Akademik Ramiz Mehdiyevin “Yeni dünya nizamı və milli ideya” kitabının təqdimatı olub
18.01.2017 [10:09]
Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Yeni dünya nizamı və milli ideya” adlı kitabının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov kitaba müəllifin 2002-ci və 2003-cü illərdə mətbuatda dərc olunmuş iki əsərinin daxil edildiyini bildirib. Diqqətə çatdırılıb ki, bu əsərlərin indi, 13-14 il sonra kitab şəklində nəşr olunaraq oxucuya yenidən təqdim edilməsi səbəbsiz deyil və dərin məntiqə söykənir. Çünki bu əsərlərdə əksini tapan fikir, mülahizə və düşüncələr müasir dövrümüzlə tam səsləşir və aktuallığını əsla itirməyib. Kitabda yeni dünya nizamında milli ideyanın formalaşması və inkişafı barədə yeni ideyalar, yenilikçi fikirlər öz əksini tapıb. Nəşrdəki təhlillər Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən innovativ inkişaf strategiyası nəticəsində Azərbaycanın sürətli inkişafını ehtiva edir.
DİA-nın I prorektoru, professor Əlikram Abdullayev vurğulayıb ki, Azərbaycanda müxtəlif dövrlərdə yürüdülən siyasət, Ulu öndər Heydər Əliyev haqqında düşüncələrin də yer aldığı kitabda cəmiyyət və dövlət məfhumlarının fəlsəfəsindən, tarixdə şəxsiyyətin rolundan bəhs edilir. Bu əsər akademik dairələrin müraciət edəcəyi önəmli mənbələrdən biri olacaq. Prorektor vurğulayıb ki, müəllif kitab vasitəsilə Azərbaycanın problemlərinin həllinə dünya siyasi fikrinin həm müasir, həm də keçmiş dövrlərinin görkəmli nümayəndələrinin yanaşmasını əks etdirib. Sanki müxtəlif dövrlərdə yaşayan siyasətçilər bir masa arxasında əyləşərək kəskin problemlərə həll yolları tapmağa nail olublar. Nəşrin oxucularda bu cür təəssürat yaratması müəllifin böyük uğurudur.
Kitabla bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı, DİA-nın Siyasi Araşdırmalar İnstitutunun direktoru, professor Elman Nəsirov diqqətə çatdırıb ki, nəşrdə neokonservatizm və azərbaycançılığın nisbəti, milli ideologiya, müstəqil Azərbaycanın siyasi və iqtisadi strategiyası qloballaşma kontekstində nəzərdən keçirilir, bununla bağlı fəlsəfi fikirlərə geniş yer verilir. Dünya siyasətində liberalizm və neokonservatizm kimi aparıcı meyillərdən bəhs edən müəllif onların sintezinin Azərbaycan üçün uğurlu ideoloji konstruksiya olduğunu nəzəri və praktiki cəhətdən əsaslandırır.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçi, DİA-nın fəlsəfə və sosial psixologiya kafedrasının müdiri, professor Etibar Nəcəfov, akademiyanın tarix kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova, hüquq kafedrasının müdiri, dosent Fəxrəddin Nağıyev qeyd ediblər ki, aktual mövzuları əhatə edən elmi əsərləri ilə vaxtaşırı oxucuların diqqətini cəlb edən akademik Ramiz Mehdiyevin bu kitabı zamanla sınanmış fəlsəfi baxışlar, fikir və mülahizələrlə zəngindir. Bildirilib ki, nəşrdə, həmçinin Heydər Əliyev şəxsiyyəti üçün xarakterik olan liderlik, müdriklik, uzaqgörənlik və digər nadir keyfiyyətlərə, Ulu öndərin xilaskarlıq missiyasına, milli ideyanın və məfkurənin formalaşdırılması, dövlət quruculuğu sahəsindəki roluna və misilsiz xidmətlərinə toxunulur. Müəllif Ümummilli liderin siyasi portretinə özünəməxsus fəlsəfi ştrixlər əlavə edir.
Qeyd edək ki, “Şərq-Qərb” nəşriyyat evi tərəfindən çap olunan kitab oxuculara Azərbaycan və rus dillərində təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51

