Azərbaycanla UNICEF arasında sıx əlaqələr mövcuddur
03.03.2018 [01:16]
Milli Məclisdə UNICEF-in regional məsləhətçiləri ilə görüş olub
Martın 2-də Milli Məclisin komitə sədrləri Hadi Rəcəbli və Aqiyə Naxçıvanlı UNICEF-in regional məsləhətçiləri Aron Qrinberq və xanım Joanne Bosvort ilə görüşüblər.
AZƏRTAC xəbər verir ki, Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Azərbaycanla UNICEF arasında sıx əlaqələrin mövcud olduğunu bildirib. Qeyd edib ki, ölkəmizdə uşaq hüquqlarına hörmətlə yanaşılır, onların sağlamlığı, təhsili, təhlükəsizliyinin təmin edilməsi istiqamətində əhəmiyyətli işlər görülür. Ulu öndər Heydər Əliyevin zamanında uşaqların sağlam, xoşbəxt böyüməsi üçün dövlət səviyyəsində mühüm layihələr həyata keçirilib və bu işlər Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Ölkəmizdə ailə, qadın, uşaq problemləri sahəsində dövlət siyasətini həyata keçirən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi fəaliyyət göstərir. Milli Məclis UNICEF-lə səmərəli əməkdaşlıq edir. Vaxtilə parlamentimizdə UNICEF-in yubileyinə həsr olunmuş tədbir keçirilib.
Qeyd edilib ki, Azərbaycan uşaq hüquqları ilə bağlı bir sıra beynəlxalq konvensiyalara qoşulub, bu sahədə qanunvericilik bazası xeyli təkmilləşib. Parlamentdə uşaq hüquqlarının təmin edilməsi istiqamətində yeni qanunlar qəbul olunub. Milli Məclisdə qəbul olunmuş və uşaqların sağlamlığının qorunmasına xidmət edən “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” Qanun MDB məkanında model qanun kimi tövsiyə edilib. Valideyn himayəsindən məhrum olmuş uşaqlara xüsusi diqqət yetirilir, onların təhsil haqqı dövlət tərəfindən ödənilir və bu, qanunvericiliklə tənzimlənir. Bir neçə il əvvəl ölkəmizdə “Uşaq Parlamenti” yaradılıb. Milli Məclisdə uşaqlara həsr olunmuş və onların iştirakı ilə mütəmadi olaraq bir çox tədbirlər həyata keçirilir. Beşinci çağırış Milli Məclisdə bir sıra yeni komitələr yaranıb. Bu komitələrdən biri də Ailə, qadın və uşaq məsələləri komitəsidir. Bu, bir daha onu göstərir ki, ailə, qadın və uşaq problemlərinin həlli dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.
Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı təmsil etdiyi sahəyə olan diqqət və qayğının yüksək səviyyədə olduğunu bildirib. O qeyd edib ki, rəhbərlik etdiyi komitə ailə münasibətləri, qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi, məişət zorakılığı ilə bağlı qanun layihələri hazırlayır. Bu sahəni əhatə edən mükəmməl qanunvericilik bazası yaradılıb, əhali arasında müvafiq maarifləndirmə işləri aparılır. Komitə sədri hazırda uşaqların sağlamlığına və inkişafına zərər verən halların aradan qaldırılması ilə bağlı yeni qanun layihəsinin hazırlandığını deyib.
Görüşdə iştirak edən UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbərinin müavini Min Yuan bildirib ki, UNICEF Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Uşaqların ailədə inkişafı, əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası, inklüziv təhsil məsələləri bu gün çox aktualdır. Təqdirəlayiq haldır ki, Azərbaycanda uşaq hüquqlarının təmin edilməsi və müdafiəsi ilə əlaqədar zəruri işlər görülür, dövlət uşaq hüquqlarının qorunmasına xüsusi diqqət və qayğı ilə yanaşır. Uşaqların müdafiəsi, onların rifahının yaxşılaşdırılması, hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericilik bazası yaradılır. Əlil uşaqların hüquqlarının qorunması, valideyn himayəsindən məhrum olan uşaqların ailə mühitində yaşaması üçün məqsədyönlü addımlar atılır.
UNICEF-in regional məsləhətçiləri Joanne Bosvort və Aron Qrinberq bildiriblər ki, səfərin məqsədi təmsil etdikləri qurumun Azərbaycandakı fəaliyyətini nəzərdən keçirmək və dəstəkləməkdir. UNICEF-in parlamentlə əməkdaşlığı təqdirəlayiqdir. Uşaqların hərtərəfli inkişafı ilə bağlı həyata keçirilən tədbirlər onların gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir. Qonaqlar müasir texnologiyalardan səmərəli istifadə edilməsi, rəqəmsal sahədə uşaqların hüquqlarının qorunması, valideyn himayəsindən məhrum olmuş uşaqların yerləşdirilməsi, onlara diqqət və qayğının göstərilməsi məsələlərinə toxunub, bu sahədə ölkəmizdə əldə edilmiş nailiyyətləri yüksək dəyərləndiriblər.
Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51

