Azərbaycan UNESCO-nun Ümumdünya İrs Komitəsinin vitse-prezidenti seçilib
17.11.2017 [10:04]
UNESCO-nun mənzil qərargahında qurumun Ümumdünya İrs Komitəsinin növbədənkənar sessiyası keçirilib. Sessiyada komitəyə seçilmiş 12 yeni üzv ölkə də iştirak edib. Xatırladaq ki, Azərbaycan 2015-ci ildə dörd il müddətinə bu komitəyə üzv seçilib.
AZƏRTAC xəbər verir ki, növbədənkənar sessiyada Azərbaycan növbəti il üçün komitənin vitse-prezidenti seçilib, Bəhreyn, Braziliya, İspaniya, Zimbabve və Çin ilə yanaşı, komitənin Bürosuna üzv olub.
İrs Komitəsinin növbəti il üçün sədri Bəhreyn seçilib. Gələn il komitənin 42-ci sessiyasının Bəhreynin paytaxtı Manama şəhərində keçirilməsi planlaşdırılır.
Ümumdünya İrs Komitəsi 1972-ci il mədəni və təbii abidələrin mühafizəsi üzrə UNESCO Konvensiyasının effektiv icrası, mədəni və təbii abidələrin Dünya İrs Siyahısına daxil edilməsi, eləcə də bu abidələrin mühafizəsi və mədəni irsin qorunması üzrə digər önəmli qərarların verilməsinə cavabdeh olan təşkilatın önəmli qurumudur.
Ölkəmizin Büroya seçilməsi komitənin yuxarıdakı məsələlərlə bağlı qərarlarında, eləcə də komitə sessiyalarının gündəliyinin formalaşdırılmasında yaxından iştirak etmək imkanı yaradır.
Qeyd edək ki, Azərbaycanın iki mədəni abidəsi - 2000-ci ildə İçərişəhər, 2007-ci ildə isə Qobustan qoruğu Ümumdünya İrs Komitəsi tərəfindən bu mötəbər siyahıya daxil edilib. Hazırda ölkəmiz tərəfindən yeni abidələrin bu siyahıya daxil edilməsi istiqamətində fəal iş aparılır.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50

