KİV işçiləri: Bizə ikiqat bayram sevinci yaşadan Prezidentimizə ürəkdən minnətdarıq
26.07.2017 [09:14]
Milli Mətbuat Günü münasibətilə jurnalistlər üçün tikilən ikinci yaşayış binasının istifadəyə verilməsi geniş ictimai rezonans doğurub. Jurnalist kollektivləri, yeni binadan mənzil alan KİV işçiləri bu dəyərli hədiyyəyə, onlara ikiqat bayram sevinci yaşatdığına görə Prezident İlham Əliyevə təşəkkür məktubları ünvanlamaqda davam edirlər.
AZƏRTAC Prezidentin rəsmi saytına istinadla xəbər verir ki, məktub müəllifləri şəxsi vəsaiti ilə mənzil almaq imkanı olmayan jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımları, dövlətimizin başçısının mətbuata dəstəyini yüksək dəyərləndirir, səmimi minnətdarlıq duyğularını çatdırırlar. Məktublarda Prezident İlham Əliyevin mətbuatın yaxın dostu olduğu, medianın hərtərəfli diqqət və qayğı ilə əhatə edildiyi xüsusi vurğulanır. Həmçinin belə bir yekdil fikir ifadə olunur ki, bu yüksək etimad müqabilində mətbuat işçiləri üzərinə düşən vəzifələrə daha məsuliyyətlə yanaşacaq, milli maraqları daha qətiyyətlə müdafiə edəcəklər.
Prezidentə minnətdarlıq məktubu ünvanlayan jurnalist kollektivləri arasında AZƏRTAC da var. Agentliyin Baş direktoru Aslan Aslanov Ulu öndər Heydər Əliyevin mətbuata böyük önəm verdiyini, KİV-in inkişafında müstəsna xidmətlərini xatırladaraq yazır: “Zati-aliləri, əsası xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş mətbuata dövlət qayğısının Sizin müdrik rəhbərliyinizlə uğurla davam etdirilməsi nəticəsində KİV-in inkişafı, jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Mətbuat işçiləri üçün iki yaşayış binasının tikilməsi və üçüncü binanın təməlinin qoyulması ölkəmizdə bu sahəyə ən yüksək diqqət və qayğının parlaq nümunəsi olmaqla yanaşı, media işçilərini daha şövqlə işləməyə ruhlandırır. Bu, Sizin dünyada analoqu olmayan çox nəcib təşəbbüslərinizdən biridir”.
Məktubda ölkə mediasının 255 nümayəndəsinin, o cümlədən AZƏRTAC-ın bir qrup əməkdaşının evlə təmin edilməsinə görə agentliyin kollektivi adından dərin minnətdarlıq ifadə olunur. Həmçinin vurğulanır ki, mətbuat, söz və fikir azadlığının inkişafına yaradılan şərait kollektivi daha əzmlə çalışmağa, üzərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirməyə səfərbər edir.
Daha bir məktuba nəzər salaq: “Möhtərəm cənab Prezident, müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı olaraq Siz dünyada yaşayan bütün azərbaycanlıların güvən yeri, hər təbəqədən olan insanların böyük qayğıkeşi və hamisisiniz. Biz bunu öz gündəlik həyatımızda daim hiss edirik. Sizin rəhbərliyinizlə Azərbaycan gündən-günə inkişaf edir, möhkəmlənir. Biz bu ölkədə yaşayıb-yaratmağımızla fəxr edir, Sizinlə qürur duyuruq”. Bu sətirlər Ağahüseyn Şükürovun məktubundan götürülüb. O yazır ki, jurnalistika sahəsində çalışan yüzlərlə həmkarı kimi, media işçiləri üçün tikilmiş ikinci binada mənzillə təmin edilməsi ailəsi tərəfindən böyük sevinclə qarşılanıb. Bu sevinc hisslərini bölüşən jurnalist dövlətimizin başçısına ailə üzvlərinin dərin təşəkkürünü çatdırır.
Dövlət başçısından mənzil hədiyyə almağın çox böyük sevinc və qürur doğurduğunu vurğulayan digər məktubun müəllifi Firuzə Rəsulova Prezidentə müraciətlə yazır: “Jurnalistlər üçün tikdirdiyiniz ikinci binadan mənə də mənzil hədiyyə etdiniz. Bir insanın ən zəruri ehtiyacının - mənzilə olan tələbatının ödənilməsi, əlbəttə, xoşbəxtlikdir. Bu xoşbəxtliyi bəxş edənin savabı isə sonsuzdur. Siz bu savabı qazandınız. İllərlə mənzil gözləyənlərin xəyalını gerçəyə çevirdiniz”.
Bu bəxtiyarlıq duyğusunun ömür boyu unudulmayacağını qeyd edən Firuzə Rəsulovanın fikrincə, “Jurnalist şəhərciyi”ndə mənzil sahibi olmağın mənəvi dəyəri maddi dəyərindən çox-çox üstündür. Bu, həmçinin onu göstərir ki, Prezidentimiz insanın, insanlığın, onun sabahının, bütövlükdə Azərbaycanın gələcəyinin qayğısını çəkir.
Xəbər lenti
Hamısına baxDünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21

