/ / Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində mühüm nailiyyətlər əldə edilib
Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində mühüm nailiyyətlər əldə edilib
03.03.2018 [00:55]
Bu sahədə reallaşdırılan islahatlar ölkəmizin tərəqqisinə və milli gücünün artmasına, dövlət müstəqilliyinin möhkəmlənməsinə, idarəetmənin təkmilləşməsinə xidmət edir
Azərbaycan demokratik dəyərlər və təsisatların təşəkkül tapdığı müasir hüquqi dövlətdir. Ölkəmizdə daxili siyasət kursunun mühüm istiqamətlərindən birini demokratik təsisatların təkmilləşdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi təşkil edir. Öz növbəsində, ölkəmizdə insan hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunması, hər bir fərdə sosial münasibətlər sistemində iştirak etmək üçün əlverişli şəraitin yaradılması demokratik inkişaf istiqamətində müstəsna əhəmiyyətə malikdir.
Azərbaycan insan hüquq və azadlıqlarının etibarlı təminatçısıdır
Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan demokratik inkişaf siyasəti, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə olunmasına yönəlmiş sistemli fəaliyyət müasir dövrün qanunauyğunluqlarına, reallıqlarına və tələblərinə müvafiq surətdə davam etdirilməkdədir. Azərbaycanın konstitusion inkişafının müasir mərhələsini səciyyələndirən əsas xüsusiyyətlərdən birini məhz insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi və müdafiəsi sisteminin daim təkmilləşdirilməsi təşkil edir. Bu prosesdə 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyası başlıca rol oynayır. Konstitusiya demokratik prinsiplər əsasında qurulan Azərbaycan dövlətçiliyinin legitim əsaslarını yaratmış, dövlət və şəxsiyyət arasında yeni münasibətlər sistemini təsbit etmişdir. İnsan və vətəndaşın hüquq və azadlıqları Azərbaycan Konstitusiyasında ali dəyər kimi tanınır və onların müdafiəsinə dövlət xüsusi təminat verir. Konstitusiyanın III fəslinin (24-71-ci maddələr) bütövlükdə, yəni 158 maddədən 48-nin insan və vətəndaş hüquqlarına və azadlıqlarına həsr edilməsi bunun təzahürüdür. Konstitusiyanın 71-ci maddəsində insan və vətəndaş hüquqlarına və azadlıqlarına təminat verilir.
Digər tərəfdən, Azərbaycanda insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması sahəsində zəngin qanunvericilik bazası yaradılıb. Ümummilli lider Heydər Əliyevin 1998-ci il fevral ayının 22-də imzaladığı “İnsan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanı və 18 iyun 1998-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” insan hüquq və azadlıqlarının təmini və müdafiəsində əhəmiyyətli hüquqi baza kimi çıxış edib. Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamına əsasən, 18 iyun Azərbaycanda İnsan Hüquqları Günü elan edilib. Sərəncamda Ulu öndər Heydər Əliyevin 1998-ci il iyunun 18-də Azərbaycanda ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nı təsdiq etdiyi xatırladılır və bildirilir ki, Ümummilli lider Heydər Əliyev insan hüquqlarının təmin olunmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edib. Məhz bunun əsasında 18 iyun tarixi Azərbaycanda İnsan Hüquqları Günü elan olunub. Bütövlükdə, həm insan, həm də vətəndaş hüquqlarının təmin olunması sahəsində Azərbaycan təcrübəsi mütərəqqi və əhəmiyyətli nümunə kimi çıxış edir. Bu nümunənin mütərəqqiliyini göstərən ən başlıca fakt odur ki, ölkəmizdə vətəndaşlarla yanaşı, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquqları qanunla müəyyən olunmuş qaydada yüksək səviyyədə qorunur.
Ümumiyyətlə, Azərbaycanın demokratik inkişaf istiqamətində əldə etdiyi nailiyyətlər beynəlxalq miqyasda da təqdir olunur. Bu istiqamətdə davamlı islahatların həyata keçirilməsi təqdirəlayiq hal kimi qiymətləndirilir.
Cəmiyyət həyatının bütün sahələrində qanunun aliliyi və hüququn üstünlüyü təmin edilib
Ölkəmizdə reallaşdırılan çoxistiqamətli islahatlar siyasi sistemin təkmilləşməsinə mühüm töhfələr verir. Mövcud reallıqlar onu deməyə əsas verir ki, Azərbaycan siyasi, hüquqi, iqtisadi və institusional islahatları davam etdirmək əzmindədir və həyata keçirilən bütün tədbirlər ölkəmizin davamlı inkişafına xidmət edir.
Azərbaycanın demokratik inkişafının təqdirəlayiq olduğunu vurğulayan ekspertlər bildirirlər ki, Azərbaycan dünyaya spesifik xüsusiyyətlərə malik davamlı inkişaf modeli təqdim edib. Əlamətdar haldır ki, Azərbaycanda iqtisadi və siyasi islahatlar paralel şəkildə aparılır və bir-birini tamamlayır. Bu gün əminliklə demək mümkündür ki, müstəqilliyinin ilk illərində bir sıra ciddi çətinliklərlə üzləşən Azərbaycan qısa müddətdə həm iqtisadi, həm də siyasi sahədə qarşıya qoyduğu əsas hədəflərə çatıb. Azad, demokratik cəmiyyət quruculuğuna nail olunması ölkəmizin müstəqillik illərində əldə etdiyi ən böyük uğurlardan biri kimi dəyərləndirilir. Bütün azadlıqların təmin olunması Azərbaycan cəmiyyətinin üstün cəhətidir. Ölkəmizin demokratik dəyərlərə, fundamental insan hüquq və azadlıqlarına sadiqliyi Konstitusiya və digər hüquqi sənədlərlə təsbit olunub. Azərbaycan dövləti daim ölkə Konstitusiyası və digər müvafiq qanunvericilik aktları ilə təsbit olunan demokratik prinsiplərə sadiqlik nümayiş etdirir. Respublikamızda bütün sahələrdə müşahidə edilən dinamik inkişafla paralel surətdə cəmiyyətdə vətəndaş fəallığının artması da məmnunluq doğurur. Bu da, ilk növbədə, ölkəmizdə ictimai sektorun inkişafına dövlətin göstərdiyi dəstəklə bağlıdır. Respublikamızda vətəndaş fəallığının artırılması, cəmiyyətin dövlət siyasətinin həyata keçirilməsində rolunun təmin edilməsi təşviq olunur, eyni zamanda, dövlət üçüncü sektorun inkişafına mütəmadi dəstək verir, davamlı olaraq təşkilati-hüquqi və maliyyə yardımları göstərir.
Demokratik inkişaf yolunda həyata keçirilən sistematik tədbirlərin qanunauyğun nəticəsi kimi, Azərbaycanda təkmil siyasi sistem bərqərar olunub. Bu istiqamətdə əldə edilmiş nailiyyətlərdən biri də ölkədə hüquqi dövlət və vətəndaş cəmiyyətinin mütləq komponentlərinin təşəkkül tapmasıdır. Belə ki, hüququn aliliyi, ictimai həyatın bütün sahələrində qanunun hökmranlığı prinsiplərinin mühafizə olunması dövlətin və vətəndaşların qarşılıqlı məsuliyyətinin güclənməsini təmin etməklə yanaşı, hüquqi dövlətin təməllərini də möhkəmləndirib.
Ölkəmizdə söz, fikir və özünüifadə azadlığı konstitusion əsasda təsbit edilib
Azərbaycanda hüquqi dövlət quruculuğu kontekstində şəffaflıq və bərabərlik həm də söz, fikir, vicdan azadlığı məsələlərində də təmin olunub. Heç şübhəsiz, demokratik, azad cəmiyyətin formalaşmasını qabaqcıl ideyaların daşıyıcısı olan mətbuatsız təsəvvür etmək mümkün deyil. Bütövlükdə, milli mətbuat ölkənin demokratik inkişafına özünəməxsus töhfələr verir.
Azərbaycanda da demokratik inkişafın struktur elementlərindən birini ictimai institutların təkmilləşdirilməsi təşkil edir. Bu kontekstdə ayrı-ayrı ictimai təsisatlarla yanaşı, mətbuatın da səmərəli fəaliyyətinə real əlverişli şərait yaradılıb. Ölkəmizdə söz, fikir və özünüifadə azadlığı konstitusion əsasda təsbit edilib və hər bir media təsisatı özünün hüquq və azadlıqlarından sərbəst surətdə istifadə edə bilir. Məhz bu amil Azərbaycan mətbuatının inkişafına mühüm töhfələr verməklə yanaşı, medianın fəaliyyətində əsaslı keyfiyyət dəyişikliklərinin meydana gəlməsini şərtləndirir. Ölkəmizdə KİV-in inkişafı naminə müvafiq qanun və qərarların qəbul olunması, strateji xarakterli addımların atılması mövcud hüquqi əsasları gücləndirir, media təsisatının funksionallığının artmasına səbəb olur.
İnstitusional islahatlar davamlı xarakter daşıyır
Azərbaycanın demokratik inkişafını təmin edən başlıca strateji amillər sırasında institusional islahatlar xüsusi yer tutur. Bu islahatlardan bəhs edərkən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yönündəki strateji əhəmiyyətli nəticələrə də toxunmaq məqsədəmüvafiqdir.
Həyata keçirilən institusional islahatlar Azərbaycanın tərəqqisinə və milli gücünün artmasına xidmət edir, ölkəmizin inkişafının davamlı xarakter daşımasına, dövlət müstəqilliyinin möhkəmlənməsinə, idarəetmənin təkmilləşdirilməsinə əhəmiyyətli töhfə kimi xarakterizə olunur. Məhz 2016-cı il sentyabrın 26-da keçirilən ümumxalq səsverməsi - referendum da islahatlar kursunun tərkib hissəsini təşkil edir. Referendumun nəticələri Azərbaycanda idarəetmə sisteminin təkmilləşməsinə əhəmiyyətli töhfələr verdi, çoxşaxəli islahatların həyata keçirilməsi, vətəndaşlara dövlət diqqəti və qayğısının gücləndirilməsi və digər məsələlər kontekstində müstəsna əhəmiyyətə malik oldu.
Bütövlükdə, demokratik inkişaf siyasətinin yeni dövrün reallıqlarına və qanunauyğunluqlarına müvafiq surətdə uğurla davam etdirilməsi siyasi sistemin struktur elementlərinin təkmilləşməsini, hüquqi dövlət və vətəndaş cəmiyyətinin mütləq komponentlərinin bərqərar olunmasını, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinin gücləndirilməsini şərtləndirib.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33

