Hikmət Hacıyev: Ermənistan yeganə monoetnik ölkədir
24.11.2017 [10:07]
XİN-in mətbuat xidmətinin rəhbəri Portuqaliyanın “Diario de noticias” portalına müsahibəsində Ermənistanın işğalçılıq siyasətindən danışıb
Portuqaliyanın “Diario de noticias” portalı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin müsahibəsini dərc edib.
AZƏRTAC xəbər verir ki, Hikmət Hacıyev müsahibəsində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti barədə danışıb. XİN rəsmisi deyib ki, Ermənistan kənar güclərdən də istifadə edərək işğal etdiyi Azərbaycan ərazilərində etnik təmizləmə aparıb və təxminən bir milyondan artıq azərbaycanlı yurdundan didərgin salınıb. Təəssüf ki, atəşkəs rejiminə baxmayaraq bu gün də güllə yağışı səngimək bilmir və bu da insan itkisinə səbəb olur. Ermənistanın etməli olduğu ilk iş hərbi qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmaqdır.
Hikmət Hacıyev qeyd edib ki, münaqişənin həlli üçün ilk növbədə işğal faktına son qoyulmalı və Azərbaycanın işğal altındakı torpaqları qeyd-şərtsiz azad edilməlidir. Ermənistan işğalçılıq siyasətindən əl çəkməlidir. BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə Ermənistanın işğalçı qüvvələrinin qeyd-şərtsiz və tam şəkildə Azərbaycan torpaqlarından çıxarılmasını tələb edir.
Hikmət Hacıyev vurğulayıb ki, Azərbaycanın hazırda Dağlıq Qarabağda yaşayan erməni əhalisi ilə dialoq problemi yoxdur, lakin bunun reallaşması üçün Ermənistan hərbi qüvvələri işğal olunmuş ərazilərdən çıxmalıdır. Məcburi köçkün vəziyyətinə düşmüş azərbaycanlılar da öz tarixi yurd-yuvalarına qayıtmalıdırlar.
Mətbuat xidmətinin rəhbəri deyib ki, beynəlxalq hüquqa əsasən dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri güc yolu ilə dəyişdirilə bilməz. Ermənistan da anlamalıdır ki, bu feodal qaydalar XXI əsrdə yolverilməzdir. Ermənistan ona aid olmayan əraziləri işğal edib, həmin ərazilərdə etnik təmizləmə aparıb, mülki əmlakı dağıdıb və ondan sonra bunun nəticələrini öz müqəddəratını təyinetmə kimi təqdim edir. Bu, yolverilməzdir. Əgər Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərini tərk edərsə, Azərbaycan Dağlıq Qarabağa öz sərhədləri daxilində yüksək muxtariyyət statusu verə bilər.
Jurnalistin “Ermənistanda belə bir fikir formalaşıb ki, Azərbaycan tərəfinin nifrəti çox böyükdür. Siz bunu necə şərh edərdiniz?” sualına Hikmət Hacıyev belə cavab verib: “Məsləhət görərdim ki, Ermənistanda orta məktəb dərsliklərinə baxasınız. Siz orada ksenofobiya və nifrətin ən ifrat təzahürlərini görəcəksiniz. Ermənistan dünyada yeganə monoetnik dövlətdir, çünki burada etnik təmizləmələr mütəmadi şəkildə aparılıb. İki il əvvəl Ermənistan prezidenti Serj Sarkisyan demişdi ki, ermənilər və azərbaycanlılar etnik baxımdan uyğunsuzdurlar. Bu, artıq irqi ayrı-seçkilik xarakterli bəyanatdır”.
Azərbaycanın Dağlıq Qarabağı hərb yolu ilə geri qaytarmaq ehtimalına dair suala cavabında XİN sözçüsü deyib ki, əlbəttə, münaqişənin sülh yolu ilə həlli imkanları tükənməyib. Bununla bərabər, bütün dünya dövlətləri kimi Azərbaycanın da özünü müdafiə etmək hüququ var.
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58

