Biz BMT-nin insan hüquqları üzrə müqavilə orqanları ilə əməkdaşlığa sadiqik
28.02.2018 [10:03]
Elmar Məmmədyarov BMT-nin İnsan Hüquqları Şurasının 37-ci sessiyasında çıxış edib
Demokratiyanın möhkəmlənməsi və insan hüquqlarının qorunması Azərbaycan Respublikasının ən vacib prioritetləri sırasındadır. Hökumət bütün insan hüquqlarından və əsas azadlıqlardan tam yararlanmaları üçün Azərbaycan vətəndaşlarına zəruri şəraitin yaradılması istiqamətində genişmiqyaslı proqramlar həyata keçirir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin İnsan Hüquqları Şurasının 37-ci sessiyasında çıxışı zamanı söyləyib.
Nazir deyib: “Təhsil bizim daxili siyasətimizdə ən prioritet sahədir. Çünki yaxşı təhsilli cəmiyyət uğurlu və davamlı inkişafın zəmanətlərindən biridir. Hər il 5 milyondan çox insan - ölkə əhalisinin yarısı - dövlət büdcəsindən tam maliyyələşməklə tibbi yoxlamadan keçirlər. Azərbaycan hələ 1918-ci ildə müsəlman Şərqində qadınları səs vermək hüququ ilə təmin etmiş ilk ölkədir. Azərbaycan gender bərabərliyini təmin etməyə, ictimai və sosial həyatda qadınların rolunun artırılmasına çalışır. Misal üçün, Azərbaycan Xarici İşlər Nazirliyinin heyət üzvlərinin 52 faizi qadınlardır. Azərbaycan əhalisinin təqribən 80 faizinin informasiya, media-kommunikasiya, ideya və fikirlərin azad axını üçün ən əlverişli və praktik vasitə olmuş internetə maneəsiz giriş imkanı var”.
Elmar Məmmədyarov qeyd edib ki, cinayət hüququ sistemində də beynəlxalq insan hüquqları standartlarına tam uyğun olması məqsədilə islahatlar aparılıb. Bu sahədə ən son hadisələrdən biri cəza siyasətinin humanistləşdirilməsində və cəza sahəsində hüquqi islahatların aparılmasını hədəfləmiş Azərbaycan Respublikası Prezidentinin 2017-ci il tarixli Sərəncamıdır.
Azərbaycan inkişaf hüququna böyük əhəmiyyət verir. Azərbaycan, xüsusilə Heydər Əliyev Fondu və Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyi vasitəsilə beynəlxalq inkişaf təşəbbüslərində fəal iştirak edir.
Nazir vurğulayıb ki, Azərbaycan İnsan Hüquqları Şurasının fəaliyyətinin gücləndirilməsinin zəruriliyini tam dəstəkləyir. Şuranın tənbeh üçün platforma kimi deyil, öz səlahiyyətini etibarlı və həssas qlobal insan hüquqları qurumu kimi möhkəmləndirməsi məqsədilə onun fəaliyyətini müəyyən edən əsas anlayışlar “dialoq”, “əməkdaşlıq” və “yardım” olmalıdır.
“Biz BMT-nin insan hüquqları üzrə müqavilə orqanları ilə əməkdaşlığa sadiqik. Keçək il Azərbaycan insan hüquqları üzrə ali komissar tərəfindən müqavilə orqanlarına tam hesabat verməkdə 33 üzv dövlətdən biri adına layiq görülüb”, - deyə nazir qeyd edib.
Elmar Məmmədyarov çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də danışıb. O bildirib ki, Ermənistanın silahlı təcavüzünün nəticəsi olaraq Azərbaycan ərazisinin 20 faizi 25 ildən çoxdur işğal altındadır. Bir milyondan çox azərbaycanlı etnik təmizlənməyə məruz qalıb və doğma yurd-yuvalarını tərk edərək öz vətənlərində qaçqın və məcburi köçkün olmağa məcbur ediliblər. Bu gün Azərbaycan 1,2 milyon qaçqın və məcburi köçkünə sahib olaraq 10 milyonluq əhalisi ilə adambaşına düşən qaçqın və məcburi köçkün sayına görə dünyada ən yüksək göstəricilər sırasında qərarlaşıb.
Ermənistan Azərbaycanın ərazi bütövlüyünü bir daha təsdiq edən və işğal olunmuş ərazilərdən Ermənistan silahlı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini və digər beynəlxalq təşkilatların aidiyyəti sənədlərini inkar etməklə Azərbaycan ərazilərinin işğalını davam etdirir. Fevralın 26-da Ermənistan tərəfindən törədilmiş və bunun nəticəsi olaraq 106-sı qadın, 63-ü uşaq və 70-i yaşlı insan olmaqla Azərbaycanın Dağlıq Qarabağ regionunda kiçik şəhərin 613 sakininin qətlə yetirildiyi Xocalı soyqırımının 26-cı ildönümü yad edildi. 1992-ci ildə törədilmiş bu soyqırımının nəticələri açıqca göstərdi ki, Xocalıdakı kütləvi qırğınlar təsadüfi hərəkətlər deyil, 1988-ci ildən bəri Ermənistanın sistemli etnik təmizləmə siyasətinin tərkib hissəsi idi. Təəssüflər olsun ki, bu cür ağır cinayətlərə görə məsuliyyət daşıyanlar hələ də cəzalandırılmayıb və hələ də ədalət mühakiməsi qarşısına çıxarılmayıb.
Beynəlxalq ictimaiyyətin Azərbaycanda törədilmiş insanlıq əleyhinə cinayətlərə münasibətdə səssizliyindən cəsarətlənərək Ermənistan azərbaycanlı qaçqın və məcburi köçkünlərin əsas insan hüquqlarını pozmaqda davam edir. Buna görə də biz BMT-nin İnsan Hüquqları Şurasını, onun mandat sahiblərini və BMT-nin insan hüquqları üzrə ali komissarını BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının müvafiq qətnamə və qərarlarına uyğun olaraq azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş insan hüquqlarının səmərəli müdafiəsini qəti surətdə təmin etməyə çağırırıq. Davamlı genişmiqyaslı insan hüquqları pozuntuları Azərbaycan xalqının beynəlxalq hüququn aliliyinə və BMT-nin insan hüquqları mexanizminin səmərəliliyinə etimadını möhkəm sarsıdıb.
Xəbər lenti
Hamısına baxDünya
14 Sentyabr 14:59
YAP xəbərləri
14 Sentyabr 14:51
YAP xəbərləri
14 Sentyabr 14:26
Hadisə
14 Sentyabr 14:20
İqtisadiyyat
14 Sentyabr 14:19
YAP xəbərləri
14 Sentyabr 13:59
YAP xəbərləri
14 Sentyabr 13:54
YAP xəbərləri
14 Sentyabr 13:50
YAP xəbərləri
14 Sentyabr 13:46
Dünya
14 Sentyabr 13:45
YAP xəbərləri
14 Sentyabr 13:44
Dünya
14 Sentyabr 13:18
Dünya
14 Sentyabr 12:56
Sosial
14 Sentyabr 12:45
Sosial
14 Sentyabr 12:40
Gündəm
14 Sentyabr 12:32
Dünya
14 Sentyabr 12:20
Elm
14 Sentyabr 12:00
Dünya
14 Sentyabr 11:43
İqtisadiyyat
14 Sentyabr 11:41
Sosial
14 Sentyabr 11:39
Dünya
14 Sentyabr 11:19
Xəbər lenti
14 Sentyabr 11:15
Gündəm
14 Sentyabr 10:54
Dünya
14 Sentyabr 10:51
Dünya
14 Sentyabr 10:25
Gündəm
14 Sentyabr 09:48
Dünya
14 Sentyabr 09:40
İdman
14 Sentyabr 09:17
Dünya
14 Sentyabr 08:52
İdman
14 Sentyabr 08:35
Dünya
13 Sentyabr 23:18
Dünya
13 Sentyabr 22:40
İdman
13 Sentyabr 22:01
Dünya
13 Sentyabr 21:14
Dünya
13 Sentyabr 20:31
Dünya
13 Sentyabr 19:17
Dünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52
Dünya
13 Sentyabr 16:19
Dünya
13 Sentyabr 15:22
Dünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49

