Vidadi İsgəndərlinin qohumları onun yalanlarını ifşa etdilər
17.03.2018 [09:05]
“Ona lənət olsun ki, atasının qəbrindən çirkin siyasəti üçün istifadə edir”
Fransada “siyasi mühacir” adı altında yaşayan Vidadi İsgəndərlinin mərhum atasının qəbrinin guya təhqir olunması ilə bağlı qondarma iddiasını onun yaxınları və kənd sakinləri yalanlayıblar. SİA-ya daxil olan məlumata görə, bu günlərdə Göyçay rayonunun Məlikkənd kənd qəbiristanlığını ziyarət edən və onun atasının ruhuna dualar oxutduran kənd sakinləri və V.İsgəndərlinin qohumları öz açıqlamalarında bildiriblər ki, ümumiyyətlə, məlum videoçəkilişlər həmin məzarlıqda aparılmayıb. Onlar bunu belə izah ediblər ki, təxribat məqsədi daşıyan videoçəkilişlərdə xristian dininə mənsub olan insanların da qəbirləri kadrlara düşüb. Lakin kənd qəbiristanlığında xristianlıq dininə aid olan qəbirlər ümumiyyətlə mövcud deyil.
“Vidadi öz doğma kəndinə bomba atacaqsa, belə olan halda ermənini nədə qınamalıyam ki?!”
“Belə qəbirlər Ermənistanda olur, yaxşı olardı ki, ermənilərdən soruşulsun ki, onların qəbirlərini kimlər təhqir edib. Çünki Azərbaycanda belə hadisənin olması mümkünsüzdür”, - deyə qeyd edən kənd sakinlərindən biri V.İsgəndərlinin mərhum atasının kifayət qədər tanınmış və nüfuzlu şəxs olduğunu deyib: “Biz onun atasını da, özünü də yaxşı tanıyırıq. Ölkəmiz hazırda işğalçı Ermənistanla müharibə şəraitindədir, torpaqlarımızın bir hissəsi işğal altındadır. Bizim kəndimizdən Qarabağa gedib şəhid olan kifayət qədər insanlarımız var. Vidadinin kənd haqqında yalan və təxribatçı məlumatlar yayması ona yaraşan hərəkət deyil”.
Həmçinin qeyd olunub ki, V.İsgəndərlinin atası hər kəsə öyüd və nəsihət verən şəxs kimi tanınıb, insanları doğru yola səsləyib. Bununla bağlı fikirlərini çatdıran keçmiş icra nümayəndəsi olan kənd sakini bildirib ki, hələ ona bu vəzifə verilərkən, V.İsgəndərlinin atası onu çağıraraq, vicdanla, məsuliyyətlə işləməsini ağsaqqal kimi tövsiyə edib. O, həmçinin bildirib ki, belə olan vəziyyətdə V.İsgəndərlinin davranışları kəndin adına ləkədir və çox ləyaqətsiz bir hərəkətdir: “Belə etmək olmaz, bu, yolverilməzdir. Bizlər əl-ələ verib düşmən üzərində qələbə qazanmalıyıq, ancaq bunun yerinə Vidadi xaricdə oturub, kəndə bomba atacağı ilə bağlı cəfəng fikirlər danışır. Yaxşı, əgər o öz doğma kəndinə bomba atacaqsa, belə olan halda ermənini nədə qınamalıyam ki? Əslində, Vidadi öz mərhum atasının da ruhunu bu cür yanlış davranışları ilə narahat edir. Bu qəbiristanlığa başqa heç bir insan girməyib, çünki yaxınlıqda yaşayan, hətta üzbəüz yaşayan qonşular, məsələn, Novruz kişi də var ki, bu sözlərimi təsdiq edərlər. Ümumiyyətlə, yad insan, tanınmayan bir kəs bu qəbiristanlığa girə də bilməz. Mən çox xahiş və tələb edirəm ki, belə söz-söhbətləri Vidadi yığışdırsın!”.
“Niyə o bizi, kənd sakinlərini, qohumlarını təhqir edir?!”
Digər kənd sakini də qeyd edib ki, Məlikkənd kəndində iki qəbiristanlıq mövcuddur. Hazırda ziyarət edilən qəbiristanlıq isə V.İsgəndərlinin atasının uyuduğu qəbiristanlıqdır: “Bu gün Vidadi xaricdə rahatca şəkildə oturub doğma kəndini bombalayacağını deyir. Bununla həm öz atasının, həm də rəhmətə getmiş digər kənd sakinlərinin ruhlarını təhqir edir. Axı bizim də ölülərimiz burada yatırlar. Mənim də qohum-əqrəbalarım burada uyuyurlar. Əgər V.İsgəndərli bu qədər narahatdırsa, nəyə görə gəlib atasının məzarının keşiyini çəkmir, yaxud onun buradakı qohumları da narahat olsaydılar, hər halda bu məzarın başında dayanıb, onun keşiyini çəkib qoruyardılar. Ancaq ortada heç bir hadisənin olmadığı vəziyyətdə Vidadinin belə hay-haray salması bəlli məqsədlərə xidmət edir. Xarici saytlarda, sosial şəbəkələrdə, internetdə ancaq və ancaq Vidadinin yalanları barədə xəbərlər yayılır. Niyə o bizi, kənd sakinlərini, qohumlarını təhqir edir?! Kəndimizin ağsaqqalları, ziyalıları var ki, onların da mənlikləri tapdalanır. Sənin bütün qohum-əqrəbaların buradadır və onların hər biri bu kəndin çörəyini yeyir, suyunu içir. Biz sənin yalanlarına görə nəyə görə bir-birimizi təhqir etməliyik?! Axı nə baş verib ki, burada cinayət işi açılmalıdır?! İndi Vidadi bombasını hansı qəbirə atacaq?! Əgər düşünürsə ki, bu camaatı dağıdacaq, qoy dağıtsın, görək haraya qədər gedib çıxacaq bu iddiaları ilə...”
“Əgər Vidadi siyasətlə məşğul olmaq istəyirsə, belə çirkin məsələləri milli-mənəvi dəyərlərimizə qatmasın!”
Kənd sakinlərindən digəri də çıxış edərək bildirib ki, xalqımız hər zaman öz mərhum insanlarının ruhlarına hörmətlə yanaşıb, belə də olacaq: “Xüsusilə, kəndlərimizdə hər zaman bunu müşahidə etmişik. Hətta tanımadığımız bir insan rəhmətə gedəndə onun yaxınlarına başsağlığı verib, dərdlərini bölüşmüşük. Tanımadığımız qəbirlərin üzərində “Yasin” surəsini oxumuşuq. Əgər Vidadi siyasətlə məşğul olmaq istəyirsə, belə çirkin məsələləri milli-mənəvi dəyərlərimizə qatmasın! Bu bayram ərəfəsində insanlar öz mərhumlarının məzarlarını ziyarət edirlər, biz də ziyarətə gəlmişik və bu gün İsgəndər müəllimin qəbrinin tərtəmiz olduğunun şahidi olmuşuq və onun ruhuna Fatihə oxumuşuq. Öz çirkin siyasətini kəndin adına çıxarmaqla Vidadi özünü daha da ifşa etmiş olur. Biz belə hərəkət edənlərə lənət oxuyuruq”.
“İstər kəndimizin adına, istərsə ölülərimizin ruhuna toxunacaq məsələlərdə çirkin siyasət yürütmək heç bir kişiyə yaraşan hərəkət deyil”
Daha bir Məlikkənd sakini çıxış edərək deyib ki, kənd qəbiristanlığı birbaşa mərkəzi hissədə yerləşir. “İnana bilmirik ki, kimsə kənardan gəlib bizim kənd qəbiristanlığında nanəcib işlərlə məşğul ola bilsin”, - deyə qeyd edən kənd sakini bu cür nalayiq hərəkətlərin baş verəcəyinə inanmadığını bildirib: “Biz belə yalan məlumatları yayan V.İsgəndərlini bu cür yaramaz hərəkətlərdən əl çəkməyə çağırırıq. İstər kəndimizin adına, istərsə ölülərimizin ruhuna toxunacaq məsələlərdə çirkin siyasət yürütmək heç bir kişiyə yaraşan hərəkət deyil. Biz İsgəndər kişinin adına, kəndimizin adına yayılan təxribatçı videonu ictimailəşdirənləri lənətləyirik. Bu siyasət deyil, bu çirkabdır. Vidadinin iddialarına gələndə onu demək istəyirəm ki, nə kənd camaatı buna imkan verməz, nə kimsə bunu edə də bilməz, nə də hökumətimiz belə şeylərə imkan yaratmaz. Videoçəkilişdə olan qəbiristanlıqda xaç şəkli var, ora bizim qəbiristanlıq deyil”.
Sonda Vidadi İsgəndərlinin atasının qəbri ətrafına yığılan kənd sakinləri bir oğulun öz atasının qəbrindən sui-istifadə edərək, kimlərəsə siyasi dividend qazandırmağın ən rəzil iş olduğunu birlikdə bəyan edərək, V.İsgəndərlini sərt şəkildə qınayıblar. “Ayıb olsun ona ki, ölüsündən istifadə edib, siyasətə qoşulur”, - deyə kənd camaatı bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53

