/ / Hikmət Babaoğlu: Heydər Əliyev erası Azərbaycanda quruculuq, inkişaf, sabitlik, tərəqqi, müstəqillik dövrüdür
Hikmət Babaoğlu: Heydər Əliyev erası Azərbaycanda quruculuq, inkişaf, sabitlik, tərəqqi, müstəqillik dövrüdür
13.12.2016 [10:30]
“Heydər Əliyev erası Azərbaycan xalqının sosial-siyasi tarixində milli neokonservatizm dövrüdür.
Müstəqil, azad Azərbaycan böyük Heydər Əliyevin şah əsəridir. Bu gün Azərbaycanın iqtisadi, mədəni, siyasi, sosial həyatının elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyevin imzası olmasın. Azərbaycanın ən yeni tarixinin böyük bir erası məhz Onun adı ilə bağlıdır. Heydər Əliyev erası Azərbaycanda quruculuq, inkişaf, sabitlik, tərəqqi, müstəqillik dövrüdür. Müasir mərhələdə Azərbaycanın inkişafı da məhz Heydər Əliyev tərəfindən təməli qoyulmuş iqtisadi, siyasi, mədəni, intellektual əsaslarda baş tutur.
Hər il dekabrın 12-də böyük dövlət xadiminin anım günü keçirilir. Bu, sadəcə, rəsmi bir anım günüdür. Amma biz bilirik ki, Heydər Əliyevi sevənlərin qəlbində ilin hər günü Onun anım günüdür və nə qədər ki, Azərbaycan xalqı var, böyük dövlət xadimi ürəklərdə yaşayacaq”.
Bunu “Milli.az”a açıqlamasında Milli Məclisin üzvü, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu deyib.
Millət vəkili qeyd edib ki, Ulu öndər Heydər Əliyev ideoloji baxımdan iki ziddiyyətli dövrdə - Sovet İttifaqının tərkibində olanda və müstəqillik dövründə Azərbaycana rəhbərlik edib, amma hər iki dövrün bir səciyyəvi cəhəti var: “Bu da ondan ibarətdir ki, fərqli ideoloji dövrlərdə Azərbaycan dövlətçiliyinin sükanı arxasında olmasına baxmayaraq, hər iki dövrdə Onun fəaliyyəti Azərbaycan dövlətçiliyinin, xalqının inkişafına, onun mənafeyinə xidmət edib. Bu gün böyük fəxarətlə bəhs etdiyimiz azərbaycançılıq məfkurəsi, multikulturalizm ideyaları, tolerantlıq məsələlərinin hamısı böyük dövlət xadiminin hələ Sovet dövründə Azərbaycanda həyata keçirdiyi siyasətlə bağlı olub. Bu gün Azərbaycan cəmiyyətinin intellektual lokomotivi hesab edilən böyük ziyalı ordusunun yaranmasında Heydər Əliyevin danılmaz rolu olub. Onun Azərbaycan ədəbiyyatının inkişafında, mədəniyyət, ədəbiyyat xadimlərinin SSRİ-nin ideoloji repressiyalarından qorunmasında böyük xidmətləri olub.
Müstəqillik dövründə ölkənin vətəndaş müharibəsindən xilas olması, Ermənistanla atəşkəsin əldə edilməsi, Azərbaycanın bu gün uğurla həyata keçirilən neft strategiyasının, iqtisadi və balanslaşdırılmış xarici siyasətinin əsasları da məhz bu böyük dövlət xadimi tərəfindən qoyulub”.
H.Babaoğlunun fikrincə, Heydər Əliyevin milliliyə və milli dəyərlərə xüsusi önəm verməsi ölkəmizin həyatında mühüm rol oynayıb: “Bu gün biz paytaxtımız Bakı haqqında danışanda onu Azərbaycanın milli şəhəri kimi təqdim edirik. Ümummilli lider Heydər Əliyevin ən böyük xidmətlərindən biri də ötən əsrin 70-ci illərinə qədər SSRİ-nin kosmopolit şəhəri kimi tanınan bir şəhərin daha sonralar milliləşdirilməsi olub. Əgər 70-80-ci illərdə Bakı şəhəri milliləşdirilməsəydi, demoqrafik strukturu dəyişdirilməsəydi, yəni azərbaycanlılaşdırılmasaydı, kim bilir, bizim müstəqilliyimizi yenidən bərpa edən zaman Bakının vəziyyəti necə olacaqdı?!
Bütövlükdə Heydər Əliyev regionların da inkişafına xüsusi diqqət göstərib. O, SSRİ dövründə təkcə etnik azərbaycanlıların deyil, bütün türk və müsəlman respublikalarının hamisi idi, onları bu və ya digər şəkildə himayə edirdi.
Ümumən, əgər biz Azərbaycan tarixində Heydər Əliyev dövrünü xarakterizə etsək, deyə bilərik ki, bu, Azərbaycan xalqının sosial-siyasi tarixində milli neokonservatizm dövrüdür. Yəni bu həm cəmiyyətin tarixi, milli ənənələrinin qorunması, həm də onun üzərindən yeni dəyərlərin cəmiyyət tərəfindən mənimsənilməsi və qəbul edilməsi mərhələsidir ki, bu da müasir Azərbaycanın etnomədəni və etnokulturoloji strukturunun yaranmasında əvəzedilməz rol oynayıb. Bütövlükdə Heydər Əliyev dövrü Azərbaycanın inkişaf, sabitlik, tərəqqi, müstəqillik mərhələsi, dövlət müstəqilliyinin təməllərinin çox ciddi və möhkəm əsaslarda qoyulduğu dövrdür. Azərbaycan xalqı daim bunu qiymətləndirir və əminəm ki, qiymətləndirəcəkdir. Çünki illər keçdikcə, zaman Heydər Əliyevi bizdən uzaqlaşdırdıqca Onun gördüyü işlərin, əməllərinin böyüklüyü, möhtəşəmliyi daha aydın görünür, dərk edilir”.
Xəbər lenti
Hamısına baxSiyasət
28 May 22:08
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27

