/ / Dünya birliyinə inteqrasiya, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin əsas prioritetləridir
Dünya birliyinə inteqrasiya, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin əsas prioritetləridir
25.02.2017 [10:30]
Azərbaycan Respublikası 25 illik müstəqilliyi dövründə istər regionda, istərsə də dünya miqyasında ayrı-ayrı dövlətlər və beynəlxalq təşkilatlarla siyasi, iqtisadi, hərbi, sosial, mədəni və digər sahələrdə ikitərəfli və çoxtərəfli əlaqələr qurmağa və beynəlxalq nüfuzunu ildən-ilə artırmağa nail olub.
Bildiyimiz kimi, ölkəmizin milli dövlət mənafelərinə əsaslanan, Azərbaycan xalqının maraqlarına, təhlükəsiz və firavan yaşayışının təmin olunmasına xidmət edən, eləcə də daim dəyişən qlobal və regional proseslərə uyğunlaşdırılan çevik xarici siyasət strategiyasının təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Məhz Ulu öndərin müxtəlif ölkələrin, habelə, nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri ilə keçirdiyi çoxsaylı görüşlər, apardığı müzakirələr və əldə olunan razılaşmalar sayəsində yenicə müstəqillik qazanmış Azərbaycanın beynəlxalq miqyasda həqiqi müstəqil dövlət və etibarlı tərəfdaş imici formalaşdı.
Bu gün də ölkəmizin dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi siyasəti Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi kursa əsasən balanslaşdırılmış və çoxşaxəli formada davam etdirilməkdədir. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində də söylədiyi kimi, ötən il ölkəmizin beynəlxalq əlaqələri daha da genişlənib: “Azərbaycan uzun illər ərzində beynəlxalq aləmdə artıq çox etibarlı, ləyaqətli tərəfdaş kimi tanınır. Xüsusilə son illər ərzində dünyada böhranların, müharibələrin, qeyri-sabit vəziyyətin genişləndiyi bir şəraitdə bizim nümunəmiz, əlbəttə ki, daha çox diqqət cəlb edir və bizə daha böyük rəğbətlə yanaşırlar”.
Azərbaycan ikitərəfli əlaqələrin və regional tərəfdaşlığın genişləndirilməsinə böyük önəm verir
İkitərəfli əlaqələrin inkişafına önəm verən Azərbaycan, ilk növbədə, qonşu dövlətlər olan Türkiyə, Rusiya, İran və Gürcüstan ilə qarşılıqlı faydalı və hərtərəfli əməkdaşlığını genişləndirməkdədir. Azərbaycan həm də region dövlətləri arasındakı münasibətlərin geniş potensialından yararlanmaq məqsədilə yaradılan üçtərəfli formatların fəal iştirakçısıdır. Son illərdə Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Rusiya-İran xarici işlər nazirlərinin üçtərəfli formatda görüşləri bunun bariz sübutudur. 2016-cı ilin avqust ayında isə Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıda Azərbaycan, Rusiya və İran dövlət başçılarının üçtərəfli görüşünün keçirilməsi və yekunda Birgə Bəyannamənin qəbulu siyasi, iqtisadi, ticarət, nəqliyyat və digər sahələrdə əməkdaşlığın inkişafı üçün mühüm zəmin yaratdı.
Region dövlətləri ilə yanaşı, Azərbaycan dünyanın ən müxtəlif bölgələrində yerləşən ölkələrlə də ikitərəfli münasibətlərinin inkişafına mühüm diqqət yetirir. Bunun təsdiqi olaraq hər il müxtəlif səviyyələrdə qarşılıqlı səfərlər, ikitərəfli görüşlər təşkil olunur, yeni tərəfdaşlıq münasibətlərinin təməli qoyulur. Təkcə 2016-cı ildə Ukrayna, Venesuela, Xorvatiya, Belarus prezidentləri, Qətərin Əmiri Azərbaycana rəsmi, Türkiyə, İran və Rusiya prezidentləri işgüzar səfər ediblər. Həmçinin Rusiya Hökumətinin sədri, Macarıstan, Türkiyə və Pakistanın baş nazirləri Azərbaycanda rəsmi, İsrailin Baş naziri isə işgüzar səfərdə olub. Azərbaycanın ev sahibliyi etdiyi IV Qlobal Bakı Forumu və BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak etmək məqsədilə Monteneqro, Bolqarıstan, Gürcüstan, Albaniya, Malta və digər ölkələrin dövlət başçıları ölkəmizdə səfərdə olublar. Prezident İlham Əliyev isə Birləşmiş Ərəb Əmirliklərinə və İrana rəsmi, Avstriya, Almaniya və Rusiyaya işgüzar səfərlər edib.
Azərbaycanın qlobal əməkdaşlıq məkanına inteqrasiyasının və ölkəmizin beynəlxalq əhəmiyyəti və nüfuzunun ən bariz göstəricilərindən biri də regional və dünya əhəmiyyətli beynəlxalq tədbirlərdə ölkəmizin iştirak etməsidir. Bu baxımdan ötən il də Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunda (Davos Forumu) iştirak etmək üçün İsveçrəyə, “Suriyaya və regiona dəstək” konfransında iştirak məqsədilə Böyük Britaniyaya, 52-ci Münxen Təhlükəsizlik Konfransında iştirak məqsədilə Almaniyaya, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclasında iştirak etmək üçün Türkiyəyə, IV Nüvə Təhlükəsizliyi Sammitində iştirak məqsədilə ABŞ-a, İslam Əməkdaşlıq Təşkilatının 13-cü Sammitində iştirak məqsədilə Türkiyəyə, NATO Zirvə toplantısında iştirak etmək üçün Polşaya, Ümumdünya Humanitar Sammitində iştirak məqsədilə Türkiyəyə, MDB iştirakçı dövlətlərinin Dövlət Başçıları Şurasının iclasında iştirak məqsədilə Qırğızıstana, 23-cü Ümumdünya Energetika Konqresində iştirak məqsədilə Türkiyəyə səfərləri əlamətdar hadisələrdir. Bu səfərlər əlaqələrimizin ikitərəfli və çoxtərəfli əsasda inkişaf etdirilməsi, ölkəmizin qlobal siyasi, iqtisadi, təhlükəsizlik və humanitar məsələlərə dair mövqeyinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edib.
Bununla yanaşı, əsasını Ulu öndər Heydər Əliyevin qoyduğu müstəqil Azərbaycanın enerji siyasətinin uğurla davam etdirilməsi sayəsində ölkəmizin beynəlxalq enerji bazarlarındakı rolu və enerji tərəfdaşlığındakı əhəmiyyəti artmaqdadır. Bu çərçivədə Azərbaycanın təşəbbüsçüsü olduğu “Cənub Qaz Dəhlizi” və “Şahdəniz-2” layihələrinin icrası ilə bağlı lazımi işlər davam etdirilir. Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin 2006-cı ildə istifadəyə verilməsindən sonra “Cənub Qaz Dəhlizi”nin növbəti mərhələsi olan TANAP layihəsinin reallaşdırılması istiqamətində işlər yekunlaşmaq üzrədir.
Həmçinin Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşdırılması və özünün mühüm iştirakçı kimi mövqeyinin möhkəmləndirilməsi istiqamətində aktiv fəaliyyət göstərir. Bu çərçivədə ölkə başçısının tapşırığı əsasında ölkədəki dəmir yolu xətlərindən birinin İran sərhədinə qədər uzadılması həyata keçirilib. Ölkə Prezidentinin də söylədiyi kimi, Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin icrası nəticəsində Hindistandan, Pakistandan gələn yüklər Azərbaycan ərazisindən İrana, Rusiyaya, Şimali Avropaya və əks istiqamətdə gedəcəkdir.
Əvvəlki dövrlərdə olduğu kimi, “Multikulturalizm ili” çərçivəsində də ölkəmiz multikulturalizm ideyalarına sadiq qalaraq sivilizasiyalararası və mədəniyyətlərarası dialoqa öz töhfələrini verib. 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, ənənəvi Bakı Beynəlxalq Humanitar Forumu kimi nüfuzlu ictimai-siyasi və din xadimlərinin iştirak etdiyi beynəlxalq tədbirlər, eləcə də Roma Papasının Azərbaycana səfəri və səfər zamanı verdiyi bəyanatlar da bunu təsdiq edir.
Beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq ölkəmizin xarici siyasətinin prioritetlərindəndir
Beynəlxalq münasibətlərin fəal iştirakçısı olan Azərbaycan xarici siyasətində qlobal və regional səviyyəli nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığa da böyük önəm verir.
Qeyd edək ki, Azərbaycanın dünyada ən böyük təşkilat olan BMT-dəki mövqeləri kifayət qədər möhkəmdir. 2011-ci ildə ölkəmizin 155 dövlətin dəstəyi ilə Təhlükəsizlik Şurasına (TŞ) iki il müddətinə qeyri-daimi üzv seçilməsi də bunu göstərir. BMT çərçivəsindəki fəaliyyəti Azərbaycanın müstəqil inkişafına dəstək verməklə yanaşı, beynəlxalq ictimai rəyin ölkəmizin maraqlarına uyğun istiqamətdə formalaşmasına şərait yaradır.
BMT-dən sonra üzvlərinin sayına görə ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatında da Azərbaycanın mövqeyi kifayət qədər möhkəmdir. Məlum olduğu kimi, Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına daxil olub. 100-dən artıq ölkənin təmsil olunduğu qurumda Azərbaycan öz fəallığı ilə seçilir, təşkilat daxilindəki siyasi məsləhətləşmələrdə fəal iştirak edir, Hərəkatın məqsəd və prinsiplərinin irəlilədilməsi üçün təkliflər irəli sürür. Azərbaycanın Qoşulmama Hərəkatına daxil olmasından qısa müddət sonra Hərəkatın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair qəbul etdiyi qərarlar qurum üzvlərinin təşkilatın məqsəd və prinsiplərinə bağlılığını, həmçinin ölkəmizin diplomatik uğurunu göstərən əlamətdar haldır.
Azərbaycan İslam Əməkdaşlıq Təşkilatında (İƏT) da fəal rol oynayır. Qurumun Bakıda tədbirləri, nazirlər səviyyəsində toplantıları keçirilir. Təsadüfi deyil ki, təşkilat Ermənistanı işğalçı dövlət kimi tanıyıb, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən qətnamələr qəbul edib. Həmçinin İslam Əməkdaşlıq Təşkilatının 2016-cı ildəki Zirvə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və aprel ayında Azərbaycana Ermənistan tərəfindən edilən təcavüzlə bağlı kontakt qrupunun yaradılması Azərbaycanın növbəti diplomatik uğurudur. Bu il Bakıda keçiriləcək 4-cü İslam Həmrəyliyi Oyunları isə ölkəmizin İslam aləmindəki mövqeyini və nüfuzunu daha da möhkəmləndirəcək.
Eyni zamanda, Azərbaycan Avroatlantik məkana inteqrasiyasını, Avropa təşkilatlarında fəal iştirakını davam etdirir. Məlum olduğu kimi, 2001-ci ilin yanvarından Avropa Şurasının üzvü olan Azərbaycan 2014-cü ildə 6 ay müddətində bu təşkilatın Nazirlər Şurasına sədrlik edib. Ümumiyyətlə, Avropa Şurası ilə əməkdaşlığı çərçivəsində ölkəmiz Avropa Şurasının təməl prinsipləri olan insan hüquqları, qanunun aliliyi və demokratiyaya daim güclü dəstək verərək, Avropada təhlükəsizlik və sabitlik sahəsindəki mövcud problemlərə, korrupsiya ilə mübarizəyə, qaçqınların və məcburi köçkünlərin, miqrantların, uşaq hüquqlarının müdafiəsinə ciddi diqqət yetirir, mədəniyyətlərarası dialoqa böyük əhəmiyyət verərək Avropada diskriminasiya və dözümsüzlüklə mübarizəyə, siyasi islahatların davam etdirilməsinə öz dəstəyini verir.
Azərbaycan üzvü olduğu Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, ATƏT və digər qurumlarda da fəal rol oynayır. Ölkəmiz həmçinin Avropa İttifaqı, NATO kimi təşkilatlarla siyasi, iqtisadi, təhlükəsizlik kimi sahələrdə sıx əməkdaşlıq edir.
Bütün bunlar onu göstərir ki, ölkəmiz beynəlxalq birliyin müstəqil və tamhüquqlu subyekti kimi öz milli maraq və mənafelərini qarşılıqlı hörmət və ortaq faydalanma prinsipləri çərçivəsində həyata keçirir. Həyata keçirilən çoxvektorlu və uzaqgörən xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu daha da artıb, eləcə də ölkəmizin beynəlxalq arenadakı mövqeyi möhkəmlənib.
Zahid İlhamoğlu
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

