YAP seçki kampaniyasını uğurla davam etdirir
17.02.2018 [10:18]
“2018-ci il fevral ayının 8-də Yeni Azərbaycan Partiyasının (YAP) VI Qurultayı keçirildi və qurultayda cari ilin aprel ayının 11-də ölkəmizdə keçiriləcək prezident seçkilərində partiyamızın Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edildi. Fevralın 9-da isə Azərbaycan Respublikasının Konstitusiyasına və Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq müvafiq sənədlər hazırlanaraq Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edildi”. Bu sözləri Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, partiyanın prezident seçkilərində səlahiyyətli nümayəndəsi Siyavuş Novruzov deyib.
Onun sözlərinə görə, MSK Seçki Məcəlləsinin 54-cü maddəsinin tələblərinə müvafiq olaraq 5 gün müddətində sənədlərin Konstitusiyaya və Seçki Məcəlləsinə uyğun olmasını yoxladıqdan sonra müvafiq qərar qəbul edib: “Mərkəzi Seçki Komissiyasının fevralın 14-də keçirilmiş iclasında Seçki Məcəlləsinin 54.9 maddəsinə uyğun olaraq 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən cənab İlham Heydər oğlu Əliyevin namizədliyinin irəli sürülməsi təsdiq edilib. Fevralın 15-də MSK-nın qərarı dərc edilərək qüvvəyə mindi və Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsinə namizədin müdafiəsi üçün 900 ədəd (45 min seçici imzasını nəzərdə tutan) imza vərəqləri təqdim olundu. Seçki Məcəlləsinə əsasən, hər bir namizəd 40 mindən az olmamaq şərtilə seçici imzası toplamalıdır. İmzalar 125 seçki dairəsinin ən az 60-nı əhatə etməli və seçki dairəsinin hər birinin ərazisindən azı 50 imza toplanmalıdır. İmzatoplayanların hüquq və vəzifələri Seçki Məcəlləsində öz əksini tapıb. İmzatoplayan şəxslərin yaşının 18-dən aşağı olmaması, seçki hüququna malik olması, hərbi, dövlət qulluqçusu olmaması, hüquq-mühafizə və bələdiyyə orqanlarında təmsil olunmaması kimi tələblər Seçki Məcəlləsində əks olunub”.
YAP-ın səlahiyyətli nümayəndəsi əlavə edib ki, MSK tərəfindən hər bir namizəd üçün 5 min əlavə imzanı nəzərdə tutan imza vərəqləri verilir ki, toplanan 40 min seçici imzasında hər hansı pozuntular qeydə alınarsa, həmin imzaların əvəz olunması imkanı mövcud olsun: “Bu, bir daha Seçki Məcəlləsinin demokratikliyini və hər bir namizədə bərabər şərait yaradıldığını göstərir. Təbii ki, YAP geniş imkanlara və yüksək nüfuza malikdir, o cümlədən əhalinin mütləq əksəriyyəti partiyamızın namizədini dəstəkləyir. Buna görə partiyamız tərəfindən 1 milyondan artıq imza toplana bilər, lakin MSK tərəfindən hər bir namizəd üçün bərabər sayda imza vərəqi nəzərdə tutulub”.
“Partiyamız tərəfindən imzatoplama ilə bağlı xeyli hazırlıq işləri görülüb, imza toplayacaq şəxslər müəyyən olunub, onlar üçün treninqlər keçirilib, Seçki Məcəlləsində imzatoplayan şəxslərin hüquq və vəzifələrinə dair əks olunmuş maddələri çıxarış - çap şəklində imzatoplayanlara təqdim etmişik. Yəni imzatoplayanlara müvafiq təlimatlar verilib və Seçki Məcəlləsinin tələblərinə riayət etmələri ciddi şəkildə tapşırılıb”, - deyə Siyavuş Novruzov vurğulayıb.
YAP-ın səlahiyyətli nümayəndəsi qeyd edib ki, Yeni Azərbaycan Partiyası bu gündən etibarən imzatoplama kampaniyasına başlayıb: “1 nəfər imzatoplayanın 50 seçici imzası toplamasını nəzərdə tutmuşuq. Kampaniyaya 1000 nəfər imzatoplayan şəxs cəlb olunub, onlardan 900 nəfəri aktiv şəkildə imza toplayacaq, 100 nəfər isə köməklik göstərəcək. YAP öz ənənəsinə uyğun olaraq mövcud 125 dairənin hər birinin ərazisindən 100-dən az olmamaq şərtilə tələb edilən sayda imza toplamağı planlaşdırıb. YAP-ın 84 rayon və şəhər seçki qərargahı fəaliyyət göstərir. Hər bir qərargah üzvünün sayı 11 nəfərdən 19 nəfərə qədərdir ki, buraya rayon və şəhər təşkilatlarının sədrləri, fəallar və həmin ərazindən seçilmiş və partiyamızın üzvü olan millət vəkilləri daxildirlər. Onlar bu kampaniyada aktiv şəkildə iştirak edirlər. YAP partiyamızın Sədri, prezidentliyə namizəd cənab İlham Əliyevin müdafiəsi üçün aparılan imzatoplama kampaniyası ilə bağlı ictimaiyyəti mütəmadi şəkildə məlumatlandıracaq”.
Xəbər lenti
Hamısına baxMaraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Gündəm
01 İyun 20:19
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10

