AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Milli Məclisdə olublar
13.01.2017 [10:03]
Yanvarın 12-də Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Preda və Stefan Şennak Milli Məclisdə olublar.
AZƏRTAC xəbər verir ki, həmməruzəçilər Milli Məclis sədrinin müavini Bahar Muradova ilə görüşüblər. Bahar Muradova bildirib ki, Azərbaycan AŞPA-nın bərabərhüquqlu üzvü kimi üzərinə düşən öhdəlikləri hər zaman yerinə yetirməyə çalışıb və onun tövsiyələrinə diqqətlə yanaşıb. Azərbaycan AŞPA ilə əməkdaşlığa üstünlük verir, insan hüquqları, demokratik cəmiyyət quruculuğu, vətəndaş rifahının əldə olunması üçün atılan addımları yüksək qiymətləndirir.
Azərbaycanla bağlı məsələlərin AŞPA-da çox müzakirə olunduğunu deyən Milli Məclis sədrinin müavini qeyd edib ki, artıq münasibətlərimiz yeni mərhələyə qədəm qoyub. O vurğulayıb ki, ölkəmiz etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların hüquqlarını qorumaq üçün konstitusional islahatlar həyata keçirir.
Bahar Muradova insan hüquqlarının qorunması, mətbuat azadlığının təmini, vətəndaşlara xidmət sektorunun inkişaf etdirilməsi, korrupsiya ilə mübarizə istiqamətində atılan addımların önəmini qeyd edib. Ölkəmizdə keçirilən referendumun bu məsələlərin hüquqi müstəvidə daha rahat tənzimlənməsi üçün çox mühüm rol oynadığını söyləyib. O qeyd edib ki, Azərbaycan malik olduğu bütün resursların təkcə ölkəmizin yox, həm regionun, həm də üzvü olduğumuz beynəlxalq təşkilatların daha geniş çərçivədə problemlərinin həlli üçün istifadəsində maraqlıdır və bu istiqamətdə töhfə verən dövlət olduğunu sübut edib.
Ötən ilin Azərbaycanda “Multikulturalizm ili” kimi yadda qaldığını deyən Milli Məclis sədrinin müavini bildirib ki, 2017-ci il ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olub. Bu iki ifadə Azərbaycanın dünyada gedən proseslərdə iştirakına aydınlıq gətirir.
AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak səfərin məqsədindən danışıb. O, yola saldığımız ildə Azərbaycanda mühüm irəliləyişlərin baş verdiyini söyləyib.
* * *
Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti ilə keçirilən görüşdə Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Azərbaycan ilə bu qurum arasındakı münasibətlərin hər iki tərəf üçün vacib və əhəmiyyətli olduğunu deyib. O qeyd edib ki, Azərbaycanı AŞPA-da təmsil edən nümayəndə heyəti əməkdaşlığı daha yüksək səviyyəyə çatdırmağa hazırdır.
S.Seyidov deyib ki, hazırda Avropa və dünya üçün mürəkkəb dövrdür. Qonşu ölkələrdə baş verən faciəvi hadisələr, terror aktları, Ermənistanın Azərbaycana qarşı təxribatları, ümumiyyətlə, regionda gedən proseslər bizi və Avropa Şurasını narahat edən məqamlardır. Diqqətə çatdırılıb ki, Azərbaycan bu gün həm öz sabitliyi, həm Avropa Şurası və başqa beynəlxalq təşkilatlarla əməkdaşlığı ilə regionda inkişafa mühüm töhfə verir.
Nümayəndə heyətinin rəhbəri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü haqqında da danışıb. O vurğulayıb ki, Avropa Şurasının və BMT-nin qərarlarına, tövsiyələrinə məhəl qoymayan Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində başqa ölkələrdən olan insanları qeyri-qanuni məşkunlaşdırır.
Həmməruzəçi Stefan Şennak ötən il ikitərəfli səylər nəticəsində Azərbaycan ilə AŞPA arasındakı münasibətlərdə vacib addımların atıldığını vurğulayıb.
* * *
AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri ilə də görüşüblər.
Komitə sədrinin müavini Rövşən Rzayev görüşdə qeyd edib ki, AŞPA ilə Azərbaycan parlamenti arasındakı əməkdaşlıq inkişaf edir və bu, hər iki tərəfin marağında olan məsələdir. O, Azərbaycanın hüquqi, demokratik dövlət quruculuğu istiqamətində əldə etdiyi nailiyyətlər barədə məlumat verib. Bildirib ki, bu inkişaf yolunda AŞPA ilə əməkdaşlıq, onun təcrübələrini daha dərindən mənimsəmək bizim üçün vacibdir.
Görüşdə ötən il sentyabrın 26-da Azərbaycanda keçirilən ümumxalq səsverməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29

