Erməni diaspor təşkilatı rəhbərinin Xocalı etirafı
03.03.2018 [01:14]
ABŞ-dakı erməni lobbisinin rəhbərlərindən biri Xocalı qətliamının Ermənistan qoşunları tərəfindən törədildiyini bildirib
Amerikadakı radikal erməni lobbisinin təhriki ilə Kaliforniya Ştat Senatında fevralın 28-də keçirilən, Sumqayıt hadisələrinin 30-cu ildönümünə həsr olunan dinləmələrdə lobbi nümayəndəsi tərəfindən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətə uyğun olmayan, qərəzli və təhrif edilmiş məlumatlar səsləndirilib.
AZƏRTAC xəbər verir ki, dinləmələrin ardınca zalda əyləşənlər şərh və suallar verməyə dəvət olunublar. Kaliforniyada yaşayan Azərbaycan icmasının gənc üzvləri faktlara əsaslanan çıxışlar edərək səsləndirilən yalan məlumatları ifşa ediblər. Onlar həm senatorları, həm də çıxış edən erməni lobbisinin nümayəndəsini sıxışdıraraq, Sumqayıt hadisələrinə toxunulduğu halda niyə heç bir yerdə Xocalı faciəsi, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində doğma torpaqlarından didərgin düşmüş 1 milyon qaçqın və məcburi köçkün haqqında bəhs edilmədiyi, nəyə görə Azərbaycan icmasından heç kimin çıxış üçün dəvət olunmadığı və məsələlərə birtərəfli yanaşıldığı ilə bağlı suallar ünvanlayıblar. Çətin vəziyyətdə qalan və hər vəchlə suallara cavab verməkdən yayınan senator Entoni Portantinonun köməyinə erməni icmasının üzvləri yetişməyə çalışıblar.
Şərh edənlərdən biri, Amerika Erməni Assambleyasının ABŞ-ın qərb regionu üzrə direktoru Mihran Tumacan çıxışında həm özünü, həm də bütün erməniləri çətin vəziyyətə salaraq, Ermənistanın Xocalıda dinc azərbaycanlı əhaliyə qarşı qırğın törətdiyini etiraf edib və dolaşıq fikirləri ilə əslində özlərini ifşa edib. Onun çıxışından həmin hissəni olduğu kimi təqdim edirik: “Mən burada azərbaycanlı tələbələrin səsləndirdiyi fikirlərə cavab vermək istəyirəm. Onlar yanlış olaraq Xocalıda baş verənləri soyqırımı adlandırırlar. Orada baş verənlər soyqırımı deyil, faciədir. Gənc yaşında həlak olmuş tanınmış azərbaycanlı jurnalist Çingiz Mustafayevin faciə yerindən çəkdiyi videolar açıq-aydın göstərir ki, Ermənistan silahlı qüvvələri Xocalıda yaşayan azərbaycanlıları öncədən xəbərdarlıq etmişdi ki, Xocalıda ... (dili dolaşır) gərgin döyüşlər gedəcək. Bundan başqa, Ermənistan qoşunları mülki əhalinin sərbəst çıxması üçün dəhliz də açmışdı. Çoxlu azərbaycanlı bu dəhlizdən keçib gedə bildi, ancaq bir çoxu da keçə bilmədi. Çingiz Mustafayev və hadisə yerindən reportajlar hazırlayan digər azərbaycanlı jurnalistlər də qeyd ediblər ki, çoxlu sayda azərbaycanlı məhz o dəhlizdən keçmədikləri üçün öldürülüblər”.
Faktiki olaraq erməni lobbisinin Amerikadakı rəhbərlərindən biri olan bu şəxs Xocalıda azərbaycanlıların Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilməsini etiraf edərək, bu cinayətə öz aləmində haqq qazandırmaq üçün çox gülünc arqumentdən istifadə edib. Axı günahsız və dinc insanların, qadınların, körpə uşaqların, qocaların ölümünə necə haqq qazandırmaq olar?
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50

