Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

18.01.2018 [10:11]

Yanvarın 17-də Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin rəhbəri Volkan Bozkırın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, işçi qrupun rəhbəri, parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov iki ölkənin örnək sayılacaq qardaşlıq və dostluq münasibətlərindən söhbət açıb. Eyni dilə, dinə, tarixə və adət-ənənələrə malik olduğumuzu vurğulayan komitə sədri münasibətlərimizin hazırkı səviyyəyə çatmasında hər iki ölkə prezidentlərinin rolunu, onların mütəmadi qarşılıqlı səfərlərinin əhəmiyyətini vurğulayıb. O, belə səfərlərin qarşılıqlı münasibətlərimizin inkişafına müsbət təsir edəcəyinə əminliyini bildirib.
Volkan Bozkır Türkiyə və Azərbaycanın münasibətlərinin sürətli inkişafından sevinc duyduqlarını bildirib. O, Azərbaycanla birlikdə həyata keçirilən nəhəng layihələrdən söz açıb, TAP, TANAP layihələrini, istismara verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xəttini Azərbaycanın adına böyük uğur kimi qiymətləndirib. Qonaq əminliyini ifadə edib ki, 2018-ci il Azərbaycan üçün daha uğurlu il kimi yadda qalacaq.
Volkan Bozkır Azərbaycanın azadlığı, müstəqilliyi uğrunda canlarından keçmiş 20 Yanvar şəhidlərinə görə xalqımıza dərin hüznlə başsağlığı verib, şəhidlərə Ulu Tanrıdan rəhmət diləyib. O, ölkəmizin ərazi bütövlüyünün tezliklə bərpa ediləcəyinə ümidvar olduğunu bildirib, bu yolda Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb.
Söhbət zamanı Azərbaycan və Türkiyə arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri, parlamentlərarası əlaqələrin inkişafı, regional münaqişələrin həlli yolları ilə yanaşı, tərəfləri maraqlandıran digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 531 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30