İran-Ermənistan münasibətləri: andiçmə mərasimi və yeni geosiyasi reallıqlar fonunda
17.08.2017 [10:13]
İranın yenidən Prezidenti seçilən Həsən Ruhaninin andiçmə mərasimində Serj Sarkisyan da iştirak edib. Siyasi etiket baxımından adi hadisə olan bu məqamı erməni ekspert dairələri ciddi geosiyasi faktor kimi təqdim etməyə çalışırlar. Maraqlıdır ki, onlar bunu Təl-Əvivlə İrəvan arasında olan münasibətlər kontekstində diqqətə çatdırmağa cəhd edir, özü də birmənalı olaraq S.Sarkisyanın İranın xeyrinə seçim etdiyindən bəhs edirlər. Məsələ ondan ibarətdir ki, S.Sarkisyan İrəvana gəlmiş İsrail naziri ilə görüşməyib, ancaq istirahətini yarımçıq qoyaraq İrana gedib. Erməni mətbuatı həmin hadisəni həm də anti-Azərbaycan mövqeyindən şərh etməyə çalışır. Bütün bunlar, ümumiyyətlə, İrəvanın xarici siyasəti haqqında bir daha fikir bildirməyə ehtiyac yaradır.
Dayaz siyasi məntiq: erməni rəhbərliyin sindromu
Beləliklə, İran Prezidentinin andiçmə mərasimi keçirilib. Həsən Ruhaninin inauqurasiyasında Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti də iştirak edib. Ermənistanı dövlət başçısı Serj Sarkisyan təmsil edib. Erməni KİV-in yazdığına görə, S.Sarkisyan istirahətini yarımçıq qoyaraq Tehrana gedib. Əslində, bu, adi bir hadisədir.
İran böyük dövlətdir və Azərbaycana dostdur. İki xalqın əlaqələrinin kökləri qədimlərə gedib çıxır. Ulu öndər Heydər Əliyevin xüsusi fəaliyyəti sayəsində müstəqil dövlətlər kimi, İranla Azərbaycan Respublikası arasında əməkdaşlığın ciddi əsasları qoyulub. Prezident İlham Əliyev həmin xətti uğurla davam etdirir.
Dövlət başçısı dəfələrlə dost İrana səfərlər edib, eyni zamanda, qonşu dövlətin başçıları da Bakıya səfərlərə gəliblər. Onu qeyd edək ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Azərbaycan-İran-Rusiya üçtərəfli əməkdaşlıq formatı olduqca səmərəli nəticələr verməkdədir. Ticarət, iqtisadiyyat, nəqliyyat və başqa sahələrdə ölkələr arasında əlaqələr yeni səviyyəyə yüksəlir. O cümlədən Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşması istiqamətində əhəmiyyətli işlər görülür.
Bunlarla yanaşı, təhlükəsizlik sahəsində də İranla Azərbaycan arasında faydalı əməkdaşlıq mövcuddur. Hər iki dövlət bu istiqamətdə bir-birinin maraqlarını gözləməkdədir. Tehran dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb. Yaxın Şərqdə geosiyasi vəziyyət gərginləşdikdən sonra isə iki ölkə arasında əlaqələr daha da genişlənməkdədir.
2016-cı ilin fevralında Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfəri münasibətlərin yeni inkişaf perspektivlərini müəyyənləşdirdi. Azərbaycanla İran arasında əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 12 sənəd imzalandı. Həmin sənədlər hər iki ölkənin dünya miqyasında əhəmiyyətini vurğulamaqla yanaşı, qarşılıqlı əməkdaşlığın yeni səviyyəyə yüksəldilməsində vacib rol oynayır.
Vurğulanan məqamlar və gətirilən faktlar onu göstərir ki, Azərbaycanla İran arasında əməkdaşlıq real təməl üzərində qurulub və konkret məzmun kəsb edir. Erməni mətbuatı isə S.Sarkisyanın inauqurasiyada iştirakından iki aspektdə şou düzəltməyə çalışır. Birincisi, bununla Ermənistanın region üçün geosiyasi əhəmiyyətini şişirtməyə cəhd edir. İkincisi isə, guya İranla Azərbaycan arasında hansısa problemlər vardır. Hər iki istiqamət əsassız və süni fikirlərə dayanır.
Serj Sarkisyan iqtidarı bütövlükdə qeyri-müəyyən siyasət yeridir və orada hər hansı sistemlilikdən söhbət gedə bilməz. İran məsələsində də İrəvanın təsirli rol oynaya bilməsi istisnadır.
Ziddiyyətlər içində: rəsmi İrəvanın geosiyasi bəlası
Bütün bunlara görə erməni KİV-in həmin məsələ ilə bağlı yazdıqları cəfəngiyatdır. Problemin digər tərəfi İran-Qərb münasibətlərinə bağlıdır. Məhz bu məqamla əlaqədar erməni ekspertlər spekulyasiyalara baş vururlar. Onlar Ermənistanın İran-Qərb münasibətlərinin tənzimlənməsində hansısa rol oynaya biləcəyi haqqında absurd fikirlər irəli sürürlər. Bu, o qədər gülünc bir iddiadır ki, heç fikir verməmək də olar.
Budur, erməni siyasətinin dayaz məntiqi! Bir rəsmi şəxsin hər hansı ölkəyə səfərində dərhal başqa dövlətə qarşı bir məqam axtarılır. Əslində, erməni siyasəti ədalətli və obyektiv deyil, müstəqil xarici siyasətin nə olduğunu bilmirlər. Bunun da kökündə rəsmi İrəvanın mahiyyətcə kənar qüvvələrdən asılı olması dayanır - Ermənistan heç zaman müstəqil siyasət yeritməyib və bu sahədə təcrübəsi yoxdur. Ona görə də burada keçici faktorlarla əsaslı faktları bir-birindən fərqləndirə bilmirlər.
Azərbaycan-İran münasibətlərinin qiymətləndirilməsində də eyni yanlışlığa düçar olurlar. Onlar başa düşürlər ki, seçdikləri siyasi yolun sonu uçurumdur. Ona görə də müxtəlif üsullara əl atırlar. Həsən Ruhaninin andiçmə mərasimindən ermənilərin çıxarmağa çalışdıqları nəticələr bu özəlliyi tam açıqlığı ilə bir daha ortaya qoydu.
Konkret olaraq, məlum oldu ki, Ermənistanın Rusiya, İran, ABŞ, Avropa, İsrail, Azərbaycan siyasəti bərbad vəziyyətdədir. Bu istiqamətlərin heç biri tutarlı arqumentlərə əsaslanmır. Və həmin istiqamətlərin heç birində rəsmi İrəvanın normal tərəfdaş statusu yoxdur. Rusiya, İran və Qərbdən asılılıq, İsraildən qorxu, Azərbaycan və Türkiyəyə qarşı isə nifrət sindromu erməniləri bürüyüb. Onların bu vəziyyətdən çıxmaq şansları görünmür. Tərəddüd içində bu və ya digər geosiyasi gücə boyun əyməkdən başqa Sarkisyan rejiminin bir qabiliyyəti yoxdur. Şübhəsiz, müəyyən mərhələdən sonra onu kənara atacaqlar. O zaman Ermənistan dövlətçiliyi üçün çox acınacaqlı mərhələ başlayacaq.
Anlayırıq ki, erməni siyasətçilər xristianlığa arxalanaraq, hər bir halda Qərbin böyük dövlətlərinin onları tək buraxmayacaqlarına inanırlar. Lakin bu, müstəqil olmaq mənasını vermir. Əksinə, tarix sübut edir ki, ermənilərin Cənubi Qafqazda dövlətçilik ənənəsi olmayıb, yoxdur və olması ehtimalı çox azdır. Bunun üçün onlar bütün qonşularına münasibəti dəyişməlidirlər. İlk olaraq, havadarları vasitəsi ilə işğal etdikləri Azərbaycan ərazisini tərk etməlidirlər. Hələlik buna cəsarətləri və ağılları çatmır!
Newtimes.az
Xəbər lenti
Hamısına baxXəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
Gündəm
01 İyun 16:09
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:23
Siyasət
01 İyun 15:20
YAP xəbərləri
01 İyun 15:15
Müsahibə
01 İyun 15:13
YAP xəbərləri
01 İyun 15:05
YAP xəbərləri
01 İyun 15:02
Sosial
01 İyun 15:00
YAP xəbərləri
01 İyun 14:58
YAP xəbərləri
01 İyun 14:57
İqtisadiyyat
01 İyun 14:36
Gündəm
01 İyun 14:35
YAP xəbərləri
01 İyun 14:33
Dünya
01 İyun 14:19
YAP xəbərləri
01 İyun 14:14
Elm
01 İyun 14:09
İqtisadiyyat
01 İyun 13:54
Siyasət
01 İyun 13:52
Sosial
01 İyun 13:50
Dünya
01 İyun 13:27
Hərbi
01 İyun 12:29
YAP xəbərləri
01 İyun 12:26
İdman
01 İyun 12:23
Siyasət
01 İyun 12:13
Siyasət
01 İyun 12:13
Elanlar
01 İyun 12:00
Dünya
01 İyun 11:35
Siyasət
01 İyun 11:29
Dünya
01 İyun 11:19
YAP xəbərləri
01 İyun 11:04
YAP xəbərləri
01 İyun 10:56
Dünya
01 İyun 10:55
Elm
01 İyun 10:40
Elm
01 İyun 10:39
Siyasət
01 İyun 10:37
Siyasət
01 İyun 10:32
İqtisadiyyat
01 İyun 10:31
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

