/ / Gürcüstanın Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Naxçıvan Muxtar Respublikasına səfərə gəlib
Gürcüstanın Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Naxçıvan Muxtar Respublikasına səfərə gəlib
02.02.2017 [10:27]
Fevralın 1-də Gürcüstanın Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Zurab Pataradzenin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfərə gəlib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Zurab Pataradze arasında görüş olub.
Ali Məclisin Sədri Zurab Pataradzeni Naxçıvan Muxtar Respublikasında səmimiyyətlə salamlayıb. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Gürcüstanın Acarıstan Muxtar Respublikası arasında əlaqələrin əsasının 2012-ci ildə qoyulduğunu bildirən Ali Məclisin Sədri bu əlaqələrin davamı olaraq dəvətini qəbul edib Naxçıvan Muxtar Respublikasına səfərə gəldiyinə görə Acarıstan Muxtar Respublikası Hökumətinin sədrinə təşəkkürünü bildirərək deyib: Naxçıvan Muxtar Respublikası ilə Acarıstan Muxtar Respublikası arasında əlaqələr mehriban dostluğa və qardaşlığa əsaslanır. Qarşılıqlı səfərlər nəticəsində ticarət-iqtisadi, səhiyyə və təhsil sahəsində əlaqələr yaradılmışdır. Bu gün Batumi Dövlət Universiteti ilə Naxçıvan Dövlət Universiteti səmərəli əməkdaşlığa malikdir. Səhiyyə sahəsində də əlaqələrimizin böyük potensialı vardır. Acarıstanlı uşaqların müalicə üçün Naxçıvana gətirilməsi qarşılıqlı xoş məramın ifadəsidir. Əlaqələrimizin genişləndirilməsi üçün imkanlar böyükdür. Bu imkanların nəticəsidir ki, nəqliyyat sahəsində də əlaqələr yaradılmış, birbaşa Naxçıvan-Batumi avtobus marşrutu açılmışdır. Bu marşrutun işə düşməsi iki dost muxtar respublika arasında əlaqələri daha da möhkəmləndirəcəkdir.
Ali Məclisin Sədri bir daha Zurab Pataradzeni Naxçıvan Muxtar Respublikasında görməkdən məmnunluğunu bildirib, Acarıstan Muxtar Respublikası hökumətinin Sədri seçilməsi münasibəti ilə təbriklərini çatdırıb, məsuliyyətli vəzifədə uğurlar arzulayıb.
Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Zurab Pataradze Naxçıvan Muxtar Respublikasına səfərə dəvətə görə Ali Məclisin Sədrinə minnətdarlıq edib, ilk xarici səfərlərindən birini onlar üçün doğma olan Naxçıvana etməkdən məmnunluğunu bildirib. Qonaq deyib ki, ölkələrimiz arasındakı əlaqələr müxtəlif sahələrdə inkişaf edir. Bu gün Acarıstan Muxtar Respublikası ilə Naxçıvan Muxtar Respublikasını işgüzar münasibətlər və dostluq əlaqələri birləşdirir. Qarşılıqlı səfərlər əlaqələrin inkişafına töhfə verir, iqtisadi-ticarət, nəqliyyat və digər sahələrdə əməkdaşlıq möhkəmlənir.
Görüşdə bundan sonra da ikitərəfli əlaqələrin inkişafı üçün səylərin göstəriləcəyinə əminlik ifadə olunub.
Azərbaycan Respublikasının Batumidəki Baş konsulu Rəşad İsmayılov görüşdə iştirak edib.
Xəbər lenti
Hamısına baxDünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29

