun sənəd tərtib edilərkən maraqlı tərəflərin, o cümlədən vətəndaş cəmiyyəti təsisatlarının və vətəndaşların çoxsaylı rəy və təklifləri nəzərə alınıb.
Prezidentin Fərmanını “Publika.az”a şərh edən iqtisadçı-ekspert Vüqar Bayramov strateji yol xəritələrinin hazırlanmasına cəlb edilən mütəxəssislərin sırasında yer aldığını bildirib: “Bu proqramın əvvəlkilərdən əsas fərqi ondan ibarətdir ki, ayrı-ayrı fəaliyyətlər üzrə müddətlər qeyd edilib. Eləcə də onların reallaşdırılması yönündə konkret indiqatorlar müəyyənləşdirilib. Bu da hər bir fəaliyyətin nəticələrini qiymətləndirməyə imkan verəcək”.
Ekspert deyib ki, 3 dövrdə fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur: “Yaxın dövrdə - 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyası və tədbirlər planı həyata keçiriləcək. Hansı ki, artıq onun icrasına başlanılıb. Növbəti tədbirlər planı 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə birləşdirir. Azərbaycan ölkə iqtisadiyyatının 2025-ci ilə qədər və sonrakı illər üçün “yol xəritəsi”nin işlənməsi üçün “Mckinsey & Company” beynəlxalq konsaltinq şirkətini cəlb edib. Onu da bildirim ki, 2016-2020-ci illərdə həyata keçirilən islahatlar 2025-ci ildəki tədbirlər üçün baza rolunu oynayacaq. Yeni strateji yol xəritələri biznes mühitinin yaxşılaşdırılması, rəqabət mühitinin təmin edilməsini, əhalinin mənzil təminatının yaxşılaşdırılması, ağır maşınqayırma, neft-qaz sənayesinin, turizmin inkişafı və sair məsələləri nəzərə tutur”.
V.Bayramovun sözlərinə görə, strateji yol xəritəsi Azərbaycan iqtisadiyyatının reallıqları nəzərə alınaraq hazırlanmış bir sənəddir: “Sözsüz ki, onun icrasının çox yüksək səviyyədə təşkil edilməsi çox vacibdir. Bu proqramın ölkə iqtisadiyyatına təsirləri onun icrasından asılı olacaq. Eyni zamanda, bu tədbirlər planı strateji baxımdan Azərbaycan iqtisadiyyatı üçün vacibdir. Ümumiyyətlə, islahatlara aparan yol strateji olur”.
Ekspert hesab edir ki, həyata keçirilən islahatların real nəticələrini görmək üçün təxminən 3 il gözləmək lazımdır.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53

