Heydər Əliyev Fondunun yardım və hədiyyələri Pakistanın Rara məktəbinə təqdim olunub
22.04.2017 [11:17]
Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Müzəffərabad şəhərinə səfər edib, 2007-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə bu şəhərdə inşa edilmiş Rara məktəbində olub.
Əli Əlizadə məktəbin müəllim heyəti və şagirdləri ilə görüşərək Ulu öndər Heydər Əliyevin doğum günü ərəfəsində Onun adını daşıyan Fond tərəfindən tikilən məktəbi ziyarət etməkdən qürur duyduğunu bildirib. Səfir Heydər Əliyev Fondunun fəaliyyəti və həyata keçirdiyi sosial, humanitar layihələr barədə məlumat verib. O, Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə, xüsusən Pakistanda təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə xeyli layihələr həyata keçirdiyini qeyd edib. Bildirib ki, bu layihələrdən biri 2005-ci ildə Pakistanda baş vermiş dağıdıcı zəlzələdən sonra Müzəffərabad şəhərində 400 yerlik Rara qızlar məktəbinin Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən inşa edilməsidir. Bu da Azərbaycan-Pakistan dostluq və qardaşlıq əlaqələrinin təzahürü, eyni zamanda, təhsilə göstərilən diqqət və qayğının bir nümunəsidir.
Səfir Azərbaycanın Pakistanla əlaqələrinin əsasının Ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayaraq, Azərbaycanın və Pakistanın hər zaman bir-birinə dəstək göstərdiyini, Azərbaycan torpaqlarını, Dağlıq Qarabağı və ətraf rayonları işğal etdiyinə görə Ermənistanın Pakistan tərəfindən bir dövlət kimi tanımadığını, həmçinin Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının Kəşmir üzrə təmas qrupunun üzvü olduğunu söyləyib, Dağlıq Qarabağ və Kəşmir məsələsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında tezliklə həll olunmasını arzu edib. Diplomat, həmçinin məktəbdə tədrisin vəziyyəti ilə yaxından tanış olub və təhsil ocağının ehtiyacları ilə maraqlanıb. O, Heydər Əliyev Fondunun yardım və hədiyyələrini, uşaqlar üçün alınmış dərslikləri, məktəbli formalarını, kompüter və printerləri, dəmir seyfləri, idman ləvazimatlarını, əyani dərs materiallarını, xəritə, məlumat lövhələrini, uşaq oyuncaqlarını və digər hədiyyələri məktəbə təqdim edib.
Həmçinin Heydər Əliyev Fondunun nəşr etdiyi kitablar, eləcə də Pakistanda urdu və ingilis dillərində dərc edilmiş “Heydər Əliyev”, “Azərbaycanın qısa dövlətçilik tarixi”, “Xocalı soyqırımı şahidlərin dili ilə”, “Azərbaycan poeziyası”, “Azərbaycan-Qafqazın cənnəti”, eləcə də Azərbaycan həqiqətlərinə dair digər kitablar, jurnal və bukletlər məktəbə təqdim olunub.
Əyalətin təhsil nazirinin müavini İrşad Əhməd Qureyşi və məktəbin direktoru xanım Nighat Şahin Fond tərəfindən tikilmiş Rara məktəbinin şagirdlərin müxtəlif biliklərə yiyələnməsində, onların tədris, təlim və tərbiyəsində önəmli rolunun olduğunu deyiblər. Onlar təhsil üçün yaradılmış əlverişli şəraitə, diqqət və qayğıya görə Azərbaycan dövlətinə, xüsusilə də Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevaya Pakistan hökuməti adından və öz adlarından dərin təşəkkürlərini bildiriblər.
Sonda məktəblilər öz istedadlarını nümayiş etdiriblər.
Xəbər lenti
Hamısına baxDünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41

