Xarici İşlər Nazirliyinin bəyanatı
31.12.2016 [11:18]
Son zamanlar Ermənistan tərəfindən Vyana və Sankt-Peterburqda aparılmış danışıqları və münaqişənin sülh yolu ilə həlli istiqamətində olan səyləri pozmağa və münaqişənin əhatəsini genişləndirməyə yönəlmiş təxribatların artırılmasına münasibətdə Xarici İşlər Nazirliyi Azərbaycan tərəfinin dərin narahatlığını izhar edir və aşağıdakıları bildirir.
2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədini pozaraq, növbəti təxribat əməlini həyata keçirib. Ermənistan silahlı qüvvələrinin bu təxribat əməlinin qarşısı alınıb və Ermənistan kəşfiyyat-diversiya qrupu itki verərək geri çəkilməyə məcbur edilib. Hücumun qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Qurbanov Çingiz həlak olub və onun cəsədi Ermənistan tərəfinə aparılıb.
Ermənistan tərəfi ilkin olaraq cəsədin onlarda olduğunu inkar etsə də, sonradan baş vermiş insidentə görə öz məsuliyyətini gizlətmək və beynəlxalq ictimaiyyəti aldatmaq məqsədilə hadisəni Ermənistanın dövlət sərhədinin pozulması kimi təqdim etməyə cəhd göstərib, cəsədin fotolarını sosial şəbəkələrdə yerləşdirməklə mənəvi-etik normaları və insani dəyərləri tapdalayaraq çirkin təbliğata və dezinformasiyaya əl atıb.
Ermənistanın təxribat və təhriki ilə baş vermiş aprel döyüşlərində həlak olmuş Azərbaycan hərbi qulluqçularının cəsədlərində də ölümdən sonra həyata keçirilən çoxsaylı işgəncə əlamətləri qeydə alınmış və onların da fotoları Ermənistan tərəfindən KİV və sosial şəbəkələrdə yerləşdirilmişdi. Azərbaycan silahlı qüvvələrinin hərbi qulluqçusu Mübariz İbrahimovun da cəsədi Ermənistan tərəfindən saxlanılmış, cəsəd üzərində vandalizm əməlləri törədilmiş və yalnız israrlı beynəlxalq təzyiqlər nəticəsində onun cəsədinin bir neçə aydan sonra Azərbaycana qaytarılması təmin olunmuşdu.
Ermənistan Respublikası beynəlxalq humanitar hüquqa məhəl qoymayaraq döyüş əməliyyatlarında həlak olmuş şəxslərin cəsədlərinə qarşı vandalizm aktı törətmək kimi sistematik siyasət yürüdür və onların qaytarılması məsələsini davamlı olaraq siyasi möhtəkirlik obyektinə çevirir. Beynəlxalq humanitar təşkilatların, xüsusilə şəfqət və humanizm prinsiplərinə əsaslanan Beynəlxalq Qırmızı Xaç Komitəsinin hərbi qulluqçu Çingiz Qurbanovun Azərbaycana verilməsi üçün zəruri və təxirəsalınmaz tədbirlər görməsinə ümid edirik.
Sözügedən hadisə ilə əlaqədar Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatının (KTMT) Baş katibi Nikolay Bordyuja səlahiyyət həddini aşmaqla, insidentin mahiyyətini təhrif edərək guya onun Ermənistan ərazisində baş verməsi iddiası ilə çıxış edib. Bununla bərabər, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimə “dağlıq qarabağ respublikası” kimi müraciət edərək, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin şübhə altına qoyulmasına cəhd edib. KTMT-nin Baş katibi tərəfindən səsləndirilən bu məsuliyyətsiz bəyanat ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqları pozmağa xidmət edir, eləcə də Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyən təşkilatın digər üzv dövlətləri ilə münasibətlərinin təməl prinsiplərinə ziddir. N.Bordyuja əvvəllər də münaqişə ilə əlaqədar qərəzli bəyanatlarla çıxış edib.
Ermənistanın növbəti silahlı toqquşmanı bilavasitə Ermənistan-Azərbaycan sərhədinə keçirmək və Ermənistana xüsusi münasibəti və rəğbəti ilə seçilən N.Bordyuja kimi siyasətçilərdən istifadə etməklə KTMT-ni münaqişəyə cəlb etmək cəhdləri regionda siyasi gərginliyin artmasına xidmət edir, regional sabitlik və təhlükəsizliyə ciddi təhdid doğurur.
N.Bordyujanın bu məsuliyyətsiz bəyanatını rədd edirik və təşkilata üzv dövlətlər tərəfindən ona qiymət verilməsini gözləyirik.
Azərbaycan Respublikası dəfələrlə bəyan edib ki, Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğu münaqişə zonasında gərginliyin və insidentlərin yaranmasının əsas səbəbidir və münaqişənin siyasi həllinə başlıca maneədir.
Azərbaycan Respublikası beynəlxalq birliyi Ermənistanı sülhə vadar etməyə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsini tələb etməyə çağırır.
Xəbər lenti
Hamısına baxDünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59

