Yataq xəstəsi olan İsa Qəmbərin vəziyyəti kritik olaraq qalır
10.03.2018 [00:54]
“Hacettepe” xəstəxanasının həkimlərinin məlumatına əsasən, onun sağlamlıq durumunda yaranan problemlərin aradan qaldırılması çətin görünür
Bu gün Azərbaycan cəmiyyətində heç nəyə yaramayan radikal müxalifət düşərgəsinin təmsilçiləri təxribatlar törətmək, yalan və böhtanlar səsləndirməklə diqqəti özlərinə cəlb etmək istəyirlər. Lakin zaman keçdikcə, onların yalanları ifşa olunur və bu siyasi riyakarlar öz yalanlarının içərisində boğulurlar. Elə “Müsavat” başqanı Arif Hacılı kimi. Bir qədər bundan əvvəl “Müsavat” başqanı Arif Hacılı öz sələfindən - İsa Qəmbərdən sitatlar gətirərək guya “Müsavat”ın sabiq başqanının “yola davam” mesajı verərək çiyindaşlarına siyasi mübarizəni səngitməməyə çağırış etdiyini bildirib. Əslində isə İsa Qəmbər hazırda hansısa siyasi mübarizə aparmaq iqtidarında deyil. Əlbəttə, biz heç kəsə xəstəlik arzulamırıq. Ancaq bu, həyatdır, heç kəs qara gündən, xəstəlikdən sığortalanmayıb. Artıq neçə vaxtdır ki, yataq xəstəsi olan İsa Qəmbərin hələlik sağlamlıq durumunda hansısa bir cüzi irəliləyiş belə müşahidə edilmir. Həkimlərdən gələn məlumatlarda onun vəziyyətinin kritik dərəcədə ağır olduğu bildirilir. Məlum olduğu kimi, bir qədər bundan əvvəl Bakıda Mərkəzi Klinik Xəstəxanada İsa Qəmbərin üzərində ürək əməliyyatı keçirilib. Hazırda isə o, Türkiyənin “Hacettepe” xəstəxanasında həkimlərin ciddi nəzarəti altındadır. İsa Qəmbər bura cari il fevralın 28-də təyyarə ilə təcili qaydada gətirilib. Xəstəxananın nevrologiya bölümünə yerləşdirilən İ.Qəmbərdə “kəskin pnevmoniya nəticəsində infeksiya” aşkarlanıb.
Artıq “Müsavat”ın sabiq başqanının kritik sağlamlıq durumu ilə bağlı məlumatlar KİV-lərdə də geniş dərc olunmaqdadır. BBC-Azərbaycanca “Hacettepe”dəki mənbələrə istinadən məlumat yayıb ki, İsa Qəmbər halının pisləşməsi üzündən Türkiyəyə aparılıb. Onun hərarəti yüksəldiyi üçün reanimasiya şöbəsinə keçirilib. Həkimlərin məlumatına əsasən, İ.Qəmbərdə tənəffüs sıxıntısı, nəfəs darlığı yaranıb. İsa Qəmbərin həmçinin beyin qanaması ilə bağlı ciddi nəzarətə ehtiyacı olduğu bildirilib. Həkimlərin verdiyi məlumatda vurğulanıb: “İ.Qəmbərin başının sağ yarımkürəsində şiş və ürəyinin qapaqlarında daralma da aşkarlanıb”. KİV-lərin yaydığı xəbərlərdə həkimlərə istinadən diqqət belə bir məqama yönəldilir ki, İsa Qəmbərin kritik sağlamlıq durumu ilə bağlı yaxınları məlumatlandırılıblar. Hazırda onun yaxınları öz aralarında məsləhətləşmələr aparırlar. Ehtimal olunur ki, İsa Qəmbərin “Hacettepe”də müalicəsi dayandırılsın və o, xəstəxanadan çıxardılsın.
“Hacettepe” xəstəxanasının nevrologiya bölümündəki mənbə KİV təmsilçisinin “İsa Qəmbərin müalicəsinin stasionar şəkildə davam etdirilməsi zərurəti hansı amillərdən qaynaqlanır” sualına isə belə cavab verib: “Yoluxduğu infeksiya ilə bağlı qəbul etdiyi antibiotik dərmanları damardan aldığı üçün İsa Qəmbərin müalicəsinin evdə izlənməsi çətin ola bilər. Bu üzdən də pasientin xəstəxana şəraitində müalicəsinin davam etdirilməsi uyğun görülüb”.
Mənbənin sözlərindən o da anlaşılıb ki, belə xəstələrin üzərində təkrar kontrol müayinəsinin aparılmasına, ümumiyyətlə, xəstənin daim ciddi nəzarət altında saxlanılmasına ehtiyac var. Hər bir situasiyaya hazır olmaq lazımdır.
Necə deyərlər, əlavə şərhə ehtiyac yoxdur. İsa Qəmbər, həkimlərin təbirincə desək, “proqnozlara tabe olmayan” xəstəliklə əlləşir, radikallar isə ona istinadən “yola davam” deyirlər. Soruşmaq istəyirik: Hansı yola?
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42

