Azərbaycan və Bəhreyn Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib
11.04.2018 [11:20]
Azərbaycan və Bəhreyn Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. Bu barədə AZƏRTAC-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Xələf Xələfov, Bəhreyn Krallığı tərəfindən isə xarici işlər nazirinin beynəlxalq məsələlər üzrə müavini Şeyx Abdullah bin Əhməd Əl Xəlifə rəhbərlik edib.
Görüşdə ölkələrimiz arasında əməkdaşlığın mövcud vəziyyətindən məmnunluq ifadə edilib, perspektivlər barədə geniş fikir mübadiləsi aparılıb.
Nazir müavini Xələf Xələfov Azərbaycanın bir çox sahələrdə əldə etdiyi nailiyyətlər, son illərdə ölkədə həyata keçirilmiş iqtisadi islahatlar, eyni zamanda, ölkəmizin neft-qaz sahəsinin inkişafı istiqamətində görülən işlər, regional və qlobal əhəmiyyətli layihələr barədə həmkarına məlumat verib. X.Xələfov Azərbaycanın Körfəz Əməkdaşlığı Şurası (KƏŞ) ölkələri ilə əlaqələrin inkişafına xüsusi əhəmiyyət verdiyini deyib, Azərbaycanın Bəhreyn ilə münasibətləri daha da inkişaf etdirməkdə maraqlı olduğunu vurğulayıb.
X.Xələfov iki ölkə arasında siyasi dialoq mexanizminin əməkdaşlığın müxtəlif istiqamətləri üzrə fikir mübadiləsinin aparılması və gündəlikdə olan məsələlərin müzakirəsi baxımından mühüm rol oynadığını qeyd edib.
Azərbaycan iqtisadiyyatının inkişafı və şaxələndirilməsi barədə danışan X.Xələfov Azərbaycan ilə Bəhreyn arasında iqtisadi-ticarət, sərmayələr, kənd təsərrüfatı, neft-qaz, sənaye, turizm, bank sektoru, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğunu diqqətə çatdırıb.
Görüşdə X.Xələfov qonağa Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən irimiqyaslı nəqliyyat və enerji layihələri haqqında məlumat verərək Şimal-Cənub, Şərq-Qərb və Cənub-Qərb nəqliyyat marşrutlarının Bəhreyn şirkətləri üçün də əlverişli imkanlar yarada biləcəyini deyib.
Şeyx Abdullah bin Əhməd Əl Xəlifə ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensialın olduğunu söyləyib.
Bəhreyn xarici işlər nazirinin müavini ölkəsinin Azərbaycan ilə hərtərəfli əməkdaşlığının inkişafında maraqlı olduğunu bildirərək Azərbaycan Hökumətinə Qoşulmama Hərəkatı nazirlər konfransının yüksək səviyyədə təşkilinə və ona göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Bu xüsusda ölkəmizin beynəlxalq təşkilatlar çərçivəsində bir çox böyük tədbirlərə ev sahibliyi etməsinin təqdirəlayiq hal olduğunu ifadə edib.
Qonaq birbaşa hava əlaqəsinin mövcudluğunun, eləcə də Azərbaycan vətəndaşlarının sadələşdirilmiş viza rejimindən istifadə etməklə Manama hava limanında viza əldə etmələrinin Azərbaycan və Bəhreyn arasında ikitərəfli münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyinin bariz nümunəsi olduğunu diqqətə çatdırıb. Şeyx Abdullah bin Əhməd Bəhreynin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə Azərbaycanın suverenliyinə hörmət və ərazi bütövlüyü çərçivəsində həll olunmasını dəstəklədiyini və bu mövqeyin sabit və dəyişilməz olduğunu vurğulayıb.
X.Xələfov regionda sülhə və sabitliyə, inteqrasiya proseslərinə, eləcə də regionun ümumi inkişafına başlıca əngəl olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə Bəhreynin Azərbaycanın ədalətli mövqeyinə dəstəyinin yüksək qiymətləndirildiyini vurğulayıb. O, münaqişənin həllinin yalnız Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə mümkün olduğunu diqqətə çatdırıb.
Görüşdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün hökumətlərarası birgə komissiyanın yaradılması və qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxSosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56

