Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ziyafət Əsgərov: ABŞ-Azərbaycan münasibətlərində yeni səhifə açılır

Ziyafət Əsgərov: ABŞ-Azərbaycan münasibətlərində yeni səhifə açılır

02.06.2017 [10:12]

“Bizim Amerika Birləşmiş Ştatları ilə münasibətlərimiz hər zaman yaxşı olub”. AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov jurnalistlərə açıqlamasında deyib.
Z.Əsgərov qeyd edib ki, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Ərəb-İslam-Amerika Sammitində çox gözəl bəyanat verdi. Eyni zamanda, Donald Tramp 28 May- Respublika Günü münasibətilə Azərbaycan Prezidentini və xalqını təbrik etdi. ABŞ Prezidentinin XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransına ünvanlanmış məktubundan sonra görünür ki, ABŞ-Azərbaycan münasibətlərində yeni səhifə açılır.
“Əlbəttə bütün dövlətlər beynəlxalq hüququn bərabərhüquqlu subyektidir. Kimsənin kiməsə ağıl öyrətməsi, insan hüquqları, fikir azadlığı adı altında ölkələrin daxili işinə qarışması düzgün siyasət deyil və nəticə vermir. Dövlətlərlə sadəcə əməkdaşlıq və dostluq etmək lazımdır. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. ABŞ-la münasibətlərimiz də həmişə yaxşı olub”, - deyə Z.Əsgərov bildirib.

Paylaş:
Baxılıb: 586 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31