/ / Vüqar Rəhimzadə: Cocuq Mərcanlı kəndinin bərpası Ali Baş Komandanımızın vədinə sadiqliyinin təsdiqidir
Vüqar Rəhimzadə: Cocuq Mərcanlı kəndinin bərpası Ali Baş Komandanımızın vədinə sadiqliyinin təsdiqidir
26.01.2017 [09:56]
Ötən gün Azərbaycan Prezidentinin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında imzaladığı Sərəncam ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılandı. Sərəncamda qeyd edilir ki, ötən ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində Cəbrayıl rayonunun erməni işğalından azad edilmiş Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olub. Bununla da tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranıb.
Məsələyə münasibət bildirən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qeyd edib ki, Cəbrayıl rayonunun düşmən işğalından azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzalanan Sərəncam Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Prezident İlham Əliyevin xalq qarşısında verdiyi vədlərə hər zaman sadiqliyini nümayiş etdirir: “13 ildir ki, Azərbaycan cənab Prezidentimizin rəhbərliyi ilə sürətlə inkişaf edir. Ölkəmiz demək olar ki, qarşıya qoyulan bütün hədəflərə çatıb. Təbii ki, ölkə rəhbərliyinin həyata keçirdiyi siyasətin əsas istiqaməti məhz Dağlıq Qarabağ münaqişəsinin həllidir. Artıq uzun illərdir ki, bu istiqamətdə danışıqlar gedir, sülhün əldə olunması, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı mühüm işlər görülür. Lakin işğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyi və digər subyektiv səbəblərdən hələ də ciddi irəliləyiş əldə edilməyib. Ancaq Prezident İlham Əliyev bütün çıxışlarında qətiyyətlə bəyan edir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək, qaçqın və məcburi köçkünlər öz doğma yurdlarına qayıdacaqlar. Hesab edirəm ki, Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzalanan Sərəncam Ali Baş Komandanımızın qətiyyətli siyasətinin təsdiqidir”.
V.Rəhimzadə vurğulayıb ki, Prezident İlham Əliyevin Sərəncamı ilə qaçqın və məcburi köçkünlərin doğma torpaqlarına böyük qayıdışının əsası qoyuldu: “Bu qələbə Azərbaycan əsgərinin, xalqımızın qələbəsidir. Məhz güclü Ordumuzun cəsarəti, peşəkarlığı nəticəsində ötən ilin aprel ayında düşmən təxribatının qarşısı alındı və minlərlə hektar ərazi işğaldan azad edildi. Ali Baş Komandanımızın bəyan etdiyi kimi, aprel döyüşləri bizim şanlı tariximizdir, böyük qələbəmizdir. Sərəncamda qeyd edildiyi kimi, Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılıb. Şübhəsiz ki, Cocuq Mərcanlı kəndi tezliklə bərpa ediləcək və illərdir torpaq həsrətində olan soydaşlarımız öz doğma yurdlarına qayıdacaqlar. Prezident İlham Əliyevin qətiyyətli və ardıcıl siyasəti hər birimizdə əminlik yaradır ki, işğal olunmuş torpaqlarımız son qarışına kimi düşmən tapdağından azad ediləcək. O gün uzaqda deyil...”.
Xəbər lenti
Hamısına baxDünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28

