“Sinxua” agentliyi YAP İcra katibinin müavini Siyavuş Novruzovla eksklüziv müsahibə dərc edib
26.10.2017 [10:26]
Çinin “Sinxua” dövlət informasiya agentliyinin saytında Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin komitə sədri, Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Siyavuş Novruzovla eksklüziv müsahibə dərc edilib.
AZƏRTAC Azərbaycan-Çin dostluq münasibətlərinin inkişafına oxucuların böyük marağını nəzərə alaraq, müsahibənin mətnini qısa ixtisarla təqdim edir.
1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi bərpa olunandan sonra Çinin siyasi və iqtisadi inkişaf sahəsində qazandığı uğurların ölkəmizdə daim diqqət mərkəzində olduğunu vurğulayan Siyavuş Novruzov müsahibəsində deyib: “Biz Çində Kommunist partiyasının rəhbərliyi altında qazanılmış böyük inkişafın şahidləriyik. Təbii ki, bu inkişafda Çin Kommunist Partiyası və onun qurultaylarında qəbul edilmiş qərarlar çox böyük rol oynayıb. Çinin inkişafı çox cəhətdən bu qərarlar sayəsində mümkün olub”.
S.Novruzov qeyd edib ki, son onilliklərdə Çin çox böyük inkişaf yolu keçib. Çin Kommunist Partiyasının qurultaylarının bütün qərarlarının uğurla həyata keçirilməsi nəticəsində bütün dünya Çin Xalq Respublikasının iqtisadi potensialının və beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə artmasının şahidi olub.
YAP İcra katibinin müavini qeyd edib ki, Çinin inkişafı çox cəhətdən ölkənin ənənəvi dövlətçilik tarixi sayəsində müəyyən edilib və digər tərəfdən, iqtisadiyyat sahəsində baş verən yeniliklər, sosial problemlərin həlli, əhalinin həyat səviyyəsinin yüksəldilməsi bu inkişafda böyük rol oynayıb. Cəmiyyətin, elm və texnikanın müxtəlif sahələrinin, təhsilin, elmin və təbabətin hərtərəfli tərəqqisi təmin olunub.
S.Novruzov deyib: “Dünya iqtisadiyyatında Çinin mühüm rolu, onun artmaqda olan siyasi nüfuzu və əhalinin rifahının yüksəldilməsi sübut edir ki, Kommunist Partiyasının rəhbərliyi tərəfindən həyata keçirilən islahatlar və inkişaf strategiyası özünü doğruldur”.
ÇKP cəmiyyətin aparıcı siyasi qüvvəsi kimi ölkənin ictimai həyatında çox böyük rol oynayır, Çinin hərtərəfli inkişafı istiqamətində möhtəşəm vəzifələri yerinə yetirir.
Siyavuş Novruzov Azərbaycan-Çin əlaqələri mövzusuna toxunaraq vurğulayıb ki, bu əlaqələr sülhün və sabitliyin qorunması, iki ölkənin iqtisadi tərəqqisinin təmin edilməsi məqsədlərinə xidmət edir və qarşılıqlı faydalı əməkdaşlıq, ərazi bütövlüyünə qarşılıqlı hörmət kimi fundamental prinsiplərə əsaslanır. Azərbaycan və Çin xalqları arasında dostluq münasibətlərinin dərin və çoxəsrlik tarixi kökləri var. 2017-ci ildə Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlər yaradılmasının 25 illiyi tamam olur. Azərbaycan Çin Xalq Respublikasının sədri Si Cinpin tərəfindən irəli sürülmüş “Kəmər və yol” təşəbbüsünü dəstəkləyir.
Yeni Azərbaycan Partiyası Çin Kommunist Partiyası ilə dostluq münasibətləri saxlayır. İki ölkənin hakim partiyaları arasında əməkdaşlıq haqqında sazişlər imzalanıb. Yeni Azərbaycan Partiyasının üzvləri Çin Kommunist Partiyasının qurultaylarında həmişə iştirak edir və orada baş verən prosesləri izləyirlər. Azərbaycan-Çin Parlamentlərarası işçi qrupu Azərbaycanda ən böyük parlamentlərarası qrupdur və onun 25 üzvü var.
S.Novruzovun sözlərinə görə, iki ölkə və onların parlamentləri arasında yaranmış səmimi dostluq münasibətləri Azərbaycanda yüksək qiymətləndirilir və bu münasibətlərin daha da inkişaf etidirlməsi üçün səy göstərilir. O deyib: “Azərbaycan Prezidenti İlham Əliyevin Çinə çoxsaylı səfərləri, Şanxayda Ümumdünya EKSPO sərgisində Azərbaycan pavilyonunun fəaliyyəti, iki ölkə arasında tələbə mübadiləsi, Azərbaycan iqtisadiyyatının inkişafında Çinin iştirakı, Çin ilə Azərbaycan arasında əmtəə dövriyyəsinin artması, ölkələrimiz arasında aviasiya əlaqəsi dövlətlərimiz və xalqlarımız arasında münasibətlərin inkişafına müsbət təsir göstərir”.
S.Novruzov vurğulayıb: “Deməliyəm ki, Çinin gələcək inkişaf perspektivləri çox böyükdür. Bu gün Çin dünyanın aparıcı dövlətlərindən biridir, biz də bu ölkə ilə daha çox yaxınlaşmaq üçün müəyyən addımlar atırıq”.
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Gündəm
01 İyun 20:19
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:23
Siyasət
01 İyun 15:20
YAP xəbərləri
01 İyun 15:15
Müsahibə
01 İyun 15:13
YAP xəbərləri
01 İyun 15:05
YAP xəbərləri
01 İyun 15:02
Sosial
01 İyun 15:00
YAP xəbərləri
01 İyun 14:58
YAP xəbərləri
01 İyun 14:57
İqtisadiyyat
01 İyun 14:36
Gündəm
01 İyun 14:35
YAP xəbərləri
01 İyun 14:33
Dünya
01 İyun 14:19
YAP xəbərləri
01 İyun 14:14
Elm
01 İyun 14:09
İqtisadiyyat
01 İyun 13:54
Siyasət
01 İyun 13:52
Sosial
01 İyun 13:50
Dünya
01 İyun 13:27
Hərbi
01 İyun 12:29
YAP xəbərləri
01 İyun 12:26
İdman
01 İyun 12:23
Siyasət
01 İyun 12:13
Siyasət
01 İyun 12:13
Elanlar
01 İyun 12:00

