/ / "Bilik günü"ndə Naxçıvan Dövlət Universitetinin beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin yeni binası istifadəyə verilib
"Bilik günü"ndə Naxçıvan Dövlət Universitetinin beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin yeni binası istifadəyə verilib
16.09.2009 [13:25]
“Bilik günü”ndə Naxçıvan Dövlət Universitetinin beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin yeni binası istifadəyə verilib.
Binanın açılış mərasimində çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli 2009-2010-cu tədris ilinin özünün bir sıra xüsusiyyətləri ilə əvvəlki tədris illərindən fərqləndiyini bildirib. Qeyd olunub ki, bu il ilk dəfə olaraq universitetdə 43 ixtisasın hamısında Boloniya sistemi tətbiq edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov 2009-2010-cu tədris ilində ali və orta ixtisas məktəblərinin tələblərini, Heydər Əliyev adına Hərbi Liseyin kursantlarını, ümumtəhsil məktəblərinin şagirdlərini, elm və təhsil işçilərini, valideynləri “Bilik günü” münasibətilə təbrik edib, onlara yeni tədris ilində uğurlar arzulayaraq deyib: “Azərbaycanda təhsilin inkişafı ümummilli lider Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti ilə sıx bağlıdır. Azərbaycana rəhbərliyinin bütün dövrlərində Ulu öndər təhsilə böyük qayğı göstərmiş, təhsil işçilərini himayə etmişdir. ötən əsrin 70-ci illərində xalqımızın təhsillə əhatə olunmuş, gənc kadrların hazırlanması, maarif müəssisələri şəbəkəsinin genişləndirilməsi sahəsində görülən işləri əhəmiyyətli tədbirlər kimi dəyərləndirən böyük dövlət xadimimiz demişdi: “ötən yüzillikdə Azərbaycan köhnə dünyadan sürətlə qopmuş, elm, mədəniyyət, təhsil, intibah yolunu tutmuşdur. Elliklə maariflənmə uğurla başa vurulmuşdur. Kütləvi surətdə savadlanmaq, elmə, mədəniyyətə təhsilə can atmaq Azərbaycan xalqının mənəviyyatını da, həyat tərzini də, xarici görünüşünü də dəyişmiş, onu inkişaf edən dünyaya qovuşdurmuşdur. Azərbaycan sözün həm həqiqi, həm də məcazi mənasında işığa, nurlu bir aləmə çıxmışdır”. Açıq demək lazımdır, Heydər Əliyev şəxsiyyəti olmasaydı, Azərbaycan təhsili inkişaf edə, indiki səviyyəyə gəlib çata bilməzdi. ümummilli liderimizin müəyyənləşdirdiyi təhsil strategiyası bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Son 6 ildə təhsillə bağlı həyata keçirilən tədbirlər göz qabağındadır. ölkə rəhbəri dünya təhsil sisteminə inteqrasiyanın təmin edilməsi, orta ümumtəhsil məktəblərinin maddi-texniki bazasının yaxşılaşdırılması, onların kompyuter və informasiya texnologiyaları ilə təchizatı, tədrisin məzmun və formaca müasirləşdirilməsi, dünyanın qabaqcıl dövlətlərinin mütərəqqi təhsil ənənələrinin mənimsənilməsi, yeni məktəb binalarının tikilməsi kimi vacib sahələri əhatə edən 7 dövlət proqramı, 4 fərman, 40-dan çox sərəncam imzalamışdır. Bu normativ aktlar Azərbaycanda güclü insan kapitalının formalaşmasında, elm və təhsilin dinamik inkişafında, dünya təhsil sisteminin mütərəqqi ənənələrinin öyrənilərək tətbiqində mühüm əhəmiyyətə malikdir. Azərbaycan Prezidenti İlham Əliyevin “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqəsi qaliblərinin mükafatlandırılması barədə 2009-cu il 1 sentyabr tarixli sərəncamları ilə muxtar respublikadan 5 müəllimin “Ən yaxşı müəllim” adına, eləcə də üç ümumtəhsil məktəbinin - Kəngərli rayonundakı Qıvraq qəsəbə orta məktəbinin, Heydər Əliyev adına Hərbi Liseyin və N saylı hərbi hissənin orta məktəbinin “Ən yaxşı ümumtəhsil məktəbi” adına layiq görülməsi təhsilin inkişafının daha bir göstəricisidir. Muxtar respublikada təhsilin inkişafını belə bir fakt da sübut edir ki, əgər 2004-cü ildə 500-700 intervalında yüksək bal toplayanların sayı 67 nəfər idisə, bu il onların sayı 3,5 dəfə artaraq 232 nəfərə çatmışdır. Naxçıvan Dövlət Universitetində yeni yaradılan ixtisaslardan biri də beynəlxalq münasibətlərdir. Bu gündən həmin ixtisas ən müasir tələblərə cavab verən yeni korpusda tədris olunacaqdır. Hazırda universitet dünyanın 30-a yaxın ali təhsil müəssisəsi ilə geniş əlaqələrə malikdir. Beynəlxalq əlaqələr universitetdə elmin, təhsilin və dünyagörüşünün inkişafına xidmət edir”.
Ali Məclisin sədri Naxçıvan Dövlət Universitetinin yeni korpusunun açılışı münasibətilə tələbələri, professor-müəllim heyətini bir daha təbrik edərək, onlara uğurlar arzulayıb və çıxışını ümummilli liderimizin aşağıdakı sözləri ilə yekunlaşdırıb: “Naxçıvan Dövlət Universitetinin tələbələrinə, Naxçıvan Muxtar Respublikasının bütün tələbələrinə, gənclərinə vətənpərvərlik, təhsil uğrunda daim mübarizə aparmaq üçün əzm arzulayıram. Naxçıvan gənclərinə hərbi vətənpərvərlik hisslərini daha da yüksəltməyi arzulayır, tövsiyə edirəm ki, onlar indiki nəsillər kimi, bizim kimi Naxçıvanı qorusunlar, yaşatsınlar, inkişaf etdirsinlər və daha da yüksəltsinlər”.
Açılışı bildirən lent kəsildikdən sonra yeni tədris korpusuna baxış keçirilib.
Zirzəmi ilə birlikdə beş mərtəbədən ibarət olan tədris korpusu müasir tələblər səviyyəsində inşa olunub. Burada 60-dan çox auditoriya var. 300-dən artıq tələbənin təhsil alması üçün hər cür şərait yaradılıb, bütün otaqlar lazımi avadanlıqla təchiz edilib. Binada 7 ixtisas - ingilis, fransız, alman, rus, ərəb dili müəllimliyi, beynəlxalq münasibətlər və fars dili - Azərbaycan dili tərcüməsi ixtisasları tədris olunacaq. Yeni tədris korpusunda 5 kafedra fəaliyyət göstərəcək.
Məlumat verilib ki, hazırda universitetdə 10 ölkədən 228 tələbə təhsil alır. Onlardan 6-sı dissertant, 31-i magistr, 179 nəfəri isə bakalavr pillələrində təhsillərini davam etdirirlər. Naxçıvanda müasir universitetin qurulmasının nəticəsidir ki, Nigeriya, Banqladeş, Almaniya, Polşa, Rusiya, Türkiyə, İran və digər ölkələrin gəncləri arasında ali təhsil almaq üçün Naxçıvan Dövlət Universitetini seçənlərin sayı ilbəil artmaqdadır.
Xəbər lenti
Hamısına baxİdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39

