/ / Heydər Əliyevin islahatlar kursu: dünyanı bürüyən resessiya və böhran dövründə Azərbaycanın yüksəlişi
Heydər Əliyevin islahatlar kursu: dünyanı bürüyən resessiya və böhran dövründə Azərbaycanın yüksəlişi
22.04.2017 [11:35]
Müasir dünyada cəmiyyətin və bəşəri elmi idrakın qarşısında planetin gələcəyi ilə bağlı kəskin suallar dayanır. Səngimək bilməyən siyasi çaxnaşmalar, total sosial xaos, iqtisadi böhranlar, dini, ideoloji, milli münaqişələrin, dünya ağalığı iddialarının şiddətlənməsi üzündən baş verən müharibələr, kəskin ekoloji problemlər dünyanın mənzərəsini sürətlə dəyişməkdədir. Elitanın intellektual səfərbərlik çağırışlarına baxmayaraq, bəşəri sosial tərəqqinin ümumi maraqlarını, beynəlxalq təhlükəsizliyi təhdid edən qütbləşmə tendensiyası getdikcə güclənir.
Milli tarixə, mədəni irsə qayğı, xalqın öz ruhunu, qan yaddaşını dirçəltmək, sağlam mədəni-mənəvi mühit formalaşdırmaq, onu qoruyub-saxlamaq qloballaşma şəraitində heç də asan vəzifə deyil. Çünki siyasi təhlilçilər XXI əsri xalqların, sivilizasiyaların, fərqli mədəniyyətlərin bir-biri ilə qovuşacağı yüzillik hesab edirlər. Qlobal sivilizasiyaya doğru irəliləmə prosesində milli dövlətlərin rolunun və maraqlarının nəzərə alınmaması harmoniyanın pozulması ilə nəticələnə bilər. İnteqrasiyanın ideoloji, siyasi, hüquqi və iqtisadi əsasları elmi-praktik prinsiplərə, sosial ədalətin bərqərar olunmasına söykənməlidir, əks halda, qarşıdurma qaçılmazdır.
1993-cü ilin iyunundan sonra müstəqil Azərbaycan dövlətinin sükanı arxasında dayanan görkəmli dövlət xadimi Heydər Əliyev cəmiyyətdə modernləşdirmənin funksionallığını üç səpkidə müəyyənləşdirmişdi:
- siyasi mədəniyyətin, idarəçilik şüurunun dəyişdirilməsi və təkmilləşdirilməsi;
- ictimai şüurun təshih olunması, inkişaf potensialının reallaşdırılmasına mane olan ideya və fəaliyyət stereotiplərini tədricən sıxışdırıb aradan çıxarmaq məqsədilə liberal-demokratik dəyərlərin ictimai şüura yeridilməsi;
- mütərəqqi ideoloji konstruksiya və ya milli ideyaya uyğun modernləşdirmə siyasətinin həyata keçirilməsi.
Modernləşdirmə konsepsiyası, ilk növbədə, Azərbaycan iqtisadiyyatının bazar prinsiplərinə keçirilməsini, sərt bürokratik nəzarət sistemindən imtina olunmasını, sərmayə mühitinin yaxşılaşdırılmasını, büdcə siyasətinin təkmilləşdirilməsini və sağlamlaşdırılmasını, yeni texnologiyaların tətbiqini ehtiva edir.
Sovet dövründə təşəkkül tapmış qaydaların dağılması, həyat fəaliyyətinin əvvəlki modellərinin böhranı Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşdığı, demokratiyanın inkişafın aparıcı oriyentirinə çevrildiyi bir zamanda keyfiyyətcə yeni bir ideologiyanın, çağdaş ideyaların meydana gəlməsini şərtləndirirdi. Dövlətlə cəmiyyətin bir-birini endogen surətdə gücləndirməsi sinkretik başlanğıcın bütün atributlarına malik olan qanunauyğun, ardıcıl proses xarakteri daşıyırdı.
Ölkənin sosial-iqtisadi siyasət strategiyasının hədəfləri arasında sosialyönümlü, diversifikasiyalı milli iqtisadiyyatın formalaşması xüsusi yer tuturdu. İslahatların ardıcıl və sistemli surətdə həyata keçirilməsini təmin etmək məqsədi ilə Heydər Əliyevin ən çox diqqət göstərdiyi məsələ islahatların qanunvericilik bazasının yaradılması idi. Onun rəhbərliyi dövründə iqtisadiyyatın inkişafının tənzimlənməsi istiqamətində 70-dən artıq qanun qəbul edilmiş, 100-dən çox Fərman və Sərəncam, 30-a yaxın proqram imzalanmışdır. Məqsəd müstəqil Azərbaycan dövlətinin iqtisadi əsaslarının möhkəmləndirilməsi, yeni iqtisadi münasibətlərin formalaşdırılması, dövlət idarəçiliyinin təkmilləşdirilməsi, vətəndaşların sosial-iqtisadi hüquqlarının daha dolğun müdafiəsi idi.
Ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə aqrar islahatların həyata keçirilməsi, sovxoz və kolxozların ləğvi, onlara məxsus torpağın, mal-qaranın və əmlakın paylanması, məhsulun qiymətinin liberallaşdırılması aqrar bölmənin sosial və sahə strukturuna ciddi təsir göstərdi, yeni sferalar yarandı, məzmunca fərqli münasibətlər formalaşdı. Torpaq islahatı Azərbaycan kəndinin sosial mənzərəsini dəyişdirdi, kəndlinin torpağın sahibinə çevrilmək arzusunu reallaşdırdı.
Vətəndaşların maddi rifahının yüksəldilməsi və yoxsulluğun azaldılması Ulu öndərin daxili siyasətinin ana xəttini təşkil edirdi. Özəlləşdirilmiş torpaqlarda səmərəli təsərrüfatçılığın, sahibkarlığın inkişafını təmin etmək məqsədilə kənd təsərrüfatı məhsulları istehsalçılarının əvvəlki vergi borclarının silinməsi, onların “Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, torpaq vergisi istisna olmaqla, bütün vergi ödəmələrindən azad edilməsi aqrar bölmənin inkişafına və ərzaq təhlükəsizliyi probleminin həllinə böyük töhfə vermiş oldu. Görülən tədbirlər nəticəsində aqrar sektorda özəl bölmənin payı 100 faizə yaxınlaşdı. Nəticədə, 1996-cı ildə sosial göstəricilərin dinamikasında müsbət meyillər artmağa başladı.
Xarici ölkələrlə qarşılıqlı maraq prinsipi ilə səmərəli əməkdaşlıq, BMT, Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı və digər qurumlarla sıx əlaqələr müstəqilliyin ilk illərində ölkədə baş vermiş tənəzzülün, iqtisadi, sosial-siyasi böhranın ağır nəticələrinin aradan qaldırılmasına zəmin yaratdı. Sosialyönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın formalaşması dünya təsərrüfat sisteminə inteqrasiyaya yol açdı, makroiqtisadi sabitliyin təmin olunması prosesini sürətləndirdi. Şaxələndirmə tədbirləri, investisiya mühitnin yaxşılaşdırılması, sahibkarlığın inkişafının dəstəklənməsi, qeyri-neft sektorunun yüksəlişi ölkənin dayanıqlı inkişafında müstəsna rol oynadı.
Heydər Əliyevin yeni neft strategiyası Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasında və ölkəyə xarici investisiyaların cəlb olunmasında mühüm rol oynadı. Bu yöndə Ulu öndərin ən böyük uğurlarından biri ölkənin enerji daşıyıcılarını dünya bazarına çıxaran Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməridir. Heydər Əliyevin yenilməz siyasi iradəsi, mübarizliyi, uzaqgörənliyi olmasaydı, “Əsrin müqaviləsi”ni imzalamaq, Bakı-Tbilisi-Ceyhan neft kəmərini inşa etmək, ixrac marşrutlarının diversifikasiyasına nail olmaq mümkün olmazdı.
Heydər Əliyevin dövlətçilik fəlsəfəsində mükəmməl nəzəri ideyalarla real və praqmatik müstəvidə gerçəkləşən praktiki fəaliyyət harmoniya təşkil edir. Onun yeni cəmiyyət quruculuğu strategiyası qalibiyyət və uğurlar strategiyası olduğundan daim zamanın fövqündə dayanır. Dövlətin və Ümummilli liderin siyasi kursuna uğur qazandıran isə Onun strategiyasının mükəmməlliyidir, geniş xalq kütlələri tərəfindən dəstəklənməsi və həyata vəsiqə qazanmasıdır. Bir sözlə, Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin məğzini nikbin utopik ssenarilər deyil, real strateji hədəflər təşkil edir.
Demokratik proseslərin möhkəmləndirilməsi, vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu Heydər Əliyev təlimində heç də şüar və arzu olaraq qalmadı. O, ömrünü bütövlükdə bu amalın gerçəkləşdirilməsi uğrunda mübarizəyə həsr etmişdi: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”.
Ümummilli lider Heydər Əliyevin siyasi təlimində milli birlik və həmrəylik ideyası xüsusi yer tutur. O, yaxşı bilirdi ki, cəmiyyətdəki ideoloji çatlar, boşluqlar vaxtında aradan qaldırılmazsa, problem gec-tez siyasi müstəviyə keçir və böyük təhlükə doğurur. Etnik zəmində qarşıdurma və separatizmin qarşısını almaq, ideoloji birliyi təmin etmək məqsədilə Ulu öndərin irəli sürdüyü azərbaycançılıq məfkurəsi bütün etnos və konfessiyaların maraqlarına dolğun cavab verir. Azərbaycançılığı bitkin bir konsepsiya kimi formalaşdıran Heydər Əliyev milli birliyin möhkəmlənməsi və yeni cəmiyyət quruculuğu prosesinə əvəzsiz töhfə vermiş oldu.
Bu gün qətiyyətlə deyə bilərik ki, azərbaycançılıq ideologiyası ölkənin müstəqilliyinə, onun hüquqi və demokratik dövlət kimi inkişafına, milli maraqların qorunmasına xidmət edən mükəmməl dəyərlər sistemidir. Ümummilli liderin xalq qarşısındakı böyük xidmətlərindən biri də məhz bu dəyərlər sisteminin formalaşmasıdır.
Qloballaşma dövründə, informasiya mübadiləsi və bütövlükdə, inteqrasiya prosesinin gücləndiyi bir vaxtda xalqların və ölkələrin özünütəcrid siyasəti yürütməsi məhvə məhkum olmaq deməkdir. Heydər Əliyev zamanın çağırışına cavab olaraq deyirdi: “Azərbaycanın bugünkü reallığı Avropa və Şərq milli dəyərlərinin sintezindən ibarətdir. Bizim kimi bir dövlətin Avropa Birliyinə daxil olması Avropanın mənəviyyat, ənənələr cəhətdən zənginləşməsinə gətirib çıxaracaqdır”.
Beynəlxalq bazarların genişlənməsi, elmi-texniki nailiyyətlərin tətbiqi zərurəti, əmək məhsuldarlığının və istehsalın səmərəliliyinin yüksəldilməsinə ehtiyac duyulması Azərbaycanda da islahatların gücləndirilməsini tələb edirdi. Vəziyyətdən real çıxış yolu ticarətin və qiymətlərin liberallaşdırılması, sahibkarlıq fəaliyyətinin sərbəstləşdirilməsi, sərt fiskal siyasəti, maliyyə sisteminin sağlamlaşdırılması, büdcənin tarazlaşdırılması və büdcə daxilolmalarını artıracaq dövlət mülkiyyətinin özəlləşdirilməsini özündə ehtiva edən neoliberal ideyaların gerçəkləşdirilməsində idi. Buna görə də Ümummilli lider Heydər Əliyev neoliberal iqtisadi nizamın institusional-hüquqi mexanizmlərini formalaşdıran beynəlxalq iqtisadi təşkilatlarla - Beynəlxalq Valyuta Fondu, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Ümumdünya Ticarət Təşkilatı, həmçinin digər qurumlarla əməkdaşlığa böyük diqqət yetirirdi. Azərbaycanın qarşısında duran və ölkənin sürətli iqtisadi inkişafını təmin edəcək mühüm məsələlərdən biri də xüsusi mülkiyyətə əsaslanan bazar iqtisadiyyatı sisteminə keçidin təmin edilməsi idi.
Azərbaycan Respublikasında dövlət mülkiyyətində olan əmlakın özəlləşdirilməsinin təşkilati, hüquqi, iqtisadi əsaslarını əks etdirən I Dövlət Proqramının 1995-ci ilin iyulunda Milli Məclis tərəfindən bəyənilərək qəbul edilməsi yeni iqtisadi inkişaf mərhələsinin başlanmasına təkan verdi. Nəticə özünü çox gözlətmədi. 1998-ci ilin sonunda sənaye məhsulunun 28 faizi, kənd təsərrüfatı istehsalının 95 faizi, inşaat işlərinin 70 faizi, ticarətin 98 faizi özəl sektorun payına düşürdü.
Qanunvericiliyin təkmilləşdirilməsi, maliyyə-kredit sisteminin formalaşdırılması, biznesin elmi-metodiki bazasının yaradılması və digər vacib vəzifələrin reallaşdırılmasında “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa Dövlət Köməyi Proqramı (1997-2000-ci illər)” mühüm rol oynadı.
2001-ci ildə “Azərbaycan Respublikasının Vergi Məcəlləsi”nin qəbul edilməsi vergi sisteminin təkmilləşdirilməsi, onun beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində ciddi addım olmaqla yanaşı, iqtisadi fəaliyyətin stimullaşdırılmasına da böyük təsir göstərdi. Vergi dərəcələrinin mütəmadi olaraq aşağı salınması özəl sektorun iqtisadiyyatda xüsusi çəkisinin artması ilə nəticələndi.
İslahatların həyata keçirilməsi prosesində dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi, yerli və xarici iş adamlarının fəaliyyətinə əsassız müdaxilələrin qarşısının alınması, korrupsiya, rüşvətxorluq və digər sui-istifadə halları ilə mübarizənin gücləndirilməsi kimi məsələlər daim ölkə rəhbərliyinin diqqət mərkəzində olmuşdur.
Azərbaycan Prezidentinin 2002-ci il avqustun 17-də imzaladığı Fərmanla “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)” təsdiq olundu. Eyni zamanda, sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı digər qanunvericilik aktlarında dəyişikliklər edildi. “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” 2 sentyabr 2002-ci il tarixli Fərman ilə lisenziyalaşdırma sistemi əsaslı surətdə dəyişdirildi. Lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı 240-dan 30-a salındı, lisenziya almaq mexanizmi sadələşdirildi.
Ulu öndərin başladığı davamlı inkişaf strategiyası çağdaş dünyanın böyük dövlət xadimi, nadir zəka sahibi, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. XXI yüzillikdə, üçüncü minillikdə taleyüklü sınaqlardan zəfərlə çıxmaq üçün ölkəmizdə problemlər əzmkarlıqla aradan qaldırılır, tarixi keçmişimizin qəhrəmanlıq ənənələri dirçəldilir. Yalnız ölkə miqyasında deyil, bütövlükdə regionda və dünyada proseslərin axarını yeni məcraya yönəldəcək tarixi qərarlar qəbul edilir. Çünki strategiyalar nə qədər mükəmməl olsa da, onların taleyi, həyata keçirilməsi gözlənilməz hadisələrdən, ssenarilərdən deyil, bütün hallarda liderin missiyasından, onun qəbul etdiyi qərarlardan asılı olur. Cənab İlham Əliyevin prinsipial mövqeyi, yenilməz siyasi iradəsi, xarakter bütövlüyü, əqidə möhkəmliyi problemləri, kənar müdaxilə və təzyiqləri dəf etmək üçün kifayət qədər yetərlidir.
2004-cü ildən reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası və nəticələrinin təhlili göstərir ki, ölkənin makroiqtisadi göstəricilərində regionların çəkisi əhəmiyyətli dərəcədə yüksəlmişdir.
Ölkəmizin potensial imkanları, xarici dövlətlərlə qarşılıqlı münasibətlər, iqtisadi əməkdaşlıq perspektivi, qlobal iqtisadi meyillər, geosiyasi reallıqlar və digər vacib amillər nəzərə alınmaqla, demokratik islahatlar kursu davam etdirildi, inkişafın mükəmməl və səmərəli vektorları yaradıldı. Tarixi proseslərin məntiqi ardıcıllığı dövrün tələblərini, yeni çağırışları qəbul etməyi şərtləndirir. Buna görə də Azərbaycanda liberal, demokratik islahatlar sistemli şəkildə mövcud reallıqlar və qarşıya qoyulan vəzifələrlə uzlaşdırılaraq həyata keçirilir. Bu siyasətin nəticəsi olaraq qazanılan uğurlar, baş verən müsbət dəyişikliklər özünü təkcə siyasi, iqtisadi, mədəni sferada deyil, işgüzar mühitin dinamikasında da göstərir.
Sosial sferada həyata keçirilən siyasətin mühüm elementlərindən biri də yoxsulluğun azaldılmasına xidmət edən proqramlardır. Ölkənin iqtisadi və sosial həyatında müşahidə olunan müsbət meyilləri daha da möhkəmləndirmək, əhalinin rifah halını yaxşılaşdırmaq məqsədi ilə Prezident İlham Əliyev 2008-ci il sentyabrın 15-də “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nı təsdiq etdi.
Makroiqtisadi sabitliyi saxlamaq və qeyri-neft sektorunu tarazlı inkişaf etdirməklə iqtisadi artımın təmin olunması, əhalinin gəlir əldə etmək imkanlarının genişləndirilməsi, yoxsul əhalinin sayının azaldılması, səmərəli sosial müdafiə sistemi vasitəsilə aztəminatlı ailələrin və maddi cəhətdən həssas qrupların sosial riskinin azaldılması, qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində sistemli tədbirlərin reallaşdırılması, institusional islahatların davam etdirilməsi Dövlət Proqramının strateji məqsədləri sırasında önəmli yer tutmuşdur. Nəticə göz önündədir: bu gün ölkədə yoxsulluğun səviyyəsi 5 faiz təşkil edir.
Son illərdə dünyada qlobal situasiyanın dəyişməsinə, təhdidlərin və risklərin artmasına baxmayaraq, Azərbaycan iqtisadi inkişafın davamlılığını və dayanıqlığını qoruyub saxlamışdır. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının müəyyənləşdirdiyi hədəflər - makroiqtisadi göstəricilərin sabit artımı, qeyri-neft sektorunun inkişafı, maliyyə sisteminin və intizamının gücləndirilməsi, şəffaflığın artırılması, monetar və fiskal siyasətin koordinasiyasının yaxşılaşdırılması, şübhəsiz, milli iqtisadi sistemin etibarlılıq dərəcəsini daha da yüksəldəcək.
Milli inkişafda varisliyi təmin edən Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət novatorluğu və dinamizmi ilə fərqlənir. Dövlət başçısı Azərbaycanı müasir və qüdrətli dövlətə çevirmək məramını deklorativ bəyanatlarla ifadə etmir, bu istiqamətdə konkret proqramlar irəli sürür və onun real icra mexanizmlərini müəyyənləşdirir. Hər bir ölkənin, liderin siyasi kursu yalnız o zaman uğur qazanır ki, qarşıdakı məqsədlər və hədəflər barədə aydın təsəvvür formalaşır və xalq tərəfindən dəstəklənir. Müasir Azərbaycan cəmiyyəti dinamik, daim inkişaf edən, durğunluğa dözməyən və rasional dəyişikliklərə nail olmağa çalışan canlı orqanizmdir və dövlət idarəçiliyinin təşkilinə yaradıcılıqla yanaşır.
Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında Prezident İlham Əliyevin 26 iyul 2016-cı il tarixli Sərəncamı da məhz dövlət idarəçiliyinin təkmilləşdirilməsinə xidmət edir. Referendum Aktı layihəsində nəzərdə tutulan dəyişikliklərin bir qismi dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi, dövlət strukturlarının səlahiyyətlərinin dəqiqləşdirilməsi, siyasi sahədə innovativ inkişaf və modernləşmənin təmin edilməsi ilə bağlı idi. Layihədə prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qaldırılması, prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması, prezidentə Milli Məclisi buraxmaq səlahiyyətinin verilməsi, Birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması və digər məsələlər nəzərdə tutulurdu. Sentyabrın 26-da referendum iştirakçıları təklif edilən dəyişikliklərə səs verərək, demokratiyanın dərinləşməsinə, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu prosesinin keyfiyyətcə yeni və daha yüksək mərhələyə qədəm qoymasına, idarəçilik sisteminin təkmilləşdirilməsinə töhfə vermiş oldular.
Azərbaycan xalqı 2003, 2008 və 2013-cü illərdə zərrə qədər də tərəddüd etmədən öz taleyini müdrik və uzaqgörən siyasi xadim, müasir dövlətçilik təfəkkürü, analitik zəkası, tükənməz enerjisi ilə cəmiyyətin müxtəlif qatlarının potensialını səfərbər edərək ölkəni irəliyə aparan cənab İlham Əliyevə etibar etmişdir. Dünyanı bürümüş permanent resessiya və böhran şəraitində Azərbaycanın qazandığı uğurlar xalqın öz seçimində yanılmadığını sübut edir.
Həsən Həsənov
“Xalq qəzeti”nin baş redaktoru
Xəbər lenti
Hamısına baxDünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41

