Xəzərdə tarixi razılaşma: Azərbaycan-İran münasibətlərində keyfiyyətcə yeni mərhələ başlanır
31.03.2018 [10:00]
Prezident İlham Əliyev: Bu səfər də tarixi səfərdir. Çünki bu səfər zamanı iki tarixi sənəd imzalandı - Xəzər dənizindəki bloklarla bağlı sənəd və Astara-Rəşt dəmir yolunun tikintisi
Müstəqil Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş kimi tanınır. Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən çoxvektorlu və balanslaşdırılmış xarici siyasət nəticəsində ölkəmiz həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun təhlükəsizliyinə fundamental töhfələr verir, eləcə də regional miqyaslı, qlobal xarakterli əməkdaşlıqlar platformasının mərkəzi oyunçusu rolunu oynayır.
Azərbaycan-İran münasibətləri uğurlu regional əməkdaşlıq və müsbət qonşuluq nümunəsidir
Azərbaycan Respublikasının sıx əməkdaşlıq əlaqələrinə malik olduğu ölkələrdən biri də İran İslam Respublikasıdır. Azərbaycan ilə İran arasındakı çoxşaxəli münasibətlər və sıx təmaslar müasir beynəlxalq münasibətlər sisteminin mühüm komponentlərindən birini təşkil edir. Azərbaycan-İran münasibətləri uğurlu regional əməkdaşlıq və müsbət qonşuluq nümunəsidir. Dərin təməllərə və tarixi köklərə söykənən, ikitərəfli və çoxşaxəli qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri dinamik xarakter daşıyır. Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan-İran biznes forumunda çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd edib ki: “Bu gün İran-Azərbaycan əlaqələri nəinki iki ölkə üçün, region üçün və deyə bilərəm ki, dünya üçün böyük əhəmiyyətə malikdir. Çünki bizim təşəbbüsümüzlə reallaşan layihələr bütün bölgə üçün, Avrasiya qitəsi üçün böyük əhəmiyyət daşıyır”.
Xüsusilə də, dövlət başçılarının görüşləri ikitərəfli münasibətlərin müzakirəsi və əməkdaşlığın dərinləşdirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Son dörd il ərzində Azərbaycan və İran prezidentləri 11 dəfə görüşüblər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev son dörd il ərzində dörd dəfə İrana səfər edib, Prezident Həsən Ruhaninin isə Azərbaycana üç səfəri olub. Eyni zamanda, dövlət başçıları beynəlxalq tədbirlər çərçivəsində də görüşüblər. Bu baxımdan, martın 28-də İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin ölkəmizə səfəri də xüsusi əhəmiyyətə malikdir. Səfər çərçivəsində keçirilən görüşlər zamanı səsləndirilən fikirlər münasibətlərin inkişafının məmnunluq doğurduğunu deməyə əsas verir. Səfərin nəticələri onu deməyə əsas verir ki, Azərbaycan-İran əlaqələri yüksələn xətlə inkişaf edir.
Müxtəlif sahələri əhatə edən önəmli sənədlərin imzalanması ikitərəfli əməkdaşlığın inkişafına mühüm töhfələr verəcək
Bəhs olunan səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin iştirakı ilə sənədlərin imzalanması əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Ümumiyyətlə, son dörd ildə Azərbaycan ilə İran arasında müxtəlif sahələri əhatə edən önəmli sənədlər imzalanıb və bu, ikitərəfli əlaqələrin inkişafına mühüm töhfələr verib.
Xüsusi olaraq vurğulamaq lazımdır ki, Xəzər dənizində müvafiq blokların birgə işlənilməsi haqqında Anlaşma Memorandumu, Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi haqqında sazişlər isə tarixi əhəmiyyətə malikdir. Xəzərdə tarixi razılaşma İranla Azərbaycan arasında ziddiyyətlərin əməkdaşlıqla əvəz olunmasını təmin edir. Şübhəsiz ki, bu razılaşma nəticəsində dondurulmuş və mübahisəli yataqlar birgə işləniləcək, hər iki dövlətə və xalqa fayda gətirəcək Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi haqqında Saziş, müvafiq tikinti işlərinə başlanması isə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində mövcud olan yeganə boşluğu aradan qaldıracaq. Qitələri birləşdirəcək Astara-Rəşt dəmir yolunun qısa müddətdə tikilməsi Avrasiyada yeni strateji imkanlar yaradacaq.
Yeri gəlmişkən, səfər zamanı imzalanan sənədlərin tarixi əhəmiyyətinə toxunan dövlətimizin başçısı qeyd edib ki, bu səfər də tarixi səfərdir: “Çünki bu səfər zamanı iki tarixi sənəd imzalandı - Xəzər dənizindəki bloklarla bağlı sənəd və Astara-Rəşt dəmir yolunun tikintisi”.
İran Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipi çərçivəsində həlli ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləyir
İran-Azərbaycan münasibətlərinin mühüm keyfiyyət göstəricilərindən biri hər iki ölkənin beynəlxalq müstəvidə bir-birini dəstəkləməsidir. İki ölkə beynəlxalq arenada fəal əməkdaşlıq edir, xüsusilə də BMT və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində daim bir-birini dəstəkləyir. Eyni zamanda, İran Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipi çərçivəsində həlli ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləyir və bu mövqeyini beynəlxalq təşkilatlarda öz səsini qəbul edilmiş qətnamələrə verməklə nümayiş etdirir. Prezident Həsən Ruhani bu məsələdə ölkəsinin mövqeyini konkret ifadə edərək deyib: “Bizim üçün əhəmiyyətlidir ki, ölkələrin ərazi bütövlüyü və bölgənin coğrafiyası dəyişməməlidir. Dünya ictimaiyyətinin hörmətlə yanaşdığı beynəlxalq prinsiplər məsələnin həlli üçün alətə çevrilməlidir”.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

