Azərbaycanın antikorrupsiya təcrübəsi innovativ xarakteri ilə seçilir
10.01.2017 [10:04]
2016-cı ildə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər barədə hesabat açıqlanıb
Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin prioritet istiqamətidir və ölkəmizin antikorrupsiya təcrübəsi öz innovativ xarakteri ilə seçilir.
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasından AZƏRTAC-a bildiriblər ki, 2016-cı ildə korrupsiyaya qarşı səmərəli mübarizə üçün beynəlxalq standartlara cavab verən institusional və qanunvericilik tədbirləri davam etdirilib və genişmiqyaslı islahatlar həyata keçirilib.
Məlumatda qeyd edilir ki, ölkəmiz üçün genişmiqyaslı iqtisadi islahatlar ili kimi xarakterizə olunan 2016-cı ildə gömrük və vergi sahələrində şəffaflığın artırılması və investisiya mühitinin yaxşılaşdırılması məqsədilə ölkə iqtisadiyyatını stimullaşdıran islahatlar aparılıb. Gömrük rəsmiləşdirilməsinin daha şəffaf və çevik həyata keçirilməsi məqsədilə “Yaşıl dəhliz” sisteminin fəaliyyəti təmin edilib, gömrük rəsmiləşdirilməsi zamanı tələb olunan sənədlərin sayı azaldılıb və prosedurlar sadələşdirilib. Vergi ödəyiciləri ilə vergi orqanları arasında şəffaflığın və qarşılıqlı etimadın daha da artırılması, vergi nəzarətinin keyfiyyətinin təkmilləşdirilməsi və sahibkarlara əlverişli şəraitin yaradılması istiqamətlərində bir sıra tədbirlər görülüb.
Müasir iqtisadi çağırışlara uyğun olaraq, iqtisadi inkişafımızın keyfiyyətcə yeni mərhələsinin formalaşdırılması, ölkə iqtisadiyyatının şaxələndirilməsi və həyata keçirilən iqtisadi islahatların davamlılığının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə iqtisadiyyatın əsas sektorları üzrə 12 strateji yol xəritəsi təsdiq edilib. Qeyd edilən genişmiqyaslı islahatlar ölkəmiz üçün yeni perspektivlər və imkanlar yaradıb. Mövcud qlobal iqtisadi böhrana baxmayaraq, 2016-cı ilin yekunlarına əsasən ölkəmizdə qeyri-neft sənayesi inkişaf edib və bütün sosial proqramlar tam icra olunub.
Həyata keçirilən islahatlar nəticəsində Azərbaycan 2016-cı ildə Dünya İqtisadi Forumunun rəqabət qabiliyyəti indeksinə əsasən 2015-ci ilin nəticələri ilə müqayisədə 3 pillə irəliləyərək 138 ölkə arasında 37-ci yerə, “Doing Business” 2017-ci il hesabatında isə “Biznesə başlama” meyarı üzrə 190 ölkə arasında 5-ci yerə layiq görülüb.
2016-cı ildə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya tərəfindən “Açıq hökumətin təşviqi və korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üzrə Milli Fəaliyyət Planları”nın yekun qiymətləndirilməsi həyata keçirilib. Müəyyən edilib ki, Korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı dövlət orqanları tərəfindən 86 faiz, Açıq hökumətin təşviqi üzrə Milli Fəaliyyət Planı isə 82 faiz icra olunub.
Hesabat dövründə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin dövlət müdafiəsi və bələdiyyə qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsi müvafiq qanunvericilik aktları ilə təmin edilib. Müəllimlərin işə qəbulunun mərkəzləşdirilmiş və şəffaf əsaslarla həyata keçirilməsi və vakant müəllim yerləri barədə məlumatların Təhsil Nazirliyinin rəsmi internet səhifəsində dərc edilməsi təmin olunub. Müəllimlərin əməkhaqları artırılıb və sosial təminatları gücləndirilib. Dövlət orqanları tərəfindən informasiyanın əldə edilməsinin asanlaşdırılması, dövlət orqanlarının fəaliyyətləri barədə ictimaiyyətə müntəzəm məlumat verilməsi və elektron xidmətlərin təkmilləşdirilməsi istiqamətində tədbirlər tam icra edilib.
Korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən sistemli institusional islahatlar çərçivəsində “ASAN xidmət” mərkəzlərinin əhatəsi və fəaliyyət istiqamətləri genişləndirilib, “ASAN xidmət”ə 13 milyondan çox şəxs müraciət edib, vətəndaş məmnunluğu əmsalı 98 faizə yaxın olub. Eyni zamanda, “ASAN xidmət” standartlarının bütün dövlət xidmətlərində tətbiqi məqsədilə “ASAN xidmət” indeksi yaradılıb. Açıq hökumət prinsiplərinin tətbiqinin genişləndirilməsində dövlət orqanları və vətəndaş cəmiyyəti institutlarının səylərinin və fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə Açıq Hökumət Platforması yaradılıb və fəaliyyəti üçün zəruri dəstək təmin olunub.
Milli Fəaliyyət Planlarının icra vəziyyəti bu sahədə ixtisaslaşan qeyri-hökumət təşkilatları, o cümlədən “Beynəlxalq Şəffaflıq” təşkilatının Azərbaycan nümayəndəliyi və “Konstitusiya Araşdırmalar Fondu” tərəfindən mütəmadi olaraq qiymətləndirilib və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət Planının yekun icra vəziyyəti 83 faiz müəyyən edilib. Vətəndaş cəmiyyəti institutları tərəfindən həyata keçirilən müstəqil monitorinqlərin nəticəsinin yüksək olması Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin effektivliyini bir daha təsdiq edir.
Ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsindəki müsbət dinamika beynəlxalq antikorrupsiya reytinqlərində də öz əksini tapıb. Belə ki, “Beynəlxalq Şəffaflıq” təşkilatı tərəfindən hazırlanan sonuncu “Korrupsiya Qavrama İndeksi”ndə Azərbaycan ötən illə müqayisədə 7 pillə irəliləyib. “Beynəlxalq Şəffaflıq” təşkilatının digər ənənəvi hesabatı olan və nəticələri vətəndaşların mövqeyini əks etdirən “2016-cı il Qlobal Korrupsiya Barometri” isə ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində ciddi irəliləyişlərin olmasını və korrupsiyanın səviyyəsinin azalmasını göstərib. Hesabatın nəticələri göstərir ki, Azərbaycanda respondentlərin 79 faizi korrupsiyanı cəmiyyətimizin üzləşdiyi əsas problemlərdən hesab etmir. Ölkəmizin göstəricisi Avropa İttifaqı (68 faiz) və postsovet ölkələri (66 faiz) ilə müqayisədə daha yaxşıdır. Eyni zamanda, həyata keçirilən antikorrupsiya islahatları Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO), İqtisadi İnkişaf və Əməkdaşlıq (OECD) Təşkilatının Antikorrupsiya Şəbəkəsi və BMT-nin müvafiq alt qurumları tərəfindən yüksək qiymətləndirilib.
Açıq hökumətin təşviqi və korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli Sərəncamı ilə Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illəri əhatə edən növbəti Milli Fəaliyyət Planı qəbul edilib. Yeni Milli Fəaliyyət Planının qəbulu və nəzərdə tutulan tədbirlərin əhatə dairəsi Azərbaycanda Açıq hökumət prinsiplərinin genişlənməsi və korrupsiyanın qarşısının alınması üzrə mövcud güclü siyasi iradənin növbəti göstəricisidir.
Komissiyanın məlumatında, həmçinin bildirilir ki, 2016-cı ildə şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə tədbirlər uğurla həyata keçirilib və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması təmin edilib. Bu tədbirlər, eyni zamanda, iqtisadi sahədə aparılan islahatları tamamlayıb və dayanıqlı iqtisadi inkişaf üçün yeni imkanlar yaradıb.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59

