“Washington Times”: “Azərbaycan nəyə görə Qərb üçün əhəmiyyətli sayılır?”
11.04.2018 [11:05]
“Washington Times” qəzetində Şərqi Avropa üzrə aparıcı amerikalı ekspertlərdən biri, Avropa Siyasətinin Təhlili Mərkəzinin böyük əməkdaşı Yanuş Buqayskinin “Azərbaycan nəyə görə Qərb üçün əhəmiyyətli sayılır?” sərlövhəli məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, müəllif bu materialda aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri mövzusuna toxunur. O yazır ki, dövlət başçısı seçkiləri ölkənin tarixində mühüm bir hadisə - Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində keçirilir. Buqayski vurğulayır: “Müasir Azərbaycan ilk müstəqil dövlətin hüquqi varisidir və onun suverenliyinin qorunub saxlanması Cənubi Qafqazda və qonşu regionlarda təhlükəsizliyin əsasıdır”.
1991-ci ilin oktyabr ayında Azərbaycanın dövlət müstəqilliyi bərpa edilən andan bəri bu ölkə bir neçə region arasında körpüyə, habelə Avropa, Rusiya, Mərkəzi Asiya, Yaxın Şərq və Birləşmiş Ştatlar arasında mühüm enerji və nəqliyyat qovşağına çevrilib. Ekspert qeyd edir ki, Azərbaycan Avropadan Mərkəzi Asiyaya açılan qapı, NATO materiallarının Əfqanıstana çatdırılması üçün çox mühüm nəqliyyat və tranzit zonasıdır. Yeni nəqliyyat layihələrinin reallaşdırılması ilə əlaqədar Azərbaycan Çin ilə Avropa arasında İpək Yolu üzərində mərkəzi yer tutacaq.
Müəllif Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın əhəmiyyətini vurğulayaraq yazır ki, 1994-cü ildə “Əsrin kontraktı” imzalanarkən BP şirkəti başda olmaqla xarici ölkələrin neft şirkətləri konsorsiumu Xəzərin Azərbaycana məxsus hissəsində neft yataqlarının işlənməsi və məhsulun pay bölgüsü barədə sazişə daxil oldu. Bu saziş imzalanandan sonra Azərbaycan öz neftini məhz Qərbə satmağa başladı.
Gələn il Cənub Qaz Dəhlizi istifadəyə veriləndən sonra Azərbaycan Avropaya təbii qaz satmağa başlayacaq, bu da öz növbəsində Avropanın qaz ilə təchiz olunmasının şaxələndirilməsinə sanballı töhfə olacaq.
Buqayski bu məqaləsində Dağlıq Qarabağ münaqişəsi mövzusundan da yan keçməyib. O yazır ki, Azərbaycanın Dağlıq Qarabağ regionu ilə əlaqədar Ermənistan tərəfindən başlanmış müharibə nəticəsində Azərbaycan ərazisinin təqribən 20 faizi, o cümlədən Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə bitişik yeddi rayonu hələ də Ermənistanın işğalı altındadır. Müəllif vurğulayır ki, azərbaycanlı qaçqınların və işğal edilmiş ərazilərdən məcburi köçkünlərin sayı bir milyondan çoxdur.
Bu münaqişənin həll edilməsi və işğal altında olan ərazilərin Bakının yurisdiksiyasına qaytarılması üçün beynəlxalq vasitəçilərin iyirmi beş ildən bəri davam edən səyləri uğurla başa çatmayıb. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən Dağlıq Qarabağ münaqişəsinə dair qəbul edilmiş dörd qətnamədə (822, 853, 874 və 885 nömrəli) təsdiqlənir ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilər Azərbaycana məxsusdur. Ekspert qeyd edir ki, bu qətnamələr hələ də yerinə yetirilməyib.
Cənubi Qafqaz Avropa üçün strateji əhəmiyyətli bir qovşağa çevrildikcə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq nəticələri, xüsusən Yaxın Şərq ilə Mərkəzi Asiya arasında qonşu regionların təhlükəsizliyinin təmin edilməsi baxımından daha böyük əhəmiyyət kəsb edir. Müəllif Azərbaycan rəhbərliyinin çoxvektorlu siyasətindən bəhs edərək yazır ki, ölkə hökuməti regiondakı bütün tərəfdaşları ilə əməkdaşlıq edir və ölkənin təhlükəsizliyini, suverenliyini və iqtisadi artımını tarazlaşdırmağa çalışır. Buqayski yazır: “Bakının əsas məqsədi milli müstəqilliyi və regional sabitliyi qoruyub saxlamaqdan ibarət olmalıdır. Qarşıdakı prezident seçkiləri Azərbaycan vətəndaşlarının öz hökumətinin nailiyyətləri barədə şəxsi rəyini ifadə etməyə imkan verəcək”.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

