Xəyanətkar Orduxan Teymurxan ermənilərin müdafiəçisi rolunda
23.02.2018 [10:04]
Antimilli mərkəzlərin maliyyəsi ilə ortaya atılmış “beşinci kolon” nümayəndəsi ermənilərin işğal altında olan torpaqlarda vandalizm törətmədiyini iddia edir
Son illərdə iqtisadi-siyasi nailiyyətləri ilə dünya ictimaiyyətinin diqqətini cəlb edən Azərbaycan dövləti beynəlxalq münasibətlər sistemində də etibarlı tərəfdaş kimi qəbul edilməkdədir. Azərbaycanın qlobal miqyaslı bir sıra layihələrin reallaşmasında əsas söz sahibi kimi çıxış etməsi, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynaması, o cümlədən Şərq ilə Qərbin qovuşma nöqtəsi olması ölkəmizə mühüm üstünlüklər yaradır. Həmçinin bu gün Azərbaycanın apardığı hücum diplomatiyası Ermənistanın işğalçılıq siyasətini, vandalizmini, terroru dövlət siyasətinə çevirməsini bütün dünyaya açıq şəkildə nümayiş etdirməkdədir.
Təəssüf ki, ölkəmizin milli maraqları, inkişafı və sabitliyi özündə ehtiva edən, eləcə də Dağlıq Qarabağın işğaldan azad olunmasına yönəlik siyasi kurs yürütməsi başda ermənipərəst mərkəzlər, erməni lobbisi olmaqla düşmənlərimizi narahat etməkdədir. Bu narahatlıq isə zaman-zaman ölkəmizə, milli maraqlarımıza qarşı həmin mərkəzlər tərəfindən çirkin kampaniyalar aparılması, yalan təbliğata yer verilməsi ilə nəticələnir. Erməni lobbisinin bu məsələdə ən yaxın “köməkçiləri” isə, təbii ki, “sapı özümüzdən olan balta”lar, yəni “beşinci kolon” nümayəndələridir. Ermənilərə xidmət göstərən bu xəyanətkar qrup maddi təminat qarşılığında torpaqlarımızı işğal edən düşmənlərlə eyni səfdə yer alır, ölkəmizə qarşı olmazın yalanları söyləməkdən çəkinmirlər. Bu xainlər hətta bəzi anlarda özlərini “ermənidən daha artıq erməni” qiyafəsində təqdim edirlər. Onlar ermənilərin Azərbaycan dövlətinə qarşı apardıqları “qara piar” kampaniyasına açıq şəkildə dəstək verir, Ermənistan dövlətinin Azərbaycana qarşı işğalçılıq, xalqımıza qarşı soyqırımı siyasəti ilə bağlı həqiqətləri təhrif edirlər. Bu antimilli ünsürlər sırasında xüsusi fəallıq göstərənlərdən biri də Hollandiyada məskunlaşmış Orduxan Teymurxandır.
Bu bir həqiqətdir ki, ölkəmizdə mühüm əhəmiyyətli tədbirlər ərəfəsində erməni diasporunun və anti-azərbaycançı mərkəzlərin diktəsi və maliyyə dəstəyi ilə fəaliyyət göstərən antimilli ünsürlər xüsusi “fəallıq” fazasına daxil olurlar. Nəzərə alsaq ki, ölkəmizdə aprel ayında prezident seçkiləri baş tutacaq, bu baxımdan artıq ənənə halını alan kampaniyalar “başadüşüləndir”. Amma Azərbaycan dövlətinə qarşı faktiki olaraq düşmənçilik edən O.Teymurxan öz davranışları ilə bütün “sərhədləri yandırır”. Belə ki, ermənipərəst mərkəzlərin “əsas aləti” və ən etibarlı kadrı olmaq üçün dəridən-qabıqdan çıxan Orduxan Teymurxan ermənilərin işğal etdikləri Dağlıq Qarabağ ərazisində vəhşilik etmədiyini bildirib. Bu şəxs iddia edir ki, ermənilər işğal altında olan torpaqlarda qəbirləri, məscidləri bilərəkdən dağıtmayıblar.
Bəli, bu faktın özü bir daha ermənipərəstlərə sığınaraq Azərbaycanın milli maraqlarına qarşı cəbhə alan, ermənilərin işğal altındakı torpaqlarda vandalizm aktları törətmədiyini iddia edən Orduxan Teymurxanın əsl məqsədlərini, simasını ortaya qoyur və erməni lobbisi tərəfindən maliyyələşən və onların sifarişləri əsasında hərəkət edən “beşinci kolon” bir daha özünü ifşa edir. Xocalı soyqırımını törətmiş, Azərbaycanın 20 faizdən artıq torpaqlarını işğal altında saxlayan, bir milyondan artıq insanı öz doğma yurd-yuvalarından qaçqın və didərgin halına salan erməniləri müdafiə edən Orduxan Teymurxan həm də açıq şəkildə hansı mərkəzlərin direktivləri ilə hərəkət etdiyini göstərir. Amma xəyanəti özünə peşə seçmiş belələri unutmamalıdırlar ki, Azərbaycan dövləti öz torpaqlarını işğaldan azad edəcək və ermənilərin pulu ilə ölkəsinə qarşı xəyanət edənlərin isə arzuları puça çıxacaq...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58

