Ötən il YAP Cənclər Birliyi səmərəli fəaliyyət göstərib
02.02.2018 [09:59]
YAP Gənclər Birliyinin 2017-ci il ərzindəki fəaliyyətinin yekunlarına və 2 fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib
Əli Əhmədov: Partiyamızın əzəmətli resursları gənclərin inkişafı üçün hər bir imkanı təmin edir
Fevralın 1-də Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin 2017-ci il ərzindəki fəaliyyətinin yekunlarına və 2 fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra YAP Gənclər Birliyinin ötən il ərzindəki fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə gəncləri təbrik edib. Əli Əhmədov bildirib ki, Gənclər Günü Azərbaycanın ictimai-siyasi həyatının əlamətdar hadisələrindən biridir. Bu günün Ümummilli lider Heydər Əliyev tərəfindən təsis olunduğunu xatırladan YAP Sədrinin müavini bu faktı Ulu öndərimizin Azərbaycan gəncliyinə olan böyük etimadının və diqqətinin nümunəsi kimi dəyərləndirib.
Əli Əhmədov bildirib ki, 2017-ci ili Azərbaycan uğurla başa vurub və 2018-ci ilə böyük ümidlərlə daxil olub. YAP Gənclər Birliyinin 2017-ci ildəki fəaliyyətini yüksək qiymətləndirən Əli Əhmədovun sözlərinə görə, partiyamızın gəncləri cəmiyyətimizin fəal təbəqəsi kimi özlərini təsdiqləyiblər: “Gənclərimiz yüksək vətəndaş mövqeyi, ictimai-siyasi proseslərdə fəallıq və yüksək vətənpərvərlik nümayiş etdirirlər. Bu fəallıq 2018-ci il üçün də böyük zəmin yaradıb. YAP gənclərinin xarakterini vurğulayarkən vətənpərvərlik, fəallıq, ictimai-siyasi proseslərdə iştirakçılıq xüsusi qeyd olunmalıdır. Eyni zamanda, Heydər Əliyev ideyalarına sədaqət, dövlətə və dövlətçiliyə bağlılıq, Prezident İlham Əliyevin siyasətini birmənalı şəkildə dəstəkləmək gənclərimizin əsas xarakterik keyfiyyətləri sırasındadır. Beləliklə, YAP-ın gəncləri hakim partiyanı layiqincə təmsil edə bilirlər. Onlar cəmiyyətdəki yerini və rolunu yaxşı bilir və öz rollarını qiymətləndirməyi bacarırlar. Bununla da, biz gənclərin simasında gələcəyin qurucularını görə bilirik. Bilirsiniz ki, ölkəmizdə əhalinin sayı hər il təxminən 100 min nəfər artır. Bu fakt əhalinin təkibində gənclərin çəkisinin nə qədər böyük olduğunu göstərir. Bu həmçinin o deməkdir ki, gənclər nə qədər böyük potensiala malikdir və ölkənin gələcəyi gənclərin tutduğu mövqedən nə qədər asılıdır. Azərbaycan hökuməti bu reallıqları düzgün qiymətləndirir və buna uyğun olaraq da Azərbaycan Prezidenti tərəfindən uğurlu gənclər siyasəti həyata keçirilir. Dövlətimiz gənclərin inkişafı, yüksək bilik və bacarıqlar əldə etməsi, onlar üçün layiqli həyat şəraitinin yaradılması üçün bütün zəruri addımları atır. Bu siyasət öz bəhrəsini verir. Gənclər bu siyasəti yüksək qiymətləndirir və onlara göstərilən diqqəti cənab Prezidentin siyasətinə və dövlətə sədaqətləri ilə təsdiq edirlər”.
Əli Əhmədov qeyd edib ki, YAP-ın cəmiyyətdə rolunun artması fonunda YAP Gənclər Birliyinin də rolunun artması bizi sevindirir: “Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, partiyamızın sıralarında gənclərimizin sayı artır və bu, özlüyündə YAP-ın təkcə bu günü ilə deyil, gələcəyi ilə bağlı da böyük perspektivlərə malik olduğunu ifadə edir. Getdikcə daha çox sayda Azərbaycanın fəal, vətənpərvər gəncləri öz siyasi talelərini partiyamızla bağlayır, Prezident İlham Əliyevin siyasətinə münasibətlərini bu formada ifadə edirlər. Eyni zamanda, hesab edirəm ki, gənclər YAP-ın üzvü olmaqla bütövlükdə Azərbaycan cəmiyyətinin inkişafı prosesində iştiraklarına əhəmiyyətli bir təminat əldə etmiş olur, ölkəmizdə həyata keçirilən işlərə öz töhfələrini vermək imkanı qazanırlar. Bu, hər iki tərəf üçün - həm YAP, YAP Gənclər Birliyi üçün, həm də partiyaya daxil olan gənclər üçün qarşılıqlı faydalı münasibətlərdir. Nəticə etibarilə bu münasibətlər ümummilli maraqlarımıza xidmət etmiş olur. Gənclərimiz YAP-a daxil olmaqla, partiyamızın siyasətini dəstəkləyir, partiyanın gücünə imkanları daxilində töhfə verirlər.
Eyni zamanda, təbii ki, gənclər YAP-ın sıralarında olmaqla öz fəallıqlarını cəmiyyətə təqdim edir, özlərini tanıdırlar. Bu da partiyamıza daxil olan gənclərimiz üçün çox əhəmiyyətlidir. Çünki bu gənclər YAP-ın sıralarında göstərdikləri ictimai-siyasi fəallıqları ilə özlərini cəmiyyətə təqdim edib gələcəyin ictimai-siyasi xadimləri kimi sağlam iddialarını ortaya qoymuş olurlar. Biz inanırıq ki, məhz bu gənclərin arasından gələcəyin çox dəyərli ictimai-siyasi xadimləri, həyatımızın bu və digər sahələrində əhəmiyyətli mövqelər tutan vətəndaşları, rəhbərləri yetişəcəklər.
Beləliklə də, gənclər YAP-ın sıralarına qoşulmaqla özlərinin uğurlu gələcəyi üçün etibarlı meydan əldə edirlər. Təbii ki, həm Ümummilli lider Heydər Əliyevin gənclər siyasətində, həm də bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi gənclərlə bağlı siyasətdə gənclərə nə qədər böyük önəm verildiyi cəmiyyətimizə məlumdur”.
Baş nazirin müavini bildirib ki, biz gənclərimizə Azərbaycanın gələcəyi kimi, gələcək Azərbaycanın qurucuları kimi böyük ümidlərlə baxırıq. Biz istəyirik ki, gələcəyi quran insanların içərisində gənclər də fəal rol oynasınlar, daha geniş şəkildə bu prosesə öz töhfələrini versinlər. Bu həm də indiki dövrün zəruri tələbatıdır. Cəmiyyətin sürətlə dəyişdiyini, yeniləşdiyini deyən Əli Əhmədov yeni çağırışlara uyğun şəkildə fəaliyyət göstərmək zərurətinin yarandığını söyləyib. Onun sözlərinə görə, son illər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə gənclərə önəm verilməsi, gənclərin cəsarətlə irəliyə çəkilməsi məhz bu faktın göstəricisidir.
Əli Əhmədov qazanılan uğurlarla yanaşı, gənclərin qarşısında bir sıra vəzifələrin dayandığını da diqqətə çatdırıb. Onun sözlərinə görə, ən böyük vəzifələrdən biri ölkənin ictimai-siyasi həyatında yaxından iştirakı fəal şəkildə davam etdirməkdir: “2018-ci ildə ölkəmizdə növbəti prezident seçkiləri keçiriləcək. Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin növbəti dəfə namizədliyi partiyamız tərəfindən irəli sürüləcək. Güman edirəm ki, gənclərimiz həmişə olduğu kimi, bütün seçkilərdə göstərdiyi fədakarlığı bu dəfə də göstərəcəklər və prezident seçkilərinin yüksək səviyyədə həyata keçirilməsi üçün öz töhfələrini verəcəklər. Əlbəttə, Prezident İlham Əliyevin ölkəmizdə yüksək nüfuzu, xalqımız tərəfindən dəstəklənməsi Onun növbəti dəfə dövlət başçısı seçilməsi üçün etibarlı bazadır. Amma YAP bu seçkilərin yüksək demokratik prinsiplər əsasında keçirilməsi üçün üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidir. Güman edirəm ki, bu baxımdan, YAP-ın gəncləri bu vəzifəni dərindən dərk edirlər və seçki kampaniyasında fəal iştirak edəcəklər”.
YAP Sədrinin müavini gənclərin qarşısında duran vəzifələr sırasında ölkəmizdə geniş vüsət alan könüllülər hərəkatında daha yaxından iştirak etməli olduqlarını söyləyib. Onun fikrincə, könüllülər hərəkatı gənclərin fəallığının artırılması baxımdan geniş imkanlar açır: “YAP-ın üzvü olaraq gənclər bu hərəkatda yaxından iştirak edirlər və müəyyən təcrübə toplayıblar. Amma nəzərə alsaq ki, ölkəmizdə könüllülər hərəkatı böyük vüsət alıb, bu mənada gənclərimiz bu prosesdə daha fəal iştirak etməlidirlər”.
Baş nazirin müavini qeyd edib ki, həyatımız inkişaf edir, yeniləşir və bu yeniliyə uyğun addımlar atılır. Bu baxımdan, gənclərin sosial şəbəkələrdə də fəal iştirak etməsi həyati əhəmiyyət kəsb etməyə başlayıb. “Bir neçə onillik keçəndən sonra, yəqin ki, ənənəvi siyasi mübarizə metodlarından əsər-əlamət qalmayacaq. Bu mənada ictimai-siyasi proseslərdə sosial şəbəkələrin əhəmiyyətini qiymətləndiririk. YAP Gənclər Birliyi sosial şəbəkələrdə yaxından iştirak edir və gənclərimiz fəallıq göstərirlər. Biz müsbət nəticələr əldə etsək də, bununla kifayətlənmək mümkün deyil. Həyatımız qaçılmaz surətdə dəyişir, yeni texnologiyalardan asılı vəziyyətə düşür. Həyatımız tələb edir ki, gənclər daha geniş şəkildə bu və ya digər mesajların cəmiyyətə çatdırılmasında sosial şəbəkələrdən daha aktiv istifadə etməlidirlər. Ümumilikdə, gənclər boş vaxtlarının böyük hissəsini sosial şəbəkələrdə keçirirlər. Çünki bu, həyatımızın ayrılmaz hissəsinə çevrilib. Amma yaxşı olar ki, onlar burada ictimai, siyasi və sosial məsələləri əhatə edən mövzulara toxunsunlar. Gənclərimiz ölkənin gələcəyinə biganə deyillər və ona görə də ölkəmizdə həyata keçirilən siyasətin uğurlarını sosial şəbəkələr vasitəsilə təbliğ etməlidirlər. Eyni zamanda, ölkəmizin inkişafını gözü götürməyən qüvvələrin atdığı böhtanlara cavab verməlidirlər. İstərdik ki, bu baxımdan gənclərimiz ön mövqelərdə dayansınlar. Güman edirəm ki, 2018-ci il bu sahədə dönüş ili olacaq və Gənclər Birliyi 2018-ci ilin hesabatını verərkən sosial şəbəkələrdə fəallığın daha yüksək olmasına şahidlik edəcəyik”.
YAP Sədrinin müavini bildirib ki, biz gənclərimizlə qürur duyuruq, onların dövlətçiliyə, Prezidentin siyasətinə sədaqətinə inanırıq. “Gənclər əmin olmalıdırlar ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin hədəflərindən biri gənclərin hərtərəfli inkişafı və onlara layiqli həyat şəraitinin yaradılmasıdır. Bunun üçün dövlətimiz tərəfindən bütün imkanlar yaradılır. Prezident İlham Əliyevin bu istiqamətdəki siyasəti YAP-ın fəaliyyətində də əksini tapır. Partiyamız gənclərin fəallığını təmin etmək, onlar öz bilik və bacarıqlarını üzə çıxarmaq, bütövlükdə özlərini ifadə etmək üçün bütün imkanları yaradır. Əmin olmalısınız ki, YAP bundan sonra da sıralarında birləşən 270 mindən çox gəncin inkişafı üçün ən böyük platformadır və partiyamızın əzəmətli resursları gənclərin inkişafı üçün hər bir imkanı təmin edir”, - deyən Əli Əhmədov YAP Gənclər Birliyinin 2018-ci ildə də qarşıda duran vəzifələri yerinə yetirəcəyinə əminliyini ifadə edib.
Tədbirdə YAP Suraxanı rayon təşkilatı Gənclər Birliyinin üzvü Arzu Məmmədli, YAP Sabirabad rayon təşkilatı Gənclər Birliyinin üzvü, ADA Universitetinin tələbəsi Emil Aslanlı, BANM-ın tələbəsi, qəbul imtahanlarında 700 bal toplamış Mahirə Əsədzadə, IV İslam Həmrəyliyi Oyunlarının qalibi Zaur Paşayev və YAP Yasamal rayon təşkilatı Gənclər Birliyinin üzvü Əli Babazadə çıxış ediblər. Çıxışlarda bildirilib ki, hazırda Yeni Azərbaycan Partiyası 700 mindən çox insanı öz ətrafında birləşdirir. Bu, xalqımızın Heydər Əliyev ideyalarına sadiqliyinin və Prezident İlham Əliyevin siyasətini dəstəkləməsinin göstəricisidir. Qeyd olunub ki, YAP-ın üzvləri arasında həmçinin gənclər də böyük üstünlük təşkil edirlər və partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti də Azərbaycanın sağlam, intellektual gənclərindən ibarətdir. Ümumiyyətlə, Ulu öndərin ideyalarına sadiq qalan və cənab Prezidentin rəhbərlik etdiyi YAP hər zaman fəaliyyətində gənclərə geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirib.
O da qeyd olunub ki, Azərbaycan gəncliyinin seçiminin Yeni Azərbaycan Partiyası olmasının da arxasında məhz dövlətçiliyə bağlılıq, milli mənafenin qorunması kimi müqəddəs ideallar dayanır. YAP Ulu öndər Heydər Əliyev ideyalarının daşıyıcısı, müasir Azərbaycan gəncliyinin güvənc yeridir. Azərbaycan gəncliyinin mütləq əksəriyyəti Ulu öndər ideyaları ətrafında sıx birləşərək sadiqlik nümayiş etdirir. Gənclərimiz hər zaman Prezident İlham Əliyevin ətrafında sıx birləşərək Onun həyata keçirdiyi siyasəti dətəkləyirlər.
Sonra tədbirdə YAP sıralarına yeni qoşulmuş bir qrup gəncə üzvlük vəsiqələri, eləcə də ötən il YAP Gənclər Birliyinin fəaliyyətində aktivliyi ilə seçilmiş gənclərə fəxri fərman və hədiyyələr təqdim olunub.
Tədbir konsert proqramı ilə davam edib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33

