/ / Elmar Məmmədyarov: Azərbaycan Qətiyyətli Dəstək Missiyasına əhəmiyyətli töhfə verməkdə davam edəcək
Elmar Məmmədyarov: Azərbaycan Qətiyyətli Dəstək Missiyasına əhəmiyyətli töhfə verməkdə davam edəcək
08.12.2016 [10:15]
Azərbaycan NATO-nun etibarlı tərəfdaşı və qardaş Əfqanıstan xalqının dostu kimi 2016-cı ildən sonra da sülhməramlı hərbi birləşmə, çoxşaxəli nəqliyyat, təlim və maliyyə yardımını təmin etməklə Qətiyyətli Dəstək Missiyasına öz əhəmiyyətli töhfəsini verməkdə davam etmək işinə sadiq qalacaq.
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun NATO Qətiyyətli Dəstək Missiyasına töhfə verən ölkələrin xarici işlər nazirlərinin iclasındakı çıxışında söyləyib.
Nazir deyib: “Azərbaycan bir neçə dəfə Əfqanıstan milli ordusunun Etimad Fonduna əhəmiyyətli miqdarda ianə edib. Götürdüyümüz öhdəliklərə uyğun olaraq bu fonda maliyyə dəstəyini davam etdirəcəyik. Bundan əlavə, Qətiyyətli Dəstək Missiyası başa çatdıqdan sonra gücləndirilmiş davamlı tərəfdaşlıq vasitəsilə töhfə verməyi nəzərdə tuturuq”.
E.Məmmədyarov qeyd edib ki, eyni zamanda, Azərbaycan ikitərəfli əməkdaşlıq, habelə müvafiq çoxtərəfli və regional formatlar vasitəsilə Əfqanıstanla uzunmüddətli siyasi tərəfdaşlıq və praktik əməkdaşlığa sadiqdir. Bu ilin sentyabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə əsasən təhlükəsizlik sahəsində Əfqanıstana yardımı nəzərdə tutan ikitərəfli saziş təsdiq edilib və hazırda fəal şəkildə həyata keçirilməkdədir. Bundan başqa, Qətiyyətli Dəstək Missiyasının arzuedilən nəticələrinə uyğun olaraq, ikitərəfli əməkdaşlıq çərçivəsində əfqan müdavimlərinə Azərbaycan Respublikasının hərbi təhsil müəssisələrində təlim keçməyə hazırıq.
Nazir bildirib ki, bir neçə gün öncə Azərbaycan Asiyanın ürəyi - İstanbul Prosesinin 2017-ci il üzrə həmsədrliyini öz üzərinə götürüb. “Bu işdə biz bütün maraqlı tərəflər, xüsusən NATO ilə beynəlxalq ictimaiyyətin Əfqanıstana hərtərəfli və ardıcıl dəstəyinin asanlaşdırılması məqsədilə sıx koordinasiya və məsləhətləşmə şəraitində çalışacağıq.
Biz regional və qlobal iqtisadiyyata inteqrasiya istiqamətində Əfqanıstanın islahatlar kursunu dəstəkləyirik. Yeni İpək Yolunun mühüm tərkib hissəsi olan Azərbaycan Əfqanıstanın davamlı gələcəyini dəstəkləmək məqsədilə bu ölkə və Avropanı birləşdirəcək. Əfqanıstan və ondan kənarda davamlı sülh və inkişafı təmin etməyə kömək edən Bakı-Tbilisi-Qars dəmir yolu və Azərbaycandakı yeni Ələt Dəniz Ticarət Limanı Asiyanı Avropaya daha da bağlayacaq”, - deyə xarici siyasət idarəsinin rəhbəri qeyd edib.
Xəbər lenti
Hamısına baxSiyasət
28 May 22:08
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27

